Ii mövzu: TƏRBİYƏ prosesiNİn səCİYYƏVİ XÜsusiYYƏTLƏRİ Plan


Tərbiyə işinin əsasını aşağıdakı ideyalar



Yüklə 77,59 Kb.
səhifə5/17
tarix04.04.2022
ölçüsü77,59 Kb.
#54671
1   2   3   4   5   6   7   8   9   ...   17
Tərbiyə işinin əsasını aşağıdakı ideyalar təşkil edir:

  • Tərbiyə məqsədlərində realizm. İnsanın hərtərəfli inkişafı onun qabiliyyətlərinə və istedadına əsaslanmalıdır. Tərbiyənin məzmununun mərkəzi anlayışı şəxsiyyətin “baza mədəniyyəti” anlayışıdır. Bu mədəniyyətə iqtisadi, siyasi, hüquqi mədəniyyət və s. daxildir.

  • Uşaqlarla böyüklərin birgə fəaliyyəti. Birgə iş prosesində mənəvi mədəniyyətin ən yaxşı nümunələrini axtarmaq, onların əsasında özünün şəxsi dəyərlərini, həyat normalarını və qanunlarını yaratmaq, tərbiyə prosesində məktəblinin fəal şəxsi mövqeyini təmin etmək müəllimin tərbiyə işinin məzmununu təşkil edir.

  • Özünütəyinetmə. Tərbiyənin məzmununun mühüm elementlərindən biri həyatını təyinetmə mədəniyyətidir. Bu insanı öz həyatının və şəxsi xoşbəxtliyinin subyekti kimi xarakterizə edir.

  • Könüllülük. Əgər müəllimlər şagirdlərin (tələbələrin) maraqlarına, yoldaşlıq və vətandaşlıq hisslərinə, müstəqillik və yaradıcılıq meyllərinə istinad edərsə şagirdlərdə (tələbələrdə) sərbəstlik meylləri meydana gələr.



Yüklə 77,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin