Iii- milli mübarizədə təşkilatlanma dövrü ( 1919-1920)


Ərzurum Konqresi Sivas konqresinə bir ön hazırlıq olmuşdur



Yüklə 81 Kb.
səhifə5/16
tarix21.05.2023
ölçüsü81 Kb.
#118562
1   2   3   4   5   6   7   8   9   ...   16
MÖVZU 3

Ərzurum Konqresi Sivas konqresinə bir ön hazırlıq olmuşdur.

Sivas Konqresi


Anadolu və Rumelinin hüquqlarının müdafiə cəmiyyətlərinin ümumtürk konqresi 1919-cu ilin 4-11 sentyabrında Sivasda açılmışdı. Bundan narahat olan Damat Fərid Paşa hökuməti ingilizlərlə işbirliyinə girərək, konqresi dağıtmaq və Mustafa Kamal və silahdaşlarını həbs etmək üçün bir plan tərtib etmişdilər. Buna görə, Elazığ valisi Ali Qalib və ingizi zabiti Noelin təşkilatçılığı ilə, sepeartçı Kürd Teali cəmiyyətinin fəallarından ibarət bir birlik ilə Malatya üzərindən Sivasa hərəkəti düşünülmüşdü. Fəqət bu plandan vaxtında xəbərdar olan Mustafa Kamal Paşa Malatyada olan Ali Qalib və Noelin həbs olunması haqqında göstəriş vermişdi. Son anda hər ikisi İstanbula qaçaraq canlarını qurtara bilmişdilər. Tarixə “ Ali Qalib olayı” şəklində keçən bu hadisənin, türk ictimaiyyətinə duyurulması üzərinə, xain Damat Fərid Paşa hökumətinə qarşı bir nifrətin və təpkinin yaranmasına səbəb olmuşdu. Nəticədə Sultan Vahidəddin də güzəştə getməyə məcbur qalaraq Damat Fərid Paşanı dərhal istefaya göndərmiş və Kuvayi-Milliyəçilərə qarşı simpatiyası olan Əli Rza Paşanı sədarətə gətirmişdi.
Bu gəlişmələr yaşanarkən Sivasda da toplanan ümumtürk konqresi mühüm qərarlar almışdı. Konqresin qərarlarının Milli Qurtuluş Savaşının məramnaməsinin hazırlanması üçün böyük əhəmiyyəti olmuşdu. Sivas Konqresi «Ərzurum»un qərarlarını təsdiq etməklə yanaşı belə bir tarixi qərar qəbul etdi ki, Mudros atəkəsinin müəyyən etdiyi sərhədlər çərçivəsində işğala uğramamış mövcud olan torpaqlar vahiddir, bölünməzdir və Osmanlı dövlətindən alına bilməz.Konqresdə Kuvayi-Milliyənin tək qüvvət olaraq tanınması və milli iradənin suveren qılınmasının əsas olduğu ifadə edilmişdir.
Sivas Konqresində bütün milli cəmiyyətlər Anadolu və Rumeli Müdafiə-i Hüquq Cəmiyyəti adı altında birləşdirilmişdir. Sivas konqresi Mustafa Kamal Paşa sədrliyində Heyəti Təmsiliyyə seçmişdi. Konqres işğalçılarla işbirliyi quran sədrəzəm Fərid Paşanın istefasını tələb edərək, yeni Mebusan Məclisi quruluncaya qədər İstanbul hökuməti ilə bütün rəsmi əlaqələrin kəsilməsi qərarını almışdı. Konqres öz işini davam etdirdiyi əsnada Milli Mücadilənin ilk nəşr orqanı olan “ İradə-yi Milliyə” qəzetinin nəşrə başlaması da mühüm hadisələrdən biri idi. Əli Fuadın Paşanın Qərbi Anadolu Kuvayi-Milliyyə birliklərinin komandanı təyin olunması isə, Heyəti Təmsiliyyənin müstəqil bir hökumət kimi fəaliiyyətinin göstəricisi idi.
Bu arada Qərbi Anadoluda yunan işğalına qarşı tarixə “ Qərbi Anadolu konqresleri “ adı ilə keçən Balıkesir konqresi ( 26-30 iyul 1919) , Nazili konqresi ( 6-9 avqust 1919) və Alaşehir konqresi ( 16-25 avqust 1919) də təşkil olunmuşdu. Cənub cəbhəsində isə ( Çukurova bölgəsi ) fransız-erməni işğalına qarşı I-ci və II-ci Pozantı konqresləri ( avqust-oktyabr 1920 ) keçirilmişdi. Yaranan siyasi vəziyyət padişah və İstanbul hökumətinə türk millətinin həqiqi yeganə təmsilcisi olan Mustafa Kamal Paşa öndərliyində Heyyəti Təmsiliyə ilə danışıqlara getməkdən başqa yol buraxmamışdı.

  1. Türk Milli Mücadiləsinin əsas qayəsi: Misakı Milli

İngiliz kuklası Damat Fərid Paşanın istefası üzərinə milli müqavimət hərəkatına müsbət münasibət bəsləyən Əli Rza Paşanın sədarətə gəlməsi ilə İstanbul hökuməti və Heyəti Təmsiliyyə nümayəndələri arasında Amasyada bir görüşmə keçirilməsi qərarlaşdırılmışdı. Keçirilən görüşmələr nəticəsində 22 oktyabr 1919 tarixli protokol imzlanmışdır. Bu protokola görə, Anadolu və Rumeli Müdafiə-i Hüquq Cəmiyyəti rəsmən İstanbul hökuməti tərəfindən tanınmaqla bərabər Məclisi Mebusana seçkilər keçirilməsi də qəbul edilmişdir. Mustafa Kamal Paşanın məclisin işğal altında olan İstanbulda toplanmasının təhlükəsizlik baxımından əlverişsiz olacağı üçün Ankarada toplanılması təklifi isə, Anayasaya zidd olduğu üçün qəbul edilməmişdi.
Dekabr ayında keçirilən ümumi seçkilər nəticəsində Kuvayi Milliyə tərəfdarları böyük səs çoxluğu əldə etmişdi. Mustafa Kamal Paşa da vəkil seçilməsinə baxmayaraq ehtiyat tədbiri məqsədilə İstanbula getməmişdi. Osmanlı Məclisi Mebusanına seçilən Kuvayi Milliyyəci vəkillər Rauf Orbayın başqanlığındakı “ Felah-ı Vatan “ ( Vətənin qurtuluşu ) qrupunu təşkil etmişdilər. Bununla əlaqədar Mustafa Kamal Paşanın düşüncələri bu şəkildə idi:
Meclis’te seksenden fazla mebustan oluşan Felah-ı Vatan adı altında çoğunluk grubu vücuda getirdik; bu grup seçilen dokuz kişilik bir idare heyeti tarafından yönetiliyor. Heyet-i Temsiliye üyesi olan mebus arkadaşları tamamen Meclis’e gönderdim… Ben de mebusum. Fakat genel kuvvetleri muhafaza ve olumsuz ihtimaller karşısında serbest sevk ve idare edebilmek için İstanbul’a gitmedim… Şimdilik Ankara’yı merkez seçtim. Hem Kuva-yı Milliye hem de yönetimdeki delegelerimiz vasıtasıyla grup (Felah-ı Vatan) ile irtibat münasebetindeyim.”



Yüklə 81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin