Yarışın rəhbəri və idmançıların tərbiyəçisi kimi hakimin rolu və vəzifəsi. Sənədlərin tərtibi.
Yarışı keçirən təşkilat onun rəhbəri sayılır. Məs., Azərbaycan Respublika birinciliyi AFFA, Bakı şəhərinin birinjiliyi Bakı İdman Komitəsi, Azərb.DBTİ-nin birinciliyi, BTİK və s.
Hakim hakimlikdən başqa, meydanda öyrədən, yəni müəllim olmalıdır. Vəzifəsi oyunu 17 bənddən ibarət ilin oyun çərçivəsində keçirməkdən ibarətdir.
Oyun başlamamışdan əvvəl, hakim protokolun doldurulmasına nəzarət edir. Sonra oyunçuların şəxsi vərəqlərini yoxlayır. Oyunçuların geyimlərinə nəzarət edir. Meydançanı və qapıdarı yoxlayırlar. Oyun qurtardıqdan sonra protokolu doldurur, protokolu doldurduqdan sonra komandaların rəhbərləri protokolları doldururlar və qol çəkirlər. Protokolu bir gün ərzində yarışı keçirən təşkilata çatdırmaq lazımdır.
Dostları ilə paylaş: |