Ii mövzu: TƏRBİYƏ prosesiNİn səCİYYƏVİ XÜsusiYYƏTLƏRİ Plan



Yüklə 77,59 Kb.
səhifə8/17
tarix04.04.2022
ölçüsü77,59 Kb.
#54671
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
5. Tərbiyə işində fərqli yanaşma tərzlərini nəzərdən keçirək: Tərbiyədə fərdi yanaşma- pedaqoqun şəxsiyyətə baza və fərdiliyi, uşağın yaradıcılıq potensialı əsasında yanaşması deməkdir. Müəllim tərbiyə etdiyi şəxsə xüsusi inkişaf subyekti kimi ardıcıl şəkildə yanaşmalıdır. Burada qarşılıqlı, strateji münasibətlər nəzərdə tutulur. Şəxsi yanaşma uşağın dərindən tanınması, onun sosial keyfiyyətləri, xassələri, imkanları, onun inkişafa yönümlülüyü nəzərdə tutur. Tərbiyə prosesinə uşaq şəxsiyyətinin elə xüsusi şəraitlərini qoşurlar ki, burada onlar uşağa məktəb çərçivəsində onu realizə etməyə yardımçı olur. Tərbiyədə şəxsi fəaliyyətli yanaşma- məktəbin, eləcə də insanın fəaliyyətini təmin etməsini, şəxsiyyətin təşəkkülünü nəzərdə tutur. Tərbiyədə yaradıcı yanaşma- tərbiyə prosesində tərbiyəçi və pedaqoqun yaradıcılığını ön plana çəkir. Tərbiyədə fəaliyyət yanaşması- elə fəaliyyət növlərinə mühüm yer verir ki, onlar şəxsiyyətin inkişafına kömək edir. Belə yanaşma şüur və fəaliyyət ideyasının vahidliyi əsasında tərbiyənin yeni sisteminin işlənib hazırlan- masına gətirib çıxarır. Tərbiyədə münasibətli yanaşma- fəaliyyət çərçivəsində müstəqil şəkildə nəzərdən keçirilir. Belə yanaşma birgə fəaliyyət prosesində-uşaqların ünsiyyət münasibətlərində yaranmış situasiyaların köməyi ilə humanist- ləşmə ilə bağlıdır. Tərbiyədə hadisəli yanaşma- fəaliyyət yanaşmasının aspektlərindən biri kimi nəzərdən keçirilir. Başlıca əhəmiyyəti ondadır ki, o, əvvəlcədən planlaşdırılmış bu və ya digər tədbirin bütün kollektiv üzvlərinin yadda- şında qalması ilə fərqlənir. Tərbiyədə dixotomik yanaşmanın kökləri hələ qədim yunan sözü “dixo- tomiya”ya gedib çıxır ki, onun mənası “tamı hissələrə ardıcıl bölmə” deməkdir. Belə yanaşmada emosionallıq və mühakiməlilik, mükafatlan- dırma və cəzalandırma mühüm əhəmiyyətə malikdir. Tərbiyədə diferensial yanaşma uşaqların fərdi maraq uçotları, onların liderlik imkanları, kollektivdə təşkilatçılıq funksiyalarını realizə etmək bacarığıdır. Tərbiyədə dəyərə görə yanaşmanın başlıca vəzifəsi tərbiyədə ümum- bəşəri-mənəvi və maddi dəyərlərin mənimsənilməsidir. Tərbiyədə mühitə yanaşmada məktəbi pedaqoji mühitə və bu mühiti məktəbə uyğunlaşdırmaq kimi məqsədəuyğun səciyyə daşıyır. Nəticədə onun qarşısında duran məqsədlərin rüallaşdırılması ilə bağlılığı, əlaqəsi özünü göstərir.Tərbiyədə mühit yanaşması cəmiyyətin bütün tərbiyə vasitələrinin bu mühit dairəsində təsirinin inteqrasiyası deməkdir ki, bunun nəticəsində də regional tərbiyə sistemi yarana bilər. Pedaqoji prosesdə mühitin rolundan danışarkən imkan dairəsində daha geniş istifadə etmək və onu nəzərə almaq lazışmdır.


Yüklə 77,59 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin