Səfəvilərin Şirvana yürüşü. 1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicanı tərk edərək doğma Ərdəbilə yollandı. Onu Səfəvi sərkərdələri Hüseyn Lələ bəy Şamlı, Rüstəm bəy Qaramanlı, İlyas bəy Xunuslu, Qara Piri bəy Qacar və başqaları müşayət edirdilər. Yolda onlara çoxlu tərəfdarları qoşuldu. Lakin İsmayılı və tərəfdarlarını Ərdəbilə buraxmadılar. Onlar 1499-1500- cü ilin qışını Astaranın Ərçivan kəndində – Xəzər dənizi sahilində keçirdilər. Qızılbaş başçılarının yığıncağında Kiçik Asiyaya, Ərzincana, Suriyaya getmək qərara alındı, çünki bu yerlərin əhalisi şiələrə böyük rəğbət bəsləyirdilər. İsmayıl Göyçə gölü ətrafına gəldi və buradan Ərzincana getdi. Ərzincanda onun qoşunlarının sayı 7 minə çatdı. Onların əksəriyyəti türk (şamlı, rumlu, əfşar, varsaq, ustaclı, təkəli və s.) tayfalarından idi. Mənbələrin məlumatına görə Ərzincanda keçirilən yığıncaqda Şirvana hücum etmək qərara alındı. Yürüşlərin əsas məqsədi qarət idi. İsmayıl başa düşürdü ki, Təbrizə yürüş etsə, üç düşmənlə - Ağqoyunlu Sultan Murad və Əlvənd Mirzə ilə və onları müdafiə edən Şirvanşah Fərrux Yasarla qarşılaşa bilər.
1500 – cü ilin payızında İsmayıl Kürü keçib Şirvan ərazisinə daxil oldu. Fərrux Yasar Şamaxını müdafiə edə bilmədi və qoşun toplamaq üçün Qəbələyə getdi. Qızılbaşlar müqavimətsiz Şamaxını ələ keçirdilər. Qızılbaşlarla Fərrux Yasar arasında döyüş 1500 – cü ilin sonunda Şamaxıdan bir qədər aralı Cabanı kəndi ətrafında baş verdi. Şirvan qoşunları məğlub oldu, Fərrux Yasar öldürüldü, Qızılbaşlar Şamaxını ələ keçirdilər. Fərrux Yasarın salamat qalmış oğlu İbrahim (Şeyxşah) Gilana qaçdı. Şirvanşah xəzinəsinin bir hissəsi qızılbaşların əlinə keçdi.
Dostları ilə paylaş: |