Ii mövzu: TƏRBİYƏ prosesiNİn səCİYYƏVİ XÜsusiYYƏTLƏRİ Plan


Tərbiyədə psixoloji təsir vasitələri



Yüklə 77,59 Kb.
səhifə10/17
tarix04.04.2022
ölçüsü77,59 Kb.
#54671
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Tərbiyədə psixoloji təsir vasitələri aşağıdakı sxemdə göstərilmişdir:


PSİXOLOJİ

SİRAYƏT

İNANDIRMA

TƏQLİD

İnandırma- tərbiyə prosesində məntiqi əsaslarla müəllimin şagirdin rasional dərketmə sferasına göstərdiyi təsirdir. İnandırma məntiqə əsaslanır. İnandırmanın mühüm xüsusiyyəti ondan ibarətdir ki, inandırmanın təsir səviyyəsi şagirdin maraq dairəsindən də asılıdır. O, intellektual təsir vasitəsi kimi informasiyanın müstəqil surətdə təhlil olunmasını nəzərdə tutur.

Psixoloji sirayət- tərbiyənin ictimai-psixoloji mexanizmi olub, birgə qarşılıqlı əlaqə şəraitində müəllimin emosional təsirinə şagirdin şüursuz olaraq düşməsidir. Sirayət psixoloji əhval-ruhiyyənin, hiss və emosiyalarının gərginliyindən sonra həyata keçirilir.

Təqlid- cəmiyyətin ənənələrini mənimsəmə üsulu, müəllimin təcrübəsi, şagirdlərini şüurlu və şüursuz olaraq dərk etməsi mexanizmi, müəllimi yamsılamaqla öyrənmə, dərk etmədən onun davranışını, hərəkətini təkrar etməkdən ibarətdir. Təqlid tərbiyə olunanların zahiri keyfiyyətlərinin qavranılmasına və tərbiyəçinin nümunəvi davranışına yönəldilir. Sinifdə şagirdlər bir-birini qrupun üzvləri kimi təqlid edir və bu yolla daha çox əxlaqi normaları, sosial stereotipləri mənimsəyirlər.




Yüklə 77,59 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin