Iii kurs iXTİsasçi təLƏBƏLƏRİN



Yüklə 203,94 Kb.
səhifə17/23
tarix02.01.2022
ölçüsü203,94 Kb.
#43901
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
3 kurs Futbol İxtisas Mühazirə

8 komanda üçün tor

1-ci tur 2-ci tur 3-cü tur Qalib

(1\4 final) (1\2 final) (final)



1

2 1 4


3

4 4


5 7

6 5 7


7

8 7


Komandaların sayı qüvvətin üstünə bərabər olmadıqda birinci turdan oyuna başlayan komandaların sayını müəyyənləşdirmək üçün növbəti düsturdan istifadə edirlər:
KI = (Ko-2n) 2
Burada: KI – birinci turdan yarışda iştirak edən komandaların sayı;

KO - yarışda iştirak edən komandaların ümumi sayı;

2n - iştirakçı komandaların ümumi sayına yaxın olan kiçik say;

P - ümumi iştirakçı komandaların sayından asılı olaraq seçilən

qüvvət göstəricisi (tam say), (P = 2,3,4,5, və .i.).
Məsələ. Yarışda 19 komanda iştirak etməlidir, bu say üçün tor tərtib etmək lazımdır. 19 sayı 2-nin qüvvəti deyildir, buna görə də müəyyən qədər komanda birinci turda oynamalıdırlar ki, ikinci tura komandaların sayı 2n-ə bərabər olsun.

Belə saylı komanda yuxarıda göstərilmiş düsturla müəyyən edilir:


KI = (K0 – 2n 2) = (19-24) 2= (19-16) 2 = 6

KI = 6


İkinci turdan yarışda iştirak edəcək komandaların sayı cüt olduqda, ikinci turdan oynayan komandalar turun aşağısı və yuxarısından bərabər bölüşdürülür. Komandaların sayı tək olduqda, ikinci turdan oynayacaq komandaları müəyyənləşdirərkən turun aşağısındakı komandaların sayının yuxarıdakından bir çox olmaması prinsipi əsas götürülür. Məğlubiyyətdən sonra yarışdan çıxmaq sisteminin üstünlüyü ondadır ki, komandaların sayının çox olmasına baxmayaraq qalib qısa müddətdə müəyyən edilir (məsələn: 19 komanda üçün cəmi 5 təqvim günü tələb olunur).

Lakin bu sistemin əsas çatışmamazlığı ondan ibarətdir ki, görüşən cüt komandalar püşkə görə müyyən edilir, hansı ki, bu da yarışa təsadüflük ünsürünü daxil edir. Elə ola bilər ki, bir neçə qüvvətli komanda püşkün nəticəsinə əsasən turun bir hissəsində olsunlar. Onda hələ finala qədər onların qüvvətlisi gələcək yarışlarda iştirak etməkdən gərək kənar olsunlar. Belə halın yaranmaması üçün, süni olaraq qüvvətli komandaların seyrəkləşdirilməsindən istifadə edilir, onlara püşklə turun müxtəlif hissələrində çıxış etmək üçün nömrələr verilir, sonra isə qalmış boş yerlər üçün qalan komandalar üçün püşk keçirilir.

Komandalar sonrakı turlara görə güman edilən rəqiblərini bilməsinlər deyə, bəzi hallarda məğlubiyyətdən sonra yenidən püşk ataraq qalib komandalar arasında yenidən püşk keçirilir və beləliklə ikinci turda çıxış edəcək cüt komandaları müəyyən edirlər. Beləliklə, bunu yarımfinala qədər davam etdirirlər. Məsələn, belə sistemlə 1952-ci ildə Helsinkidə keçirilən XV Olimp oyunlarının futbol turnirlərinin oyunları keçirilmişdir.


Yüklə 203,94 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin