İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında



Yüklə 468,31 Kb.
Pdf görüntüsü
səhifə5/39
tarix15.04.2022
ölçüsü468,31 Kb.
#55520
1   2   3   4   5   6   7   8   9   ...   39
 v

 

3.1.14-1.  icbari  tibbi  sığorta  sahəsində  elektron  xidmətləri  “Dövlət  orqanlarının  və 

Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  yaradılan  publik  hüquqi  şəxslərin  elektron 

xidmətlər  göstərməsinin  təşkili  sahəsində  bəzi  tədbirlər  haqqında”  Azərbaycan  Respublikası 

Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil edir;

 vi

 

3.1.14-2.  kargüzarlığı  və  vətəndaşların  qəbulunu  müvafiq  normativ  hüquqi  aktların 

tələblərinə uyğun təşkil edir; 

3.1.14-3.  Agentlik  əməkdaşlarının  əlavə  təhsili  və  peşəkarlığının  yüksəldilməsi  üçün 

tədbirlər görür; 

3.1.15. icbari tibbi sığorta sisteminin inkişaf istiqamətləri üzrə təkliflər verir



3.1.16. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin 

səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə 

yetirilməsini təmin edir;

vii

 

3.1.17.  dövlət  və  kommersiya  sirrinin,  “Fərdi  məlumatlar  haqqında”  Azərbaycan 



Respublikasının Qanununa əsasən konfidensial hesab edilən, habelə həkim sirrini təşkil 

edən məlumatların və məxfilik rejiminin qorunması üçün tədbirlər görür



3.1.17-1.  icbari  tibbi  sığorta  sahəsində  inzibati  xəta  əlamətləri  aşkar  etdikdə,  Azərbaycan 

Respublikasının  İnzibati  Xətalar  Məcəlləsinə  uyğun  olaraq  tədbirlər  görür,  cinayət  əlamətləri 

olduqda isə aidiyyəti üzrə məlumat verir;

viii

 

3.1.18.  öz  fəaliyyəti  haqqında  əhalinin  məlumatlandırılmasını,  internet  saytının 



yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan 

Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  açıqlanmalı  olan  ictimai  informasiyanın 

həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir

3.1.19. icbari tibbi sığortanın təbliği və bu istiqamətdə əhalinin maarifləndirilməsi 

məqsədi ilə tədbirlər görür



3.1.20. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi  üçün tədbirlər 

görür; 


3.1.20-1. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, icbari tibbi sığorta sahəsində elmi-

texniki nailiyyətlərin tətbiqini təmin edir;

ix

 

3.1.21. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan  müraciətlərə “Vətəndaşların müraciətləri 



haqqında”,  “İnzibati  icraat  haqqında”  və  “İnformasiya  əldə  etmək  haqqında”  Azərbaycan 

Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər 

görür;

x

 

3.1.22. dövlət orqanları, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən 



maliyyələşdirilən məqsədli proqram və layihələri birgə həyata keçirir

3.1.23. Agentliyə ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və digər 

maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir; 

3.1.24. Agentliyin informasiya təminatını təşkil edir və onun təhlükəsizliyini təmin edir;




Yüklə 468,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin