Memarlıq və incəsənət. XIII-XIV əsrlərdə memarlıq xeyli inkişaf etmisdi. Monqolların dağıtdığı bir çox şəhərlər yenidən bərpa olunmuşdu. 1239-cu ildə Gəncənin bərpasına başlandı. Qazan xan Muğanda Mahmudabad şəhərini saldırdı. Hülakilərin payraxtı olan Təbriz böyüyür və genişlənirdi.Burada “Arquniyyə”, “Qazaniyyə”, “Rəb-i Rəşidi” kimi yeni məhəllələr salındı. Elxani vəziri Tacəddin Əlişahın Təbrizdə tikdirdiyi “Əlişah məscidi” sonralar “Ərk qalası” adı ilə müdafiə qalasına çevrilmişdi. Abşeronda Mərdəkan, Nardaran, Ramanı qalaları dövrün memarlıq abidələri idi. Bu dövrdə türbələrin tikintisinə geniş yer verilmişdi. Naxçıvanda Cuğa kəndində Gülüstan türbəsi, Sultaniyədə Şərq türbələrinin incilərindən sayilan Olcaytu Xudabəndə türbəsi (1305-1313), 1322-ci ildə Bərdə türbəsi, Qarabağlar kəndində (Naxçıvan) Hülaki xanın arvadı Quti xatunun şərəfinə tikilmiş türbə gözəl memarlıq nümunələridir. XIV əsr memarlıq abidələrindən biri də Bərdə körpüsüdür.16 gözdən ibarət olan bu körpünün uzunluğu 170, eni isə 5 metrədir.
XV əsrdə də bir sıra görkəmli memarlıq abiləri yaradılmışdır. Bunlardan Bakıda Şirvanşahlar Saray kompleksinin binalarından birini – divanxananı,“Bayıl daşları”nı, Mərdəkan qalasının kitabəsini, Qaraqoyunlu Cahanşah tərəfindən Təbrizdə inşa etdirilən “Göy məscidi (1465)”, Ağqoyunlu Sultan Yaqub Mirzənin əmri ilə tikilən “Həşt behişt” (1483) saray kompleksini, “Həsən padşahın camesi”ni, “Nəsriyyə” və “Məqsudiyyə” mədrəsələrini göstərmək olar.
Dostları ilə paylaş: |