Kreativ düşüncələrin sənət əsəri olan Lotus 88 bu dəfə əkiz şassilərlə meydana çıxmışdı. Bu şassilərdən birinci sürücü kabini və əyləc sistemi, digərində isə maşının xarici metal üzlüyü bərkidilmişdi. Bu da maşına xülyavi qanadlar olmadan dartma gücünü artırmaq imkanı verirdi.
Lakin, çox təəssüflər olsun ki, dizayn yarışlarda heç vaxt sınaq mərhələsinə daxil edilmədi. Yarışda olan digər komandalar da uğurlu şəkildə şassinin xarici quruluşunu boykot edə bildilər. İddia isə bu şassinin özü özlüyündə nəhəng hərəkət edə bilən aerodinamik qurğu olması idi.
Bu, həqiqətən fiasko idi. Yarış dizaynındakı potensial oyun çevirmə effektindən başqa parlaq, qanadları olmayan bir profilə sahib olan maşın olduqca ciddi şəkildə görünürdü. Lotus o il qara rəngdə yarışlarda iştirak edir ki, bu da 88-in Batmobile-nin avtoban formalı dizaynına bənzəyirdi. JPS cigarettes və Curage ale üçün maşının üzərindəki reklamları ləğv etsəydin, hər şey qara olardı.
6. Ligier JS5 (1976) 1970-ci illər məşhur icazələrlə dolu onillik hesab olunurudu. Hətta FIA belə bu ab-havaya qoşulmuş, aerodinamik dizaynların təsirinin artmasına cavab olaraq Pandora Box-un (səncə də buna Əhd Sandığı demək daha düzgün olmazdı mı?) açılışını etdi.
Külək tuneli sınaqlarının daha sonralar inkişaf etməkdə olan elminin ən birinci meyvələrindən biri hündür hava qutuları hesab olunur. Performans nöqteyi-nəzərdən daha yüksək hava qutuları daha yüksək hava təzyiqi demək idi ki, bu da maşına daha çox güc ötürürdü.
Bu dizayn JS5 ilə 70-ci illərin yüksək hündürlüklərinə gəlib çatmışdı ki, bu da öz növbəsində lamprey təqlidinə və ya Smurf-lərin papağına bənzəyirdi. Bu dizayn sezonun sonunda dəyişikliyin baş verməsinə səbəb oldu. Bunun səbəbi isə zövq almaqdan daha çox təhlükəsizlik tədbirli olması idi. Lakin hər şey gözləniləndən daha böyük nəticə verdi və bu gözləntiləri alt-üst edən şey isə maşının qəza halında sürücünün şrapnel ilə əhatə olunması oldu.
7. Arrows A22 (2001) 2001-ci ildə keçirilən Monako Qran Prisi üçün təqdim edilən A22 yanlış bir düşüncə ilə dizayn edilməsinə rəğmən, keçmişdə olan yanlış bir fikri düzəlmək üçün cəsurcasına bir davranış idi. Arrows komandası 1968-ci ildə Brabham B26-dan ilhamlanaraq maşının ön hissəsinə spoyler yerləşdirmişdi. Lakin orijinal ilham daha çox Birinci Dünya Müharibəsində olan Sopwith Camel adlı təyyarədən götürülmüşdü.
Tənzimlənə bilən texnologiya göründüyündən daha qarışıq bir şey idi, ancaq hələ də əvvəlki anlayışları əngəlləyən başlıca performans problemlərindən biri idi. Məsələn McLaren-in M7C modeli (eyni zamanda “Guillotine” kimi də tanınır) bu konsepsiyanın qəfəs formasını düzəltmişdi.
Razılaşdığımız kimi, sürücünün gözünün qarşısındakı nəhəng bir xətt sürücünün qarşısını görməyinə əngəl törədən bir vasitə hesab oluna bilər. Baxmayaraq ki, Arrows-un buraxdığı bu yeni seriya əvvəlki dizaynlardan gözlə görünəcək dərəcədə fərqlənirdi və daha kompakt bir quruluşa sahib idi, lakin yarışın idarə heyyəti bunu axmaq bir dizayn olaraq qiymətləndirdi və yarışa rəqabət gətirməsinin qarşısını aldı.