Maksimal rütubət – hazırkı hərarət şəraitində havanı su buxarı ilə doyuzdurmaq üçün lazım olan su buxarının miqdarına deyilir.
Nisbi rütubət – mütləq rütubətin maksimal rütubətə faizlə nisbətinə deyilir.
Nisbi rütubət gün ərzində dəyişir. Bu göstərici havanın hərarəti ilə əlaqədardır. Hərarət nə qədər yüksək olursa, onu doyuzdurmaq üçün bir o qədər çox su buxarı tələb olunur.
Havanın rütubətliyindən asılı olaraq orqanizmə hərarətin təsiri müxtəlif olur. Rütubətlilik az olan şəraitdə insan yüksək hərarətin təsirinə daha asan dözür.
Hərarət yüksək olduqda rütubətin çox olması orqanizmin həddən artıq qızmasına səbəb olur və istivurma əmələ gəlir. Hərarətin aşağı, rütubətin yüksək olması da pisdir. Çünki o, orqanizmin daha çox istilik itirməsinə, yəni həddən artıq soyumasına səbəb olur. Qəbul olunmuşdur ki, havanın hərarəti 18-200 olduqda orqanizm üçün ən əlverişli rütubət 40-60 %-dir.
Gigiyenik nöqteyi-nəzərdən havanı qiymətləndirmək üçün nisbi rütubətin göstəricilərindən istifadə edilir.
Dostları ilə paylaş: |