İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə125/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   121   122   123   124   125   126   127   128   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

15.7. TORPAĞIN GİGİYENASI
Torpaq ətraf mühitin mühüm gigiyenik əhəmiyyətə malik obyektlərindən biridir. O, yer səthinin üst münbit qatı olub suyun, havanın, canlı və cansız aləminbirgə təsiri nəticəsində təbii olaraq dəyişən bir sistemdir. Torpaq və onun süxurları xarici mühitin əsas elementlərindən biri olub, insanların sağlamlığına və yaşayış tərzinə ciddi təsir göstərir. Torpaq günəş şüaları vasitəsilə qızaraq istiliyini havaya verir və istilik mübadiləsində iştirak edir. Torpaq iqlim əmələ gətirən amillərdən biridir. Yerə yaxın hava qatı torpağın istilik rejimi ilə daim əlaqədə olur. Torpaq bataqlıq olduqda həmin ərazinin də iqlimi rütubətli olur.

Torpaq qatında müəyyən kimyəvi elementlər çatışmadıqda və ya həddindən artıq olduqda onlar yeyinti məhsullarında və suda da çatışmır, ya da artıq olur. Məsələn, məlumdur ki, bəzi yerlərin torpaqlarında yod çatışmadıqda o, burada bitən bitkilərin tərkibində və yeraltı sularda da az olur.

Torpaq bir çox yoluxucu xəstəliklərin yayılmasında və qurd yumurtalarının orqanizmə düşməsində böyük rol oynayır. Torpaq çirkləndikdə orada patogen mikroblar spora əmələ gətirərək illərlə yaşayır. Məs: qara yara, qazlı qanqrena çöpləri və s.

İnsanın və heyvanların ifrazatı ilə torpağa çoxlu miqdarda qurd yumurtaları düşə bilir. Həmin yumurtalar əlverişli şəraitdə 50 gündən də çox yaşaya bilir və müxtəlif yollarla insan orqanizminə düşür.

Torpaq istehsalat tullantıları və kənd təsərrüfatında istifadə edilən kimyəvi zəhərləyici maddələr və mineral gübrələrlə çirklənə bilər.

Torpağın mühüm gigiyenik əhəmiyyəti onun mexaniki tərkibindən asılıdır. Torpaq xırda hissəciklərdən və onların arasında olan məsamələrdən ibarətdir. Onun bir neçə növü məlumdur.

1. Qumlu torpaq. Bu torpaqda 90%-dən çox qum və 10%-dən az gil olur.

2. Qumluca torpaqda 70-90% qum və 10-30% gil olur.



  1. Gillicə torpaqda 50-60% qum və 30-50% gil olur.

  2. Gilli torpaqda 50%-dən çox gil olur.

Dənələri iri olan torpaqlar suyu, havanı yaxşı keçirir, quru olduğu kimi ventilyasiyası da yaxşı olur. Bu torpaqların öz-özünə təmizlənmə qabiliyyəti yüksəkdir.

Torpağın öz-özünə təmizlənmə qabiliyyətinin müəyyən hüdudu vardır. Ona görə də tullantıların torpaq vasitəsilə zərərsizləşdirilməsində onun bu imkanları mütləq nəzərə alınmalıdır. Torpağın həddən artıq çirklənməsi onda olan faydalı mirofloranın məhv olmasına səbəb ola bilər.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin