İDDİA ƏRİZƏSİNƏ etiraz I. İşin halları


“Korrupsiya Silahlı Qüvvələri içindən dağıtmaqdadır”



Yüklə 216,19 Kb.
səhifə3/3
tarix09.03.2017
ölçüsü216,19 Kb.
#10737
1   2   3

“Korrupsiya Silahlı Qüvvələri içindən dağıtmaqdadır”

2013-04-16 - 10:45




 

 



Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinlinin “Media forum” saytına müsahibəsi


- Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda korrupsiya daha çox hansı istiqamətlərdə özünü göstərir?

- Güc strukturlarında korrupsiya və rüşvətxorluqdan danışarkən ölkədəki ümumi vəziyyəti diqqət mərkəzində saxlamaq lazımdır. Bütün sektorlarda şəffaflığın, demokratik institutların olmaması, münasibətlərin bazar iqtisadiyyatına uyğun qurulmaması, tenderlərin qapalı keçirilməsi güc strukturlarının fəaliyyətinə də mənfi təsir göstərib. Yəni korrupsiyadan söz düşəndə güc strukturlarını əlahiddə götürüb müzakirəyə çıxarmaq çətindir.


Bizim araşdırmalar göstərir ki, bu gün güc strukturlarında, xüsusilə də Müdafiə Nazirliyi sistemində korrupsiya müdafiə xərclərinin təyinata uyğun istifadə edilməməsi, xarici və yerli hərbi sənaye müəssisələrindən silah, texnika alınması, silah-sursat istehsalı və satışı, texnikanın əsaslı təmiri, saxlanması və utilizasiyası, müxtəlif təyinatlı tenderlərin keçirilməsi zamanı baş verir. Hərbi təyinatlı tikinti sahəsində, hərbi birləşmələrin yanacaq-sürtkü materialları, hərbi qulluqçuların isə ərzaq, geyim təminatı sahələrində də korrupsiya geniş yayılıb. Üstəlik, hərbi xidmətə çağırışda, hərbi birləşmələrdə işə qəbulda, kadr siyasətində, rütbələrin verilməsində, tibbi xidmətlərin göstərilməsində, hərbi qulluqçulara pul kompensasiyalarının ödənməsində də korrupsiya və rüşvətxorluq hallarının olduğuna dair məlumatlar var.
- Orduda korrupsiya hallarının əsas səbəbləri nədir?

- Müdafiə Nazirliyində rəhbərliyin uzun müddətdən bəri dəyişdirilməməsi üzündən idarəetmədə şəxsi maraqların önə çıxması əsas səbəblərdən biridir. Müdafiə xərclərinin tərkibi və xərclənməsi qaydaları cəmiyyət üçün aşkar deyil. Müxtəlif hərbi məqsədli tenderlərin qeyri-şəffaf keçirilməsi, hərbi-iqtisadi məsələlərdə inhisarlaşma, şəxsi heyətin öz hüquqlarını bilməməsi də başlıca səbəblər sırasındadır. Təhlükəsizlik və müdafiə sektorunda təmsil olunan güc strukturlarının korrupsiya reytinqini hazırlasaq, birinci yerdə Müdafiə Nazirliyi, onun ardınca Müdafiə Sənayesi Nazirliyi, daha sonra Fövqəladə Hallar Nazirliyi gələr. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi mətbuatda əksini tapan korrupsiya faktlarını toplamaqla güc strukturlarının illik korrupsiya reytinqini ortaya çıxarır. Ötən illərin təcrübəsi göstərir ki, Azərbaycanın ordu sistemində korrupsiyaya qarşı mübarizə səmərəli aparılmır, çox zaman belə hallardan şikayət edən hərbi qulluqçuların özlərini həbsə atırlar. Güc strukturlarının korrupsiyaya qarşı mübarizə strategiyası yoxdur. Hətta parlamentin də müdafiə vəsaitlərinin xərclənməsi prosesinə müdaxilə etmək səlahiyyəti yox dərəcəsindədir.


- Orduda korrupsiya ilə mübarizə necə aparılmalıdır? Bunun üçün bəhrələnə biləcəyimiz hansı beynəlxalq təcrübələr var?

- Dövlət idarəetmə sistemi, o cümlədən, güc strukturlarında idarəetmə mexanizmi tədricən və büsbütün dəyişməlidir. Hakimiyyətin qolları tam işlək vəziyyətə gətirilməlidir. Təhlükəsizlik və müdafiə sektorunda korrupsiyaya bulaşmış şəxslərin cəzalandırılma mexanizmi dəqiqləşdirilməli, bu prosesdə ictimai məlumatlandırma tətbiq olunmalı, müdafiə xərclərinin istifadəsi barədə daim cəmiyyətə məlumat verilməlidir. Ümumilikdə, müdafiə xərclərinin hər bir detalı müzakirəyə çıxarılmalı, bu məqsədlə güc strukturları – parlament – vətəndaş cəmiyyəti üçbucağı yaradılmalıdır. Antikorrupsiya prosesini davamlı şəkildə həyata keçirmək üçün prezidentə tabe olan ayrıca bir strukturun yaradılmasına da ehtiyac var. Müdafiə xərclərinin formalaşması və istifadə olunması prosesinə parlamentin müdaxilə imkanları artırılmalı, güc strukturları parlament qarşısında hesabatlı olmalıdır.


Beynəlxalq təcrübəyə gəlincə, NATO-ya sonradan qoşulmuş Şərqi Avropa dövlətlərinin, xüsusilə də Bolqarıstanla Polşanın təcrübəsi Azərbaycan üçün yararlı ola bilər. Polşanın ilkin və başlıca nailiyyəti parlamentin müdafiə sektoruna müdaxiləsini kəskin artırmaqla bağlı oldu. Bu ölkədə ordu ilə bağlı qərarların qəbulu prosesi cəmiyyət üçün tam açıq elan olundu, bu səbəbdən Polşa cəmiyyəti müdafiə siyasətinin məqsədlərini gözəl anlamağa başladı və lazım olanda bu siyasətə təsir edə bilmək imkanı qazandı. Avropa araşdırma mərkəzlərinin məlumatlarına baxsaq, vaxtilə Polşanın Avropa məkanında hərbi sahə üzrə ən çox korrupsiyaya uğramış ölkələrdən biri olduğunu görərik. Bunun aradan qaldırılması üçün rəsmi Varşava siyasi iradə ortaya qoydu: 2006-ci ildə Müdafiə Nazirliyində Antikorrupsiya Prosedurları Bürosu yaradıldı. Müdafiə nazirinə tabe olan büronun əsas işi tenderləri, dövlət sifarişləri ilə bağlı prosesləri tam nəzarətə götürmək idi. Vur-tut 4 ilə bu qurum öz hədəfinə çatdı, Polşanın Müdafiə Nazirliyində korrupsiyanın səviyyəsi minimuma endi. Büro indi də fəaliyyət göstərir, orada çalışan 4 mülki şəxs güc strukturlarına bağlı iqtisadi məsələlər üzrə araşdırmalarını davam etdirir.
Bolqarıstan da təxminən eyni yolu gedir. NATO bu ölkənin müdafiə və təhlükəsizlik sektorunda şəffaflığın təmin olunması, düzgün büdcə planlaşdırmasının tətbiqi üçün ciddi dəstək göstərir. Bu ölkələrin təcrübəsi Azərbaycan üçün nümunə sayıla bilər. Hesab edirəm ki, rəsmi Bakı deyilən istiqamətdə beynəlxalq təşkilatlarla, ələlxüsus NATO ilə əməkdaşlığı gücləndirməlidir.
Müasir dünyada təhlükəsizlik və müdafiə sektorunda korrupsiya ilə mübarizənin bir çox səmərəli üsulu var. Bu gün ən təsirli vasitə NATO mexanizmi sayılır. Düşünürəm ki, Azərbaycan NATO-nun Orta və Şərqi Avropa dövlətlərinin təhlükəsizlik və müdafiə sektorunda korrupsiya və cinayətkarlıq əleyhinə mübarizə proqramına qoşulmalıdır. Bu proqram həmin sektorlar üzrə büdcə planlaşdırması, şəffaflıq məsələsi, antikorrupsiya tədbirlərini nəzərdə tutur.
Bu gün NATO-ya üzv ölkələrdə korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Prosesdə alyansın 65 milli eksperti yaxından iştirak edir. 2011-ci ilin iyununda Polşada olarkən NATO-nun antikorrupsiya məmurları ilə söhbət etmək fürsəti qazandım. Onlar bildirdilər ki, əgər Azərbaycan razılıq versə, ilkin mərhələdə müdafiə və təhlükəsizlik sektorunda korrupsiyaya qarşı mübarizə üzrə qiymətləndirmə prosesi keçiriləcək. Bu zaman islahatlar, büdcə sistemi, vətəndaş cəmiyyəti ilə münasibətlərə dair suallara cavab axtarılacaq. İlk dövrdə Azərbaycan tərəfinin bu suallara cavab verməsi xahiş olunacaq. Bunun ardınca alyans 3-4 nəfərlik ekspert qrupunu Azərbaycana ezam edəcək, onlar orduda şəffaflıqla bağlı vəziyyəti yoxlayıb nəticələri, təklif və tövsiyələrini verəcəklər. Daha sonra praktiki yardım da göstəriləcək. Bu məqsədlə NATO Azərbaycana milli trenerlər hazırlamaq üçün kiçik təlim qrupu da göndərə bilər.
Ümumilikdə NATO-da korrupsiyaya qarşı mübarizə tədbirlərini nəzərdə tutan əsas alətlərdən biri “Building İntegrity İnitiative” adlanır. Bu, ordu quruculuğu prosesində dürüstlük anlamına gəlir. Bu təşəbbüs ona imza atan dövlətə korrupsiyaya qarşı mübarizə aparmaq üçün çoxşaxəli nəzəri-praktik dəstək göstərilməsini nəzərdə tutur. Alyans bu istiqamətdə müxtəlif təşkilatlarla, o cümlədən, Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi (DCAF) ilə işləyir. Əsas hədəf islahatlarda demokratiya və aşkarlığa nail olunmasıdır ki, bunlar da korrupsiyaya qarşı mübarizənin əsas effektiv alətləridir. Rəsmi məlumatlara əsasən, NATO Cənubi Qafqaz ölkələrinə, o cümlədən, Azərbaycana korrupsiyaya qarşı mübarizə aparmaq üçün “Building İntegrity İnitiative” proqramını təklif edib. Amma təəssüf ki, rəsmi Bakı bu istiqamətdə ortaya maraq, istək qoymayıb. Azərbaycanın bununla bağlı hər hansı siyasi qərarı belə yoxdur. Əgər rəsmi Bakı razılıq versə, alyansla Azərbaycan arasında təhlükəsizlik və müdafiə sektorunda korrupsiyaya qarşı mübarizə üzrə xüsusi proqram da yaradıla bilər. Bununla da Azərbaycan Cənubi Qafqazda NATO ilə bu sayaq əməkdaşlıq quran ilk ölkə olar. Baxmayaraq ki, Azərbaycanla NATO arasında razılaşdırılmış Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) üçüncü mərhələsində təhlükəsizlik və müdafiə sektorunda korrupsiyaya qarşı mübarizə tədbirlərinin də yer aldığı bildirilir.

Azərbaycanın müdafiə sektorunda korrupsiyanın aradan qalxması milli təhlükəsizlik maraqlarımız baxımından çox vacibdir. Bu istiqamətdə beynəlxalq təşkilatlarla yanaşı yerli vətəndaş cəmiyyəti təmsilçiləri ilə də əməkdaşlıq gücləndirilməlidir. Bir məsələ hamı üçün aydın olmalıdır ki, müdafiə xərcləri nə qədər artırılır artırılsın, silah-sursat nə qədər alınır alınsın, əgər orduda korrupsiya varsa, heç bir islahat onu gücləndirməyəcək. Korrupsiya həmin ordunu içindən dağıdacaq. Təəssüflə deməliyəm ki, bu gün məhz korrupsiya və rüşvətxorluq Azərbaycan Silahlı Qüvvələrini içindən dağıtmaqdadır. Bunun fəsadları isə özünü ordudaxili gərginliyin artmasında, qeyri-nizamnamə hallarının, əsgər ölümlərinin, intiharların çoxalmasında, sosial təminatın aşağı səviyyədə olmasında, generallar arasında mübarizənin kəskinləşməsində göstərir. Baş verənlər ölkə rəhbərliyi üçün həyəcan siqnalı olmalı, Silahlı Qüvvələrdə gerçək antikorrupsiya tədbirlərinə başlanmalıdır.  


http://www.mediaforum.az/korrupsiya/articles.php?lang=az&page=06&article_id=20130416104525815#.UfjfK6yJvxU

Orduda korrupsiya ilə bağlı video görüntü yayımlayan zabitə qarşı cinayət işi açıldı (VİDEO)


Orduda korrupsiya ilə bağlı video görüntü yayımlayan zabitə qarşı cinayət işi açıldı (VİDEO) Bu gün Müdafiə Nazirliyində “N” saylı hərbi hissənin zabitlərinin korrupsiya faktlarına dair açıqlamaları ilə bağlı mətbuat konfransı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib ki, baş verənlərin yerində araşdırılması üçün MN-in Tərbiyəvi İşlər üzrə İdarəsinin rəisi, polkovnik Vaqif Məmmədov həmin hərbi hissəyə ezam olunub. E. Sabiroğlu baş verənlərin yerində araşdırıldığını və başqa məqamların ortaya çıxdığı deyib.
Mətbuat konfransında iştirak edən polkovnik Vaqif Məmmədov deyib ki, Qasımov Ramin Əliağa oğlu öz tabeliyində olan 2 əsgəri vəzifə borclarını yerinə yetirərkən döyüb: “4 iyul 2011-də Fizuli Qarnizonu Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 331.3-ci maddəsi ilə cinayət işi başlanıb. Kapitan Ramin Qasımov isə hərbi hissə komandanlığına xəbərdarlıq edərək qisas alacağını deyib. Onun əxlaqında da problemlər var. Azərbaycan zabitinə yaraşmayan hərəkətlər edib. Şəxsi əşyalarının içində çoxlu sayda spirtli içki, hətta sulu qəlyan belə aşkar olunub”. O, kapitan Ramin Qasımovla şəxsi söhbət apardığını da deyib: “Leytenant Əsgərov Əsgər və gizir Rzayev Şahlar isə Ramin Qasımov tərəfindən aldadılaraq çəkilişə cəlb edildiklərini deyiblər. Həmin hərbçilər izahatlarında bu məsələyə ətraflı aydınlıq gətiriblər”. V. Məmmədov bildirib ki, R. Qasımov hazırda hərbi hissədə xidmətini davam etdirir və cinayət işinin nəticəsində uyğun olaraq müvafiq tədbir görüləcək: “Bu video çəkilişlə bağlı hələ cinayət işi qaldırılmayıb. Onu prokurorluq orqanları araşdırır”.
V. Məmmədov məvacib kartlarının mülki şəxslərdə girov saxlanılmasına da münasibətini bildirib: “Mən orada olduğum müddətdə apardığım araşdırmada belə faktla rastlaşmadım. Müdafiə Nazirliyi kifayət qədər vəsait ödəyir ki, hərbi birləşmələrin maddi-texniki təminatı həyata keçirilsin”. Qeyd edək ki, sözügedən video-müraciətdə zabitlər onların əmək haqlarının hesabına hərbi hissədə təmir işlərinin aparıldığını bildiriblər.


Mənbə: Fakto.info


http://test.forum-az.com/sehife.php?Qebul=Xeberler&Sehife=XeberOxu&id=2334

12

Əgər Əbiyev və Sadıxov yaxın zamanlarda vəzifələrindən çıxarılsalar, deməli orduda anti-korrupsiya tədbirləri realdır” – Cəsur Sümərinli



06:45 28-10-2011

Müslim, “MilAz” İA

“Müdafiə Nazirliyində hazırda rəhbər vəzifələri tutan şəxslər – xüsusilə də müdafiə naziri general-polkovnik Səfər Əbiyev və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıxov vəzifələrindən uzaqlaşdırılmayınca Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda hər hansı anti-korrupsiya tədbirlərinin səmərəli olacağını düşünmürəm”. Bu barədə “MilAz” İA-ya açıqlamasında “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli rəsmi Bakının orduda anti-korrupsiya tədbirlərində NATO ilə birgə fəaliyyət göstərməsi mümkünlüyünü şərh edərkən bildirib. C.Sümərinlinin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrində korrupsiyanın dərin kök atmasına dair müxtəlif mlumatlar KİV səhifələrini bəzəyir.





“Tenderlər şəffaf deyil, müdafiə nazirinin və SQ Baş Qərargah rəisinin malik olduqları iddia edilən mülklərin siyahısı dərc olunur. Orduya çıağırış sistemində, maddi-texniki təminat sahəsində rüşvət və korrupsiyanın tuğyan etməsinə dair çoxsaylı faktlar ortada olub. Amma təəssüf ki, bu faktlar demək olar ki, araşdırlmayıb. Hərbi komissarlıq sistemində aparılmış həbslər elə bu sahə ilə məhdudlaşdırılıb. Müdafiə Nazirliyinə, ayrı-ayrı böyük hərbi hissələrə rəhbərlik edənlər içərisində kimsəninsə cəzalandırıldığına dair məlumatlar yoxdur. Əksinə, bu faktları işıqlandıran mediaya qarşı basqılar var, saytlara haker hücumları edilir, qəzetlər məhkəməyə verilir. Beləliklə, müşahidə olunan proseslər onu deməyə əsas verir ki, yaxın perspektivdə Müdafiə Nazirliyində gerçəkdən korrupsiyaya qarşı mübarizə aparılması imkanları məhduddur”, - deyə C.Sümərinli bildirdi.


C.Sümərinlinin sözlərinə görə, siyasi hakimiyyətin orduda korrupsiyaya qarşı geniş miqyaslı tədbirlər həyata keçirməsi niyyətinə düşməsinin əsas siqnalı mövcud rəhbərliyin – Səfər Əbiyevin və Nəcməddin Sadıxovun vəzifədən çıxarılması ola bilər. “Əgər yaxın zamanlarda bu baş versə, deməli siyasi hakimiyyət orduda korrupsiya yoxlamalarına başlamaqda qərarlıdır. Yalnız bu halda NATO ilə hər hansı səmərəli əməkdaşlıqdan söhbət gedə bilər”, - deyə o qeyd etdi.


Qeyd edək ki, hökumətdəki mənbədən eksklüziv olaraq “MilAz” İA-ya daxil olan məlumata görə, Azərbaycan hakimiyyəti NATO-nun Orta və Şərqi Avropa dövlətlərinin milli təhlükəsizlik sahəsində korrupsiya və cinayətkarlıq əleyhinə mübarizə proqramına maraq göstərməyə başlayıb. Bu istiqamətdə birgə müzakirələrə başlanılmasına artıq razılıq verib.


Məlumatda qeyd edilir ki, rəsmi Bakı danışıqların ilk mərhələsində NATO-nun antikorrupsiya proqramı çərçivəsində təhlükəsizlik və müdafiə sektorunda korrupsiya yoxlamalarının aparılması qaydaları ilə tanış olmaq marağını ortaya qoyub. “NATO bununla bağlı 2006-cı ildən Azərbaycanla danışıqlar aparır və təkliflər irəli sürür. Amma rəsmi Bakı bu təkliflərə indiyə qədər hər hansı şəkildə maraq göstərməmişdi və ortaya qoyulan suallar faktik olaraq cavablandırılmamış qalırdı. Amma indi situasiya dəyişir. Təhlükəsizlik və müdafiə sektoru üzrə büdcə planlaşdırması, şəffaflıq məsələsi, anti-korrupsiya tədbirləri çərçivəsində Azərbaycanın NATO ilə birgə əməkdaşlığı üzrə çərçivələr yaxın aylarda cızıla bilər. Bu prosesdə ABŞ-ın hərbi-siyasi elitasının və rəsmi qurumlarının həm Bakıya, həm də NATO-ya xüsusi tövsiyyələri mövcuddur”, - deyə mənbə bildirdi.


Qeyd edək ki, bu gün NATO-ya üzv ölkələrdə korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Bu prosesdə alyansın 65 milli eksperti yaxından iştirak edir. Alyans dairələrində hesab edirlər ki, müdafiə və təhlükəsizlik sektorunda tenderlərin hesabatlı və şəffaf hazırlanması zəruridir. Əgər Azərbaycan tərəfi razılq versə, onda ilkin mərhələdə müdafiə və təhlükəsizlik sektorunda korrupsiyaya qarşı mübarizə üzrə qiymətləndirmə prosesi keçiriləcək. Bu qiymətləndirmədə islahatlar, büdcə sistemi, vətəndaş cəmiyyəti ilə münasibətlərə dair suallara cavab axtarılacaq. İlk dövrdə Azərbaycan tərəfinin bu suallara cavab verməsi xahiş ediləcək. Bunun ardınca isə alyans 3-4 nəfərdən ibarət ekspert qrupunu Azərbaycana ezam edəcək, onlar ordudakı şəffaflıqla bağlı vəziyyəti yoxlayıb nəticələri, təklif və tövsiyələri təqdim edəcəklər. Daha sonra praktiki yardım da göstəriləcək. Bunun üçün NATO tərəfindən Azərbaycanda milli trenerləri hazırlaşdırmaq üçün kiçik təlim qrupu da göndərilə bilər. NATO ekspertlərinin fikrincə, əgər rəsmi Bakı razılıq versə, onda alyansla Azərbaycan arasında təhlükəsizlik və müdafiə sektorunda korrupsiyaya qarşı mübarizə üzrə xüsusi proqram da yaradıla bilər. Bununla da Azərbaycan Cənubi Qafqazda NATO ilə bu sayaq əməkdaşlığı quracaq ilk ölkə ola bilər.


“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin əldə etdiyi məlumatlara görə, Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) üçüncü mərhələsində təhlükəsizlik və müdafiə sektorunda korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçiriləcək adımlar barədə ətraflı yazılır. Hazırda bi sənəd razılaşma ərəfəsindədir. Ola bilər ki, onun razılaşdırılması ilə təhlükəsizlik və müdafiə sektorunda korrupsiya yoxlamalarının aparılması daha ali səviyyəyə keçirilsin.


Amma əksər hərbi və siyasi ekspertlər indiki vəziyyətdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda hər hansı ciddi anti-korrupsiya tədbirlərinin görülməsini mümkünsüz hesab edir. Onların arqumenti ondan ibarətdir ki, belə yoxlamalar aparılsa, onda Müdafiə Nazirliyinin və digər bir çox güc strukturlarının rəhbərlərinin və müxtəlif səviyyədə təmsilçilərinin fəaliyyətinin araşdırlması mümkün olacaq və o zaman ortaya heyrətamiz faktlar ortaya çıxa bilər. Belə olan halda kütləvi həbslər, müxtəlif cəzaların verilməsi vacib olacaq.


Azərbaycanda indiki vəziyyətdə bu, mövcud hakimiyyətin dayaqlarının itirilməsi anlamına gələ bilərdi...

“MilAz” İA
http://www.milaz.info/news.php?id=19340

Xalq səfərbərliyə hazır deyilsə, deməli ordu da hazır deyil
(Turan-ın hərbi psixoloq Azad İsazadə ilə müsahibəsi)

Sual: Sizcə tez-tez əsgər ölümlərinin səbəbləri nədir?

Cavab: İlk növbədə, gənclər hərbi xidmətə psixoloji cəhətdən hazır deyil. Daha dəqiq desək, cəmiyyət içində orduya hazırlıq işləri mənfi planda gedir. Cəmiyyətdə ordu haqda mənfi məlumatlar, ölüm və dedovşinaya dair informasiyalar o qədər yayılıb ki, gənc çağırışçı əvvəlcədən düşünür ki, “orduya gedəcəyəm, orada məni sıxacaqlar” və s. Orduya getməyən gənclərin arasında belə söhbətlər var ki, sən orduya düşən kimi özünü güclü göstərməlisən. Sıxılmağa məruz qalmamalısan. Buna görə də bəziləri ordu sıralarına gələn kimi aqressiv reaksiya verir.


Bu, əslində oğru qanununa oxşayır. İlk gündən özünü necə göstərsən, elə də davam edir. Gənclər dzgün hərbi qulluq öyrənməyə hazırlaşmır, özünü kazarmada zəif göstərməməyə hazırlayır. İnsan harasa getməyə hazırlaşırsa, orada özünə qarşı aqressiya gözləyirsə və aqqresiyaya cavab verməyə hazırlıq görürsə aqressiv olacaq. Demirik ki, orduda ölümlər düşünülmüş formada olur, amma ölümlərin düşünülmüş forması da var ki, kimisə hansısa səbəbə görə öldürmək istəyirlər. Gənc əsgərlər fiziki təzyiqə məruz qoyulur.
Bir müqayisə aparaq, məsələn, əsgərlik dövründə 10 əsgər döyülür. Bunların arasında deyək ki, biri ölür, ikisi xəsarət alır. Qalanlarının üzərində isə döyülmə izləri qalır. Yanvardan bu günə kimi 30-a yaxın əsgər ölüb. İndi təsəvvür edin ki, orduda nə qədər əsgər döyülür? 
Sual: Orduda korrupsiya hansı rolu oynayır?

Cavab: Ordunun yuxarı eşalonunda korrupsiya olması haqda mətbuatda çox yazılıb. Silah, geyim, ərzaq və s. satışı haqda deyilir, ortada yalnız sözsöhbət dolaşır. Əsgər və kiçik zabitlər arasında korrupsiya halları var. Pul yığma, kontur məsələləri və s. buna nümunədir. Məsələn, valideynlər komandirə pul, yaxud övladlarının incidilməməsi üçün “şirinləşdirici hədiyyələr” verir. Bəziləri bunu könüllü edir, bir çoxlarından da komandir tələb edir. Bu əsgərlər arasında imkansızlar da var. Kim pul veribsə qulluğu yüngül keçir, onun əsgərlik yükü digər əsgərlərin üzərinə yüklənir. Məsələn, tualet təmizləmək bütün silahlı qüvvələrdə “za podlo” sayılır. Demək ən zəif, ən acizlər tualeti yumalıdır ki, bu xırda detalın özü korrupsiya hallarına gətirib çıxarır.


Sual: Məkətblərdə və ümumiyyətlə cəmiyyətdə orduya hazırlıq necədir? 

Cavab: Hərbi psixoloji hazırlığın bir neçə mərhələsi var. İlkin mərhələ, çağırışçının mülki həyatdakı hərbi-psixoloji mühitilə başlanır. Burada söhbət hərbi qulluqdan öncəki mülki həyatda hərbi psixologiyadan gedir. Çağırışçılar hərbi qulluqdan əvvəl, mülki həyatda ilkin hərbi psixoloji hazırlıq keçmədiyi üçün hərbi hissəyə düşən kimi ikinci mərhələ başlayır. 

İlkin mərhələ keçilmədiyindən hərbi hissədə birinci və ikinci mərhələ bir-birinə qarışır. Əsgərin karantin hazırlığı qurtarandan sonra hərbi hazırlıq başlamalıdır. Hərbi hazırlığın ən yüksək səviyyəsi döyüş hazırlığıdır. Bir il və ya bir il altı ay müddətinə hərbi həyatda olan əsgər vaxtı ititirir deyə, bütün proses sadəcə ümumi bilgilərə yönəldilir. Beləliklə hərbi xidmət müddəti başa çatır və əsgər döyüş hazırlığı keçmədən geri qayıdır. 

Hazırlıq keçilməməsi üzündən hərbi xidmət başa çatdıqdan sonra  məlum olur ki, əsgər natamam hərbi döyüş hazırlığı keçib. Bu səbəbə görə, hərbi psixoloji hazırlıq mülki həytada ikən həddindən artıq vacibdir. Bu hazırlığı praktik keçmirik, onun imitasiya forması hərbi oyunlardır. Oyunların özləri də düzgün keçirilmir. Məktəbdə hərbi hazırlğın sadə forması keçirilir, əldə silah tutulmur, yalnız nəzəriyyə öyrədilir.   Düşünürük ki, bu psixoloji hazırlıq sistemi peşəkar formada aşılanmalıdır. 

Sumqayıt məktəblərinin birində qumbara partlaması hadisəsi baş vermişdi. Səhv nəticəsində təlim qumbarası əvəzinə döyüş qumbarası qoyulmuşdu. Avtomat silahları təlim sırasından çoxdan yığışdırıblar. Elə hərbi hissələr var ki, əsgərin bir il altı ay ərzində silaha əli 3-5 dəfə dəyir ya yox. Bəzi əsgərlər ümumiyyətlə avtomat silahı söküb-yığa bilmir. Əsgərlər silahı ancaq cəbhə zonasında görür. Cəbhə zonasından kənar hərbi hissələrdə təhlükə olmasın deyə əsgərlərə silah verməməyə çalışırlar. Amma bu halda gənclərin hazırlığı barədə düşünən olmur. Müharibə başladığı halda əsgərlər döyüşə getməlidir. Silahı idarə edə bilmək özü döyüş qabiliyyətidir. Əsgərin döyüş qabiliyyəti natamam olanda ordu özü natamam olur.
Sual: Cəmiyyətdə ordunun nüfuzunu qaldırmaq içün nə etmək lazımdır?  

Cavab: Orduya çoxsaylı peşə sahibləri lazımdır. Sürücüdən, həkimdən, dərzidən, aşbazdan tutmuş sadalaya bilmədiyimiz peşələrə kimi. Bir zamanlar hərbi komissarlıqların tərkibində müxtəlif dərnək və kurslar var idi. Avtomobil idarə edən bir gənc hərbi xidmətə getməzdən öncə sürücülük vəsiqəsi alırdı, hərbi xidmətə artıq sürücü kimi başlayırdı. Rabitəçini, tibb işçisini və s. hazırlamaq lazımdır  və bu, istər-istəməz ordunun nüfuzunun yüksəlməsinə səbəb olacaq. Əsgər hər-hansı bir peşə sahibidirsə, hərbi hissədə buna uyğun yönləndirmə olmalıdır. Bununla paralel başqa bir peşəni də öyrətmək mümkündür.  


Sual: Şou biznes nümayəndələri bu gün milli qəhrəmanlardan daha məşhur və daha hörmətlidir. Belə olan ölkədə gənclər orduya can atarmı, torpaq  uğrunda qan tökərmi?

Cavab: Bunu isbatlamaq üçün müğənni Faiq Ağayevi və Milli Qəhrəman Eldar Ağayevi kimin tanıması haqda sorğu keçirsək yetərlidir. Azərbaycanın indi həyatda olan cəmi16  Milli Qəhrəmanı var. Milli Qəhrəmanı, peşəkar zabiti heç kim tanımır. Faiq Ağayevi isə hamı tanıyır. Bu paralel cəmiyyətdə ordu ilə şou-biznesin yerini dəqiq göstərir. İkisinin də soyadı eynidir, Ağayevdir. Biri tanınır, digərini isə tanınmırlar. E.Ağayevi hərbiçilər tanıyır, amma Faiq Ağayevi… Bu o demək deyil ki, müğənniləri tanımayaq, amma ən azı qəhrəmanlarımızı da tanıyaq, o qədər də çox deyillər. 

Hələlik müharibəyə hazırlaşmırıq, amma müharibə başlasa belə, cəmiyyət buna tam hazır deyil. Qarabağı müharibəsiz azad etmək inandırıcı görünmür. Yalnız danışıqlarla nə isə əldə etmək də ağlabatan görünmür. Ordu bir neçə uğurlu əməliyyatlar keçirməlidir. Tək ordu müharibəni uda bilməz, müharibəni dövlət udur. Ordu da xalqa arxalanır. Ona görə də səfərbərlik xalqdan gəlməlidir. Səfərbərlik zamanı xalq hazır olmayacaqsa, ordu döyüşə bilməyəcək.

 

http://www.contact.az/docs/2013/Interview/052900037865az.htm#.UfjgJ6yJvxU



Milli Ordunun zabitləri korrupsiya ilə əlaqədar prezidentə müraciət edib

Müdafiə Nazirliyi video vasitəsilə ünvanlanan mürəciəti yerində araşdırır
Azərbaycan Silahlı Qüvvələrinin Beyləqanda yerləşən N” saylı hərbi hissəsinin 3 zabiti, kapitan Ramin Qasımov, leytenant Əsgər Əsgərov, gizir Şahlar Rzayev ordudakı korrupsiya faktı ilə əlaqədar Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər. Zabitlərin müraciətini əks elətdirən videolent internetdə də yayılıb.

“20-25 gün bundan qabaq qasırğa mənim bölüyümün damını dağıtdı. Atmalar, şiferi dağıtdı. Yeni tikdiyimiz hamamı darmadağın etdi. Biz tağım komandiri mayor Elmir Quliyevə müraciət etdik. O da dedi ki, “get düzəlt!”, - deyə Milli Ordunun zabiti Ramin Qasımov müraciətdə qeyd edib.

Məcburiyyət qarşısında qalan bölük və tağım komandirləri öz əməkhaqqı kartlarını girov qoyaraq tikinti materialları alıb kazarmanı təmir etdiriblər. Çətin vəziyyətlə qarşılaşan kapitan Qasımov əməkhaqqı kartının hazırda Beyləqandakı inşaat materialları mağazasında girov olduğunu bildirib. O, eyni zamanda tikinti mağazasında digər hərbçilərin də maaş kartlarının saxlandığı barədə məlumat verib. Hərbçilər kazarmanın təmirinə qoyduqları xərcin Müdafiə Nazirliyi tərfindən mağazaya ödənilməsini və əməkhaqqı kartlarının özlərinə qaytarılmasını tələb edirlər.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu video müraciət edənlərin Milli Ordunun əsgərləri olduğunu ANS-ə təsdiqləyib. O bildirib ki, müdafiə nazirinin tapşırığı ilə Beyləqandakı hərbi hissələrdən birinin zabitlərinin korrupsiya halları ilə bağlı prezidentə ünvanladığı videomüraciətin araşdırılmasına başlanılıb.


“Müdafiə Nazirliyi rəhbərliyi dərhal buna reaksiya verdi. Nazirin tapşırığı əsasında həmin vəziyyəti öyrənmək, araşdırma aparmaq üçün ora əməkdaşlar ezam edildi. Konkret bir fikir söyləmək üçün araşdırma başa çatmalıdır. Həqiqəti biz müəyyən etməliyik. Doğrudanmı bu belədir. Bu hansı səbəbdən yaranıb. Yəqin ki, çox qısa bir vaxtda ictimaiyyətə nəsə söyləyə biləcəyik”, deyə E. Sabiroğlu bildirib.


Videogörüntünün yayımlanmasından sonra prezidentə müraciət edən hərbçilərin ailə üzvlərinə nazirlik tərəfindən təzyiqlər edilməsi barədə səslənən məlumatlara gəlincə, nazirliyin sözçüsü buna da münasibət bildirib. “Ora səlahiyyətli əməkdaşlar ona görə gediblər ki, mahiyyəti öyrənsinlər. Həqiqəti aşkara çıxarsınlar. Söylənilənlərlə razılaşmaq olmaz. Konkret fakt ortaya qoyulmalıdır. Faktsız nəsə irəli sürmək doğru sayıla bilməz”


Qeyd edək ki, məsələyə Hərbi Prokurorluğun müdaxilə edib-etməyəcəyi barədə isə hələlik heç bir məlumat yoxdur. ANSPRESS


http://xeber.azeri.net/gundem/milli-ordunun-zabitleri-korrupsiya-ile-elaqedar-prezidente-muraciet-edib

Səfər Əbiyevə qarşı 14 korrupsiya faktı
“Azərbaycan Respublikası QHT-lərinin “Təhlükəsizlik, Demokratiya və İqtisadi İnkişaf Koalisiyası” (“SeDEP” QHT-lər koalisiyası) bu həftəni “Səfər Əbiyev (18) Həftəsi” elan etdi. Bununla bağlı tədbirlər planı da hazırlanıb. Feralın 4-dən 10-a qədər tədbir davam edəcək.

Plana görə dünən “Səfər Əbiyev və korrupsiya: Faktlar və arqumentlər” mövzusunda ilk “dəyirmi masa” keçirildi. Tədbirdə bildirildi ki, “Səfər Əbiyev (18) Həftəsi” aksiya olaraq bir fərd kimi yalnız Səfər Əbiyevə aiddir, aksiyanın orduya qarşı yönəlməyib. Aksiya bir fərd kimi yalnız Səfər Əbiyevə aid olduğu üçün tədbirlərin heç birinə Müdafiə Nazirliyinin və onun tabeçiliyində olan hərbi hissə, müəssisə və təşkilatların nümayəndələri buraxılmayacaq. Bütün tədbirlərdə fərd olaraq şəxsən Səfər Əbiyev və ya onun yalnız bir nəfər nümayəndəsi qanunla müəyyən olunmuş formada tərtib olunmuş etibarnamə əsasında (səsyazma və video çəkiliş aparmamaq şərti ilə) iştirak edə bilər.


Nazir “missionerlərini” göndərdi

Dünən bununla bağlı keçirilən “dəyirmi masa”ya Müdafiə Nazirliyinin 9 əməkdaşı da gəlmişdi. “SeDEP” QHT-lər koalisiyasının prezidenti Yaşar Cəfərli onlardan, tədbirə dəvətli olmadıqları və iştirak üçün etibarnamələrinin olmadığı üçün, zalı tərk etmələrini tələb etdi. Lakin Müdafiə Nazirliyinin hüquqşunasları - mayor Ənvər Aslanov və polkovnik-leytenant Məhəmməd Süleymanov israrla təbirdə iştirak etmək istədiklərini bəyan etdilər. Qarşılıqlı tələblər isə mübahisələrə səbəb oldu.


Y.Cəfərli: Siz bura kimdən icazə alıb gəlmisiniz?

Ə.Aslanov: Heç kimdən


Y.Cəfərli: Axı, siz nazirliyin əməkdaşısınız, necə icazə almadan gələ bilərsiniz? Sizi Səfər Əbiyev göndərib bura, özü niyə gəlməyib? Ya da etibarnamə ilə nümayəndəsini niyə göndərməyib?

Ə.Aslanov: Həftədə iki dəfə hərbçilərə istrahət verilir, bu gün istirahət günümüzdür, ona görə gəlmişik.


Y.Cəfərli: Sizin dedikləriniz əsassızdır, nazir gəlməlidir, ya da nümayəndəsi, bunu biz qeyd etmişdik.

Ə.Aslanov: Biz də iştirak etmək istəyirik


Y.Cəfərli: Tələblərimizi yerinə yetirməsəniz, polis çağıracağıq.

Mübahisə uzun davam elədi. Hərbçilər getdilər, ancaq onların yerinə tədbirə mülki geyimli bir şəxs gəldi. Onun da iştirakı tədbir planına görə mümkünsüz sayıldı.

“Zakir Qaralov bunlara göz yumur”

Y.Cəfərli bildirdi ki, müdafiə naziri qanunları pozaraq hərbçiləri cinayətə sürükləyir: “Səfər Əbiyev orduda imzatoplama kampaniyasını təşkil etməklə bir daha qanunlarımıza olan münasibətini göstərdi. Çünki, hərbi qulluqçuların kütləvi şəkildə müraciətlər, şikayətlər, bəyanatlar və s. omzalaması qanunla qadağandır. Nə qədər ki, ordu rəhbərliyi dəyişdirilməyib, Səfər Əbiyev nazir pustunda qalmaqda davam edəcək, orduya xərclənən vəsitlərin, aparılan islahatların səmərəsi olmayacaq”.


Onun sözlərinə görə, orduda olan problemlər və cinayətlərlə bağlı Baş prokuror Zakir Qaralova müraciət ediblər: “Müraciətdə onu da yazmışdıq ki, 7 il 2 ay rəzində döyüş bölgələrində xidmət edən zabit və gizirlərin maaşı əlindən alınır. Baş Prokuror bununla bağlı tədbir görmədi. Nəticədə orduda insan haqları pozulmaqda, cinayətlər davam etməkdədir. Zakir Qaralov Səfər Əbiyev üçün cəzasızlıq mühiti yaradıb. Baş Prokuror cinayətin qarşısını almır. Ona görə də əsgər ölümləri də davam edir”.

Konkret korrupsiya faktları

“Korrupsiyaya Qarşı İctimai Mübarizə Mərkəzinin” direktoru Telman Əbilov “Səfər Əbiyev və korrupsiya: Faktlar və arqumentlər” mözusundakı çıxışında orduda baş verən korrupsiya faktlarını açıqladı.

1-ci fakt: ““Babək” (“Salyut”) mehmanxanasından keçmiş SSRİ məkanında 9 dənə tikilmişdi və orada, təxminən 100 zabit ailəsinin yaşaması üçün hər bir imkan var idi. Lakin 2003-2004-cü illərdə, guya uçmaq təhlükəsi var deyə, həmin mehmanxana söküldü və yerində nazir özünə 5 mərtəbəli iqamətgah tikdirdi”.


2-ci fakt: ““Salyanski kazarma”da 2 hektara yazın ərazi və inzibati idarədən ibarət Mənzil İstismar Sahəsi var idi. Səfər Əbiyev oradakı inzibati binanı köçürdü, hal-hazırda orada çoxmərtəbəli yaşayış binaları tikilib”.

3-cü fakt: ““Salyanski kazarma”da böyük diş poliklinikası vardı. O da söküldü, yerində çoxmərtəbəli binalar var hal-hazırda”.


4-cü fakt: “Hərbi hospitaldan yuxarıda sol tərəfdə yanaqcaqdoldurma məntəqəsi vardı. Səfər Əbiyev yanacaqdoldurma məntəqəsinin sahibini məhkəməyə verərək, əsas gətirdi ki, oradan hərbi hospital görünür. Orada da hal hazırda çoxmərtəbəli yaşayış binası tikilib”.

5-ci fakt: “Zirə qəsəbəssində “N” saylı hərbi hissə ətrafında Müdafiə Nazirliyinə məxsus olan 67 hektar torpaq sahəsi keçən il nazirliyin mülkiyyətindən çıxarılaq özəlləşdirildi”.


6-cı fakt: “SSRİ vaxtı Müdafiə Nazirliyinin mənzil fondu var idi, hazırda mənzil fondu qalmayıb. Habelə Müdafiə Nazirliyinin tabeçiliyində kolxoz, sovxozlar var idi, hamısı özəlləşdirilib”.

7-ci fakt: ““Ximqorodok” deyilən ərazidə fin evləri var idi, indi hamısının yerində çoxmərtəbəli yaşayış binaları tikilib”.


8-ci fakt: “Hərbi Dəniz Qüvvələrinin 1000 kvadretmetrlik muzeyi ləğv olunaraq (muzeyə aid olan əşyaların taleyi və dəyəri sual altındadır) Özəl Göz Klinikasına icarəyə verilib”.

9-cu fakt: “Hərbi Dəniz Qüvvələrinin keşmiş hamamı ləğv edildikdən sonra, yaşayış evi kimi zabitlərə verilmişdi, lakin sonra zabitlər də o evlərdən çıxarılmışlar, hal-hazırda restoran tikintisi gedir həmin ərazidə”.


10-cu fakt: “Hərbi Dəniz Qüvvələrinin Bayılda yerləşən mehmanxanası 10 il əvvəl BP şirkətinə icarəyə verilib”.

11-ci fakt: “Keçmiş Bakı Zooparkının yanında 1.6 hektara yaxın ərazidə Hərbi Tikinti İdarəsi yerləşirdi. Həmin idarə də qanunsuz yolla sökülərək, torpağı və dəzgahları saxtalaşdırılaraq su qiymətinə satılıb. Saxtalaşmada iştirak etməyən zabitlər vəzifəsindən kənarlaşdırılaraq, rütbələri aşağı salınıb”.


12-ci fakt: “Bakı qarnizonunda Müdafiə Nazirliyinin balansında olan binaların zirzəmiləri özəlləşdirildi”.

13-cü fakt: “Xızı, Altıağac, H.Z.Tağıyev qəsəbələrində 100 hektarlarla kənd təsərrüfatlı təyinatlı torpaq sahələri hansı səbəblərdənsə balansdan çıxarılıb”.


14-cü fakt: “Müdafiə Nazirliyinə aid olan hərbi ticarət mağazaları, mərkəzləri Müdafiə Nazirliyinin himayədarlığı ilə özəlləşdirərək müxtəlif şəxslərə satılıb”. \Bizimyolinfo

P.S. Tədbirdə səslənən ittihamlarla bağlı dünən Müdafiə Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, zənglərimizə cavab verən olmadı.


http://faktxeber.com/sfr-biyev-qar-14-korrupsiya-fakt_h418984.html

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Biləsuvar rayon şöbəsinin rəisi Səbuhi Osmanov dövlət xidmətini korrupsiya yuvasına çevirib. Belə ki, onun sağlam gəncləri ordudan yayındırdığı bildirilir.

Rayonun Ovçubərə kənd sakini, orta məktəb müəllimi və Yeni Azərbaycan Partiyasının üzvi Əmirov Rasimin PİA.Az-a yazdığı şikayət məktubunda da bu faktlar öz əksini tapır. Hazırda təzyqə məruz qalan vətəndaş bildirir ki, Ovçubərə kənd icra nümayəndəsi Ağaddin Mikayılov da oğlu Cəlil Mikayılovu xəstəlik adı ilə ordudan yayındırıb. Bunu isə rayondakı əlaqələri və dövlət xidmətinin rəisi Səbuhi Osmanovla yaxın münasibəti hesabına reallaşdırıb. Onun hətta rüşvət verərək oğluna xəstəlik kağızı alması və birdəfəlik ordudan yayındırdığı iddia olunur.


Vətəndaş problemlə bağlı müdafiə naziri Səfər Əbiyevə və hərbi prokuror Xanlar Vəliyevə də müraciət etdiyini deyir. Ancaq bütün bunlara baxmayaraq Səbuhi Osmanov barəsində heç bir tədbir görülməyib. Əksinə onun qanunsuz əməllərinə göz yumulması dövlət xidmətində saxtakarlığa bir az da yol açıb.


Ancaq məsələnin daha bir maraqlı tərəfi də var. Məlumatda bildirilir ki, edilən şikayətlərə dövlət xidmətinin rəisi Səbuhi Osmanov deyil, rayon icra hakimiyyəti cavab verir. Bunun da sırf Akif Kazımov tərəfindən həyata keçirildiyi söylənilir. Belə ki, rayon icra hakimiyyətindən şikayətlərə cavab olaraq bildirilir ki, Mikayılov Cəlil Ağaddin oğluna (Ağaddin Mikayılovun oğlu) “ Hərbi Həkim Ekspertiziyası Haqqında Əsasnamə”nin 58.d maddəsinə əsasən hərbi xidmətə çağırışdan möhlət verilib. Göründüyü kimi icra hakimiyyəti bu işin araşdırılmasını hüquq-mühafizə orqanlarına həvalə etməkdənsə, özü az qala Müdafiə Nazirliyinin vəzifələrini yerinə yetirir. Bu da Biləsuvarda necə də gülünc bir rəzalətin yaşanmasından xəbər verir.


Vətəndaşların sözlərinə görə, icra nümayəndəsinin icra başçısının müavini Akif Kazımovun adamı olmasından və rayonda istənilən məmura söz keçirə bilməsindən ehtiyatlanan Səbuhi Osmanov onunla istənilən razılaşmaya getmək məcburiyyətindədir. O, həmçinin icra nümayəndəsi ilə əlaqələrini yaxınlaşdıraraq hərbi xidmətə çağırışı biznesə çevirib.


İddia olunur ki, Ağaddin Mikayılov rəhbərlik etdiyi ərazidə bir çox gəncləri də rüşvət almaq yolu ilə ordudan yayındırıb. Onun bu pulları xidmət rəisi Səbuhi Osmanovla “dədə-malı” kimi bölüşdürdüyü söylənilir. Həmçinin onun bir neçə vətəndaşdan övladlarını istədikləri hərbi hissələrə göndərəcəyi ilə bağlı rüşvət aldığı və sonda aldatdığı deyilir.


Rayondan verilən məlumatlarda bildirilir ki, SHXÇDX-nin rayon şöbəsinin rəisi Səbuhi Osmanov da imkanlı vətəndaşlardan külli miqdarda rüşvət alaraq övladlarını ordudan yayındırdığı artıq rayonda hər kəsə bəllidir.


Əldə etdiyimiz digər bir məlumata görə, gənclərin hərbi xidmətə çağırılması, onların siyahıya alınması və çağrış vərəqələrinin ünvana verilməsi prosesinin həyata keçirilməsində icra naümayəndələrinin xüsusi səlahiyyəti var. Məhz bundan sui-istifadə edən Ağaddin Mikayılov vətəndaşlardan pul alaraq övladlarını xəstə adı ilə ordudan yayaındırır. Hətta Səbuhi Osmanov həmin gənclərin bir müddət Bakı və Ələtdəki hərbi hospitallarda yatırılması, daha sonra isə arayış alaraq onların “qeyri-məhdud yararlı” adı ilə orduya getməkdən tərxis olunmasına nail ola bilir.

Bundan başqa, xidmət rəisi yayarsız adı ilə orduya getməkdən yayındırdığı gənclərin yerinə imkansız və kasıb ailələrin xəstə övladlarını göndərir. Onunla bağlı edilən şikayətlər isə nəticəsiz qalır. Həmin xəstə gənclərin isə hərbi xidməti tam başa vura bilməyib daha acınacaqlı bir sağlıq durumu ilə bir neçə aydan sonra rayona qayıtdığı bildirilir.
Məlumata görə, Səbuhi Osmanovun digər bir qanunsuz əməli xəstəliklə ordudan tərxis olunan əsgərlərə ayrılan birdəfəlik yardımla bağlıdır. Belə ki, xidmət rəsinin həmin pulları əksər hallarda mənimsədiyi və şikayət edəcəyindən ehtiyatlandığı vətəndaşlarla bölüşdürdüyü bildirilir.

Qeyd edək ki, SHXÇDX-nin Biləsuvar rayon şöbəsi haqqında daha ilginc məlumatlara malikik. Həmin məlumatları araşdırdıqdan sonra oxucuların diqqətinə çatdıracağıq.


http://tia.az/index.php?name=News&op=Article&sid=17338

Orduda korrupsiya hallarının qarşısını almaq üçün ictimai qurum yaradılıb

Silahlı Qüvvələrdə korrupsiya hallarının aradan qaldırılması məqsədilə daha bir ictimai qurum təsis edilib. Trend məlumat verir ki, "Silahlı Qüvvələrdə Korrupsiyaya Qarşı Mubarizə Mərkəzi" adlanan ictimai qurumun təsisçiləri yanvarın 6-da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçiriblər.


Qurum üzvləri bildiriblər ki, yeni yaradılan ictimai birliyin prinsipləri Silahlı Qüvvələrdə mövcud olan korrupsiya hallarının yaranma səbəblərini ictimaiyyətə çatdırmaq, müvafiq dövlət orqanları ilə birlikdə bu sahədə iş birliyinin yaradılmasını, beynəlxalq antikorrupsiya təşkilatı olan "İnternational Transparensy"-nin Azərbaycan ofisi ilə əlaqələrinin qurulmasını təmin etməkdir.

Bundan əlavə, təşkilat hərbi hissələrdə monitorinq aparmaq, vətəndaşları hərbi məsələlərlə bağlı maarifləndirmək məqsədilə görüşlər, dəyirmi masalar və konfranslar da keçirməyi planlaşdırıb.


http://az.trend.az/news/society/817052.html



Yüklə 216,19 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin