İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Ağqoyunlu Əlvənd Mirzə üzərində qələbə. İsmayılın özünü şah elan etməsi



Yüklə 0,94 Mb.
səhifə166/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   162   163   164   165   166   167   168   169   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Ağqoyunlu Əlvənd Mirzə üzərində qələbə. İsmayılın özünü şah elan etməsi. İsmayıl Bakını ələ keçirdikdən sonra Şamaxıya qayıdıb Gülüstan qalasına çəkilmiş Şeyxşahı mühasirəyə aldı. Azərbaycanın cənubunda Əlvənd Mirzə İsmayıla qarşı böyük qüvvə toplamışdı. Bu İsmayılı Gülüstanın mühasirəsindən əl çəkməyə məcbur etdi. O, sərkərdələrindən soruşdu: “Siz Azərbaycan taxtını, yoxsa Gülüstan qalasını istəyirsiniz?”. Onlar “Azərbaycanı istəyirik!” - deyə cavab verdilər. İsmayılın Şirvandakı qələbələri onun nüfuzunu artırmışdı, Bunu görən ağqoyunluların bir çox vassalları və əyanları İsmayılın tərəfinə keçdi.

1501 – ci ilin ortalarında Naxçıvanın Şərur düzənliyində İsmayılla Əlvənd Mirzə ara­sında həlledici döyüş baş verdi. Əlvənd Mirzənin qoşununun sayı bir neçə dəfə artıq idi, amma o öz qoşununa inanmırdı. Qoşunun arxasında dəvələri bir-birinə bağlatdırmışdı ki, döyüşçülər geri qaçmasın. Döyüş qızılbaşların qələbəsi ilə başa çatdı, Ağqoyunluların bir hissəsi darmadağın edildi, qızılbaşların əlinə çoxlu qənimət keçdi.

1501 – ci ildə İsmayıl Təbrizə daxil oldu, özünü şah elan etdi (1501-1524), adına xütbə oxutdu və pul kəsdirdi. Beləliklə, Azərbaycan Səfəvi dövlətinin əsası qoyuldu, Təbriz paytaxt elan edildi.

Səfəvilər dövlətinin özəyi Azərbaycan, dövlət dili Azərbaycan türk dili idi, əhalinin əksəriyyətini etnik və mədəni birliyə malik Azərbaycan türkləri təşkil edirdi. Qoşun Azərbaycan türk tayfalarından təşkil olunmuşdu, bütün yüksək vəzifələri Azər­baycan əyanları tuturdu. Hərbi başçılar, vilayət hakimləri, maliyyə işçiləri Azərbaycan türkləri idi. Sarayda, orduda və qismən qonşu ölkələrlə yazışmalarda Azərbaycan türk dilindən istifadə edilirdi.

Azərbaycan Səfəvilər dövlətinin yaranması böyük tarixi əhəmiyyətə malik idi. Bütün Azərbaycan torpaqları vahid dövlət halında birləşdirildi, xarici təhlükədən müdafiə asanlaşdı, iqtisadi və mədəni inkişaf üçün şərait yarandı.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin