3. Yarışın əsasnaməsi. Yarışın təşkili, açılması, bağlanması və keçirilmiş yarışın hesabatının tərtibi.
Hər hansı bir rəsmi görüşü keçirərkən, hansı ki, bu yarışda mükafatçı, eləcə də ola bilsin ki, bütün sonrakı yerləri tutan klub məğbulunda iştirak edən komandaların və ya bədən tərbiyə kollektivlərinin yerlərini müəyyən etmək üçün yarış haqqında əsasnamə tərtib edilməlidir, bu Futbol Federasiyası ya da yarışı keçirən hər hansı bir təşkilat tərəfindən təsdiq edilməlidir.
Yarışın əsasnaməsi böyük hüquqi sənəddir, hansı ki, orada əsas təşkilatı və texniki tələblər şərh edilir. Əsasnamə tədris-məşq işinin məzmununu müəyyən edir necə ki, komandanın təşkilatı-metodiki hazırlığı olacaq yarışların xüsusiyyətinin nəzərə alınması ilə keçirilir. İştirakçı təşkilatların hazırlıq üçün kifayət qədər vaxtları olsun deyə əsasnamə qabaqcadan təsdiq edilməli və yarışda iştirak edəcək təşkilatlara göndərilməlidir.
Yarışın keçirildiyi müddətdə təsdiq edilmiş əsasnaməyə riayət etməmək olmaz, əks halda bu yarışı keçirən təşkilatın nüfuzunu aşağı salar və lüzumsuz mübahisələrə səbəb olar.
Yarışın əsasnaməsində növbəti suallar əks edilməlidir:
Keçirilən yarışın məqsəd və vəzifəsi.
Yarışa rəhbərlik (federasiya, təşkilat, komitə və i.).
Yarışın keçirilmə müddəti və şərtləri.
Yarışa buraxılan komandaların miqdarı və adları, sifarişə daxil edilən iştirakçıların maksimal sayı.
Yarışın keçirildiyi sistem (dairəvi - bir və ya iki dairə, uduzduqdan sonra yarışdan çıxmaq, qarışıq sistem).
Klub məqbulunda klub və bədən tərbiyə kollektivlərinin tutduqları məqbul yerlərini müəyyən etmək üçün məqbul sistemi.
Yarışın xüsusi tələbləri (hansı hallarda oyunlarda əlavə vaxt müəyyən edilir və onun davamiyyəti, oyunun heç-heçə nəticəsində və ya yarışın keçirilməsində xalların bərabərliyində qalibin müəyyən edilmə üsulları, oyun qaydalarına qeyd edilmişlərdən əlavə oyunçuların ehtiyat oyunçularla əvəz edilməsinin miqdarı və s.).
Yarışda iştirak etmək üçün komandanın və iştirakçıların qeydiyyatı qaydası, forması, sifarişin verilməsi müddəti və oyunçuların iştirakına aid əlavə sifarişin verilməsi.
Yarışın hakimliyi, tapşırılmış hakimlər kollegiyasının adı.
Keçirilmiş oyuna dair etirazın verilməsi və nəzərdən keçirilməsi, eləcə də oyunçuların oyundan xaric və xəbərdarlıq edilməsi intizam sualının nəzərdən keçirilməsi.
Oyunçuların intizamı pozmalarına görə komandanın, stadion və klubların oyunlarının keçirilməsi vaxtı, qaydanın saxlanılmasında müdriyyətin məsuliyyəti.
12. Yarış yeri və onlara göstərilən tələblər.
Qaliblərin təltif edilməsi və komandanın eyni ilə olan yarışda və ya
sonuncu yer tutmuş komandanın iştirak etmələrinin şərtləri.
Suallar
İdman yarışlarının əhəmiyyəti.
Tədris-məşq prosesində yarışların yeri.
Yarışın mahiyyəti.
Yarışların planlaşdırılması.
Rəhbər təşkilatın yarışın təşkil etməsi və keçirməsi.
Böyük miqyaslı yarışların təşkili və keçirilməsi üzrə təşkilati komitənin fəaliyyəti.
Yarışın növləri.
Uduzaraq yarışdan çıxmaq (Olimpiya sistemi)
Dairəvi yarış sistemi.
Qarışıq yarış sistemi.
Yarışın əsasnaməsi və qarışıq yarış sistemləri.
Yarışın təşkili, açılması, bağlanması və keçirilmiş yarışın hesabatının tərtibi.
Ə D Ə B İ Y Y A T L A R
«Tədris-məşq prosesinin planlaşdırılması». Ağalarov Y.T., Fəttahov A.M., Lukin Y.K. Bakı. 1987-ci il.
«Futbol» dərslik. Bakı. 2012-ci il.
«Futbol». Polişkis, Vıjgin FiS. Moskva. 1999-cu il
Dostları ilə paylaş: |