İdman təbabəTİ VƏ GİGİyena


İdman qurğularının işıqlandırılması



Yüklə 1,93 Mb.
səhifə129/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   125   126   127   128   129   130   131   132   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

16.4. İdman qurğularının işıqlandırılması
Göz şüa enerji spektrinin dalğa uzunluğu 390 nm-dən 760 nm-yə qədər olan çox kiçik bir hissəni işıq kimi görür. İşığın qavranılmasına görə qiymətləndirilən şüa enerjisi toplusuna işıq seli (F) deyilir. İşıq seli vahidi lyumen (lm) qəbul edilmişdir. Lümen – ərimiş platin bərkiyən anda onun 0,5305 mm2 sahəsindən alınan işıq selidir. Verilən istiqamətdə işıq selinin faza sıxlığına işıq şiddəti deyilir və vahidi şamdır. Yeni şam əvvəlki Beynəlxalq şamdan fərqlənir: 1 Beynəlxalq şam = 1,005 yeni şam.

İşıq seli cisimlərin üzərinə düşərək geri qayıdır və biz həmin cisimləri görürük. İşıqlanma mənbəyi vahidi kimi lyuks (lk) qəbul edilmişdir. Bir lyuks 1 kv m sahəyə düşən və həmin səthə bir bərabərdə paylanan 1 lm işıq selinə deyilir.

İnsanın sağlamlığı və işgüzarlığı işıqlanma ilə sıx bağlıdır. İşıqlanma yaxşı olduqca mərkəzi sinir sisteminin və orqanizmin fəaliyyəti artır, onun yüksək dərəcədə effektliyi təmin edilir. İşıqlanma pis olduqda, insanın fəaliyyəti aşağı düşür, əmək qabiliyyəti azalır, görmə zəifləyir və travmatizm artır. Səmərəli işıqlandırma aşağıdakı tələbata cavab verməlidir.

- İşıqlanma kifayət qədər olmalı və binanı optimal dərəcədə işıqlandırmalıdır;

- İşıq bərabər səpələnməli və gözləri qamaşdırılmamalıdır;

-İşıq havanın keyfiyyətini pozmamalı və otağın istiliyini yüksəltməməlidir;

- Etibarlı və təhlükəsiz olmalıdır.

İşıqlandırılma iki növ olur:



  1. Təbii işıqlanma;

  2. Süni işıqlanma.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin