İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə270/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   266   267   268   269   270   271   272   273   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Qaçaq Nəbi. Zəngəzur və Naxçıvan qəzasında qaçaq dəstə­lərin­dən birinə Nəbi başçılıq edirdi. Nəbi atasını döyən bəyi əzişdirmiş və 1890-cı ildə katorqaya göndəril­məklə cəzalan­dırılmışdır. O, həbs­xanadan qaçaraq bəylərə və hökumət dairə­lərinə qarşı silahlı mübari­zəyə başlamışdı. Arvadı Həcər, qardaşı Mehdi də onun dəstəsində vuruşurdu. Nəbinin dəstəsi tez-tez yerini dəyişərək Cənubi Azərbay­cana keçir, oradakı kəndlilərə də kömək edirdi. 1896-cı ildə Nəbi Kərbəladan qayı­darkən Cənubi Azərbaycanda Larni kəndində çarizmin muzdlu nökərləri tərəfindən öldürüldü.

Qaçaq Kərəm. Qaçaq hərəkatının məşhur nümayən­də­lərindən biri Qaçaq Kərəm idi. O, Qazax qəzasının Qıraq Kəsə­mənli kəndində anadan olmuşdur. Atasının intiqa­mını aldıqdan sonra qaçaqlara qoşulmuş və tezliklə onların başçısı olmuşdu. Hökumət dairələri, xan və bəylər onu daim təqib edirdilər. Ona görə Qaçaq Kərəm tez-tez yerini dəyişməyə məcbur olurdu. O, gah Gürcüstana, Şimali Qafqaza, gah da Türkiyə və İran ərazisinə keçməyə məcbur olurdu. 1885-ci ildə “Narodnaya volya” jurnalı yazırdı ki, məşhur Qaçaq Kərəm bütün Cənubi Qafqaza qənim kəsilmişdir. O, 1909-cu ildə Tehranda vəfat etmişdir. Xalq Qaçaq Nəbi və Qaçaq Kərəm haqqında dastanlar yaratmışdır.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin