Ağqoyunlu dövlətinin tarixi - coğrafiyası. 1468-ci ildə əsası qoyulan Ağqoyunlu dövlətinin əraziləri Kür çayından cənuba uzanan bütün Azərbaycan (həm Şimali, dəm Cənubi) torpaqlarını, indiki Şərqi Gürcüstan (Tiflis, Şığınaq, Qaraçöp, Muğanlı) 1477-ci ildən sonra indiki Ermənistan (Göycə ətrafı, İrəvan, Böyük Vedi, Sürməli) ərazilərini, İraq, İranın şərq ərazilərini əhatə edirdi.
Dövlətin paytaxtı Təbriz şəhəri olmuşdur. 1500-cü ildən Ağqoyunlu dövləti 2 hissəyə parçalandı. İndiki Ermənistan, Kürdən cənuba bütün Şimali və Cənubi Azərbaycan torpaqları, o cümlədən mərkəzi Diyarbəkir olmaqla Cənubi – Şərqi Anadolu ərazilərini Əlvənd Mirzə, Ərəb İraqı, Fars və Kirman ərazilərini isə Sultan Murad idarə etməyə başladı. Ağqoyunlu dövləti 1503-cü ildə tam olaraq süquta uğradı.
Ağqoyunlu dövlətinin yaranması ilə kənd təsərrüfatı dirçəlməyə başladı, sənətkarlıq və ticarət işləri genişləndi., şəhərlərdə abadlaşdırma başladı.Daxili siyasətdə, ümumiyyətlə dövlətin siyasi həyatında həm oturaq feodallar, həm müsəlman ruhaniləri, həm də köçəri hərbi əyanlar mühüm rol oynayırdılar. Uzun Həsən xalqın rəğbətini qazanmaq üçün bir sıra tədbirlər həyata keçirdi, vergiləri və mükəlləfiyyətləri nizama salmaq məqsədi ilə “Qanunnamə” hazırlatdırdı.
Uzun Həsən ara müharibələrinə son qoydu, feodal əyanlarını mərkəzi hakimiyyətə tabe etdi. Bunun üçün nizami qoşun yaratdı və ordunu odlu silahla təchiz etməyə başladı. O, feodal əyanların rəğbətini qazanmaq üçün onların xeyrinə bir sıra tədbirlər həyata keçirdi.
Dostları ilə paylaş: |