İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur


Bədii əsərlərdə daxili-psixoloji nitq



Yüklə 389,5 Kb.
səhifə18/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   ...   14   15   16   17   18   19   20   21   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

8. Bədii əsərlərdə daxili-psixoloji nitq

İfadəli oxu dərslərində daxili-psixoloji nitqin oxunmasına da diqqət yetirmək zəruridir. Əslində düşünmək ruhun öz-özünə danışmasıdır. Daxili söhbətlərdə bəzən biz özümüzü ələ alıb gücləndirə biləcəyimiz kimi, yıxıcı duyğuları qızışdırıbözümüzü məhv də edə bilərik. Hər bir insan doğulduğu andan etibarən özünü və əməllərini şüurlu və şüursuz şəkildə təhlilə başlayır. Bunu etməməliydim, bunu deməməliydim, gözləməliydim və s. minlərlə edilmiş hərəkətləri və onlardan sonrakı peşmanlıqları beynində təhlil edir. Əlbəttə ki, atdığımız bütün addımlarımızı təhlil etmək doğrunu yanlışdan ayırmamıza kömək edir. Əgər etdiyimiz hərəkətlərə görə bir məsuliyyət hiss etməsək, bu cəmiyyətdə böyük xaosa yol açar. Bədii əsərlərdə də bəzən müəllif, bəzən də qəhrəmanlar danışmır, onlar ancaq düşünür, öz daxili “mən”ləri ilə söhbət edirlər. Bədii ədəbiyyatda müəllifin və ya obrazın öz daxili “mən”i ilə danışmasına daxili nitq deyilir.

Ümumiyyətlə, nitqin iki növü vardır:


  1. Monoloji nitq;

  2. Dioloji nitq.

Monoloji nitq bir insanın öz-özünə, yəni təkbaşına danışığına deyilir. Monoloji nitqə ən çox dram əsərlərində təsadüf edilir. Məsələn, N.Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərində Rüstəm bəyin öz “mən”i ilə danışığına diqqət edək:


Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin