Havanın rütubəti. Havanın rütubətliyi dənizlərin, okeanların, həmçinin yerin səthindən suyun buxarlanması hesabına əmələ gəlir.
Atmosfer havasında su buxarının miqdarı su hövzələrinə yaxınlığından, hündürlüyündən, yer örtüyündən və s. asılı olaraq dəyişir. Su buxarı sıxlaşaraq bəzən qar və yağış şəklində yerə düşür. Rütubətli yerlərdə yağıntının miqdarı çox olur. Rütubətliyi xarakterizə etmək üçün aşağıdakı göstəricilərdən istifadə edilir:
Mütləq rütubət – hazırkı şəraitdə havada olan su buxarının sıxlığıdır ki, bu da millimetr civə sütunu ilə ölçülür.
Dostları ilə paylaş: |