İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə127/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   123   124   125   126   127   128   129   130   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

16.2. ÜSTÜAÇIQ İDMAN QURĞULARI
Stadionlar və idman meydançaları üçün sahə seçilərkən həmin kompleksə daxil olan və mərkəzini təşkil edən futbol meydançasını, bundan əlavə qaçış yollarını, atletikanın başqa növləri ilə məşğul olmaq üçün lazım olan bölmələri yerləşdirmək üçün hamar sahə ayrılmalıdır. Bu yerin torpağı təmiz, yeraltı suların səviyyəsi 70 sm-dən aşağı olmalıdır. Stadionun ətrafı 10 m enindən az olmayaraq yaşıllıqla əhatə olunmalıdır. Əkiləcək ağacları elə seçmək lazımdır ki, onlar çiçəklənərkən ətraf çirklənməsin, tacı sıx olsun, kolların iti tikanları olmasın. Seçilmiş sahənin yaşıllıq hissəsi 30% təşkil etməlidir.

Stadionun nəzdində hokkey meydançası, fiqurlu konki sürənlər üçün sahə də ola bilər. Burada vacib sayılan məsələlərdən biri tamaşaçılar üçün yerin ayrılmasıdır. İdman meydançalarından kənarda tamaşaçılar üçün 2-3 cərgə skamya qoyulur.

İdman meydançalarının, həmçinin stadionların torpaq örtüyünə qatına qulluq etmənin böyük gigiyenik və sanitar - texniki əhəmiyyəti vardır. Çox vaxt idman meydançalarının torpağının üst qatı gətirmə olur. Torpağın üst qatı tozlu olmamalı, su dəydikdə tez yumşalmalı, sürüşkən olmamalı, idmançı yıxılarkən zədələnməməlidir. Futbol meydançasının yaşıl örtüyü qısa, möhkəm olmalı, quru və yağışlı havada tapdalandıqda xarab olmamalıdır. Suyun axması üçün torpağın üst qatını bir qədər maili etməli və ya drenaj sistemi yaradılmalıdır.



    1. Yüklə 1,93 Mb.

      Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin