İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur


Monoloq və dialoqların ifadəli oxusu



Yüklə 389,5 Kb.
səhifə20/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   ...   16   17   18   19   20   21   22   23   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

9. Monoloq və dialoqların ifadəli oxusu

Monoloq ədəbi əsərlərdə, xüsusən də dram əsərlərində ümumi ideyanın açılmasında əsas yer tutur. Monoloq yunan dilində monos- təkloqos – nitq deməkdir. S.Rəhman monoloqa belə bir tərif vermişdir: Monoloq - bir adamın dinləyicilərə xitabən soylədiyi uzun nitqdir. Monoloqun işlənmə dairəsi dialoqa nisbətən daha məhduddur. Ümumiyyətlə, istənilən əsərdə monoloqlar dialoqlardan daha təsirli olur. Əksər hallarda əsərin baş qəhrəmanının dilindən verilir və həmin obrazın daxili aləminin, həyat amalının başa düşülməsinə xidmət edir. Həmçinin monoloq vasitəsilə bədii əsərdə yazıçı irəli sürdüyü ideyanı, çatdırmaq istədiyi fikirləri oxucularına təqdim edir. Müəllif özünün ən yüksək fikirlərini monoloqda ifadə edir. Əsərdəki monoloqların ifadəli oxusu zamanı adətən həmin monoloqlar tələbələrə əzbərlətdirilir. Monoloqların əzbərlənməsi aşağıdakı səbəbdən zəruridir:

1. Monoloqun məzmununu nəql edən zaman o, öz təsirini itirir.Ona görə də monoloq ilk növbədə əzbərlətdirilməlidir. Rus tənqidçisi V.Q.Belinski də bu barədə yazırdı ki, “monoloqu nəql edəndə o, quru, cansız qabığa çevrilir”;

2.Monoloqun bədii əsərdə olduğu kimi deyilməsi əsərin gücünü, emosionallığını artırır;

3. Monoloqun əzbərlənməsi tələbələrin nitq inkişafına kömək edir;

4. Monoloqların əzbərlənməsi tələbələrin estetik zövqünü inkişaf etdirir.

Monoloqların ifadəli oxusunda aşağıdakı cəhətlərə fikir vermək lazımdır. Əvvəlcə müəllim hansı keyfiyyətləri götürərdiniz?

monoloqu hissə-hissə oxutdurub təhlil etdirməlidir. Monoloq əzbərləndikdən və ifadəli oxunduqdan sonra tələbələrə aşağıdakı sualları və tapşırıqları vermək olar:


  1. Bu monoloq sizə necə təsir bağışladı?

  2. Siz monoloqun məzmunundan

  3. Dramaturq bu monoloqda hansı üslubi fiqurlardan istifadə etmişdir?

Dünya ədəbiyyatında ən məhşur monoloqlar V.Şekspirə məxsusdur. Onun “Hamlet”, “Otello” əsərlərinin monoloqları ən məşhur monoloqlara nümunə ola bilər. Azərbaycan ədəbiyyatında “monoloq” deyiləndə xatırlanan üç dramaturqun adını daha çox çəkirlər: Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və Cəfər Cabbarlı. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində keyfli İsgəndərin, Hüseyn Cavidin “İblis” faciəsində İblisin və Cəfər Cabbarlının “Oqtay Eloğlu” faciəsində Oqtay Eloğlunun monoloqları Azərbaycan ədəbiyyatının ən məşhur, ən təsirli və ən mükəmməl monoloqları kimi qəbul olunur.

C.Məmmədquluzadənin “Ölülər” əsərindən İsgəndərin monoloqunu oxuyaq:

-Ölülər!!! Mən sizə vəsiyyət eləyirəm ki, Şeyx Nəsrullahın sözlərinə baxmayın... Əgər məndən soruşsanız ki, niyə? Mən sizə cavab verməyə hazıram. Ay rəhmətliklər! İndi siz, burada rahatca yatıbsınız, heç dünyadan xəbəriniz yoxdur. Amma, vallah, billah, elə ki, başınızı qəbirdən çıxarıb durdunuz ayağa, laaap peşiman olacaqsınız. Mən bu saat sizə ərz edərəm. Belə tutaq ki, siz, məsələn, dirildiniz. Çox əcəb! Axı, diriləndən sonra bu qəbiristanda ki, qalmayacaqsınız, istəyəcəksiniz ki, söz yox, dağlasınız evlərinizə. Çox əcəb, dağıldınız. İndi bir deyin görüm sizi evə qoyacaqlarmı? Vallah, billah, gedib görəcəksiniz ki, evlərinizin qapıları bağlıdır. Bıli, nə eybi var, yerdən bir daş götürüb qapını döyəcəksiniz ki, gəlib açsınlar. Onda qapının dalından bir adam soruşacaq ki, sən kimsən, bəli, sən də deyəcəksən ki, tez ol qapını aç!

- Axı sən kimsən? Adın nədir?

- Aç qapını! Mən bu evin sahibiyəm!

- Cəhənnəm ol, qoy get! Biz səni tanımırıq.

- A kişi, niyə tanımırsan? Mən Kərbəlayi Hüseynquluyam. Yenə də sizi qovub deyəcəklər:

- Çox danışma! Sənin burada heç zadın yoxdur! Qardaşın Hacı Fərəc arvadını alıb, uşaqlarını da göndərib naxıra.

Ay rəhmətliklər! Vallah, heç birinizi evə qoymayacaqlar. Hansı qapıya getsəniz görəcəksiniz ki, bağlıdır. Yalvaracaqsınız ki, allah xatirəsi üçün açın qapını, mənim burada ərim var, bu evin arvadıyam. Yenə sizi qovub deyəcəklər:


  • Çox danışma! Çıx, qoy get! Bizə arvad-zad lazım deyil!.. Sənin yerin qəbirdir. İtil cəhənnəmə! Çıx, qoy get!..

Xa-xa-xa... Ölülər!... Gəlin siz bu kefli İsgəndərin sözlərinə qulaq asın. Necə ki, yatıbsınız, elə də yatın! Allah sizə rəhmət eləsin. Yatın! Yatın!

Monoloqlar H.Cavidin də romantik-fəlsəfi üslubunu səciyyələndirən qüvvətli poetik əlamətlərdəndir. Monoloqlara müraciət şairin şeirlərinə romantik üslubun təbiətindən doğan təntənə, fəlsəfi vüsət gətirmiş, lirik qəhrəmanm zəngin duyğu və düşüncələr aləminin açılmasına imkan yaratmışdır. Cavidin yaradıcılığındakı başdan-başa monoloqlardan təşkil olunmuş “Sevinmə, gülmə, quzum”, “Məyus bir qəlbin fəryadı”, “Uyuyur”, “Məzlumlar üçün”, “Neçin” şeirlərində hər bənddəki monoloq konkret fikrin, mənalı bir hikmətin poetik ifadəsinə xidmət edir. Eyni zamanda H.Cavidin “İblis” əsərindəki İblisin monoloquna diqqət yetirək:

İblis!.. O böyük ad nə qədər calibi-heyrət!


Hər ölkədə, hər dildə anılmaqda o şöhrət.
Hər qülbədə, kaşanədə, viranədə İblis!
Həp Kəbədə, bütxanədə, meyxanədə İblis!
Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,
Hər kəs bana aciz qul ikən, bəslər ədavət.
Lakin bəni təhqir edən, ey əbləhü miskin!
Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,
Daim ayaq altında sönüb məhv olacaqsın.
Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altın və qadın düşkünü divanə bəbəklər.
Bin hiylə quran tilki siyasilər, o hər an
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
Onlar duruyorkən bəni təhqirə nə hacət?!
Onlar, əvət onlar sizi çignətməyə kafi,
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...
Bən tərk edərim sizləri əlan nəmə lazim!
Hiçdən gələrək, hiçliyə olmaqdayım azim.
İblis nədir?
–  Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir?
–  İblis...


Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin