İdman turizmi indi ümumi bir termindir, lakin təxminən 12 il əvvələ qədər ümumiyyətlə eşidilmirdi



Yüklə 36,16 Kb.
səhifə3/4
tarix13.12.2023
ölçüsü36,16 Kb.
#175506
1   2   3   4
SPORTS

3. Ensign N179 (1979)
Ensign Racing-in dinamik təcrübələrə baş vurması hər kəs tərəfindən “Pendir Rəndəsi” kimi adlandırılırdı. Bu ideya London göydələninin eyni ideyanı tətbiq etməsində çox-çox əvvəl tətbiq olunsa da, heç şübhəsiz, London göydələnində bu, daha mükəmməl alınmışdı.
Dik formada buruna sahib olan bu maşının 3 nəhəng, ön hissəyə bərkidilmiş, dar pilləkən quruluşunda yerləşdirilmiş radiatoru vardı. Bu qeyri-adi dizayn şassi aerodinamikası üçün mükəmməl bir hadisə idi, lakin bu mükəmməllik heç də onun estetik formasına aid deyildi. Məhz bu səbəbdən N179 tez-tez “Formula 1 tarixinin bütün zamanlardakı ən çirkin maşını” kimi ifadə edilir.

4. Brabham BT46 'fan car' (1978)


Qaydaların bir vərəq kimi bükülüb evin bir küncünə atıldığı Can-Am yarışlarından ilhamlanaraq daha sonra Berni Eklestonun rəhbərliyi altına keçən Brabham arxa tərəfə quraşdırılmış ventilyatorun araşdırılması üzərində işlərə başladı. Bu ventilyator texniki məqsədlər üçün istifadə edilirdi və faydası isə maşının içində olan havanın hamısını sovurub çıxarmaq idi.
“Hərəkət edə bilən aerodinamik qurğular” haqqında olan qadağadan yan keçmək üçün ventilyator sadəcə soyutma sisteminin inkişaf etdirilməsi adı ilə təqdim olundu. Amma danılmaz bir fakt var idi ki, bu ventilyator maşında fantastik dərəcədə çəkim gücünün yaradılması üçün quraşdırılmışdı. Ən əsası isə o, bu gücü düz yolda yüksək sürət yığaraq yox, sadəcə yan təsirlərin köməyi ilə də əldə edə bilirdi.
Bu texnologiya yarışlarda yalnız bir dəfə parlaq iz buraxmaqla yadda qaldı. O da, 1978-ci ildə keçirilən İsveç Qran Prisi idi ki, burada da 30 saniyə fərq ilə Niki Lauda kürsünün ən yüksək pilləsinə çıxmışdı. Lakin bu ventilyatorun quraşdırılması qanunlara zidd idi. Çünki onun yaratdığı yerə tutumluq sürücünü başqa bir təhlükə ilə qarşı-qarşıya qoyurdu – yan istiqamətlərin qüvvəsi.
Laudanın özü də maşın haqqında şikayətlərini gizlətmirdi. O bildirirdi ki, sürücü üçün bu maşını sürmək fiziki nöqteyi-nəzərdən çox yorucu və dözülməz idi. Sürücü üçün bu maşını sürməklə dəmir yolu üzərində sürmək arasında bir fərq yox idi.

Yüklə 36,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin