İCTİMAİ sektor üÇÜn mühasibat uçotunun beynəlxalq standartlari üZRƏ I,ii səVİYYƏ pms nöVÜ ÜZRƏ İmtahanin 2-Cİ MƏRHƏLƏSİ qanunveriCİLİk azərbaycan Respublikasının Vergi Məcəlləsi



Yüklə 139,34 Kb.
səhifə2/12
tarix07.09.2023
ölçüsü139,34 Kb.
#141869
1   2   3   4   5   6   7   8   9   ...   12
PMS 2 mərhələ

14-1.2.4.1. şəxslər beynəlxalq əmtəə birjalarında ticarət olunan məhsullar üzrə əməliyyat aparmış olsunlar və (və ya);
14-1.2.4.2. Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin vergi ili ərzində ümumi gəlirləri 30 milyon manatdan çox və hər bir qeyri-rezident şəxslə apardığı əməliyyatların həcminin ümumi gəlirlərdə (xərclərdə) xüsusi çəkisi 30 faizdən artıq olsun.
14-1.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında aparılan əməliyyatlar zamanı vergi ödəyicisinin təqdim etdiyi mallara (işlərə, xidmətlərə) tətbiq etdiyi qiymətlər eyni əməliyyat üçün bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan qiymətlərin aşağı həddindən az olduqda, vergilər transfer qiyməti ilə, yuxarı həddindən çox olduqda isə faktiki satış qiyməti ilə hesablanır.
14-1.4. Transfer qiymətlərinin tətbiqi nəticəsində yaranmış fərq mənfəət (gəlir) vergisinin məqsədləri üçün istifadə edilir.
14-1.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti eyni əməliyyat üçün bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan ən yüksək qiymətdən çoxdursa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilmişdirsə, həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə transfer qiyməti ilə aid edilir və vergilər yenidən hesablanır.
14-1.6. Transfer qiymətinin tətbiqi zamanı qiymətlərə təsir edə bilən amillər müəyyənləşdirilərkən bu Məcəllənin 14.6.1-ci maddəsinin müddəaları tətbiq edilir.
14-1.7. Vergi ödəyicisinin malların (işlərin, xidmətlərin) transfer qiymətinin bu Məcəllədə göstərilənlərdən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar təqdim etmək hüququ vardır.
14-1.8. Malların (işlərin, xidmətlərin) transfer qiymətləri müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, vergi ödəyicilərinin vergi orqanına təqdim etdiyi məlumatlardan, açıq məlumat mənbələrində yerləşdirilmiş hesabatlardakı məlumatlardan və digər müvafiq məlumatlardan istifadə edilir.
14-1.9. Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14-1.10. Qeyri-rezident şəxslərin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlər üzrə mənfəətin (gəlirin) müəyyən edilməsi və həmin qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə münasibətdə vergilərin hesablanması bu maddəyə əsasən müəyyənləşdirilir.

Yüklə 139,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin