İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə266/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   262   263   264   265   266   267   268   269   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Sənayenin başqa sahələri. Neft sənayesinin inkişafi ilə yanaşı, Azərbaycanda sənayenin digər sahələrində də inkişaf müşahidə olunur­du. Bakıda neft sənayesi üçün köməkçi mexaniki emalatxanalar, tütün emal edən fabriklər, un dəyirmanları və b. sahələr yaranıb inkşaf edirdi.

Əsasən dağ-mədən və emaledici sənaye sahələrinə daha çox diqqət yetirilirdi.Bakıda metal emaledici, tütün zavodu və başqa zavodlar fəaliyyətə başladı. Digər şəhərlərdə də sənəye sahələri meydana çıxırdı. Bunlardan Şəkidə ipəksarıma, Gədəbəydə misəritmə sənayesi də inkişaf edirdi.

Azərbaycanın qərb regionunda dağ-mədən sənayesi inkişaf edirdi. 1850-ci ildə Gədəbəydə zəngin mis filizi yataqları aşkar edildi. Yataqları tezliklə alman Simens qardaşları aldılar. Onlar 1863-1865-ci illərdə burada misəridən zavod inşa etdilər. Cənubi Qafqazda istehsal olunan misin üçdə iki hissəsini verən bu zavod Rusiyada ən böyük misəridən müəssisə idi. Simens qardaşları Daşkəsən kobalt yataqlarını da ələ keçir­dilər və 1865-ci ildə kobalt zavodu tikdilər. Gədəbəydə 10 min desyatin meşə sahəsi posessiya əsasında zavodun istifadəsinə verildi.

İslahatdan sonra Azərbaycanın qərb regionunda dağ-mədən səna­yesi daha da genişləndi. 1883-cü ildə Gədəbəydə ikinci böyük bir müəsisə - Qalakənd misəritmə və missaflaşdırma zavodu tikildi. Bu Rusiya imperiya­sında ilk missaflaşdırma zavodu olsa da, burada əsas rolu alman kapitalı oynayırdı. Gədəbəy misəritmə zavodu Simmens qardaşları tərəfindən mütərrəqi texnalogiya ilə təmin olunaraq daha da inkişaf etdirilirdi. Onların dövründə ildə 40 min pud mis verən yeni zavodun əsası qoyuldu. Bu dövrdə Naxçıvanda daş-duz kombinatı, Bakı və Cavad qəza­larında şoran sulardan duz istehsal edən müəssisələr yaradıldı.

Azərbaycanda yüngül və yeyinti sənayesi yerli xammal əsasında inkişaf edirdi. Yüngül sənayenin mühüm sahələrindən biri baramaaçma və ipək sarıma idi. Cənubi Qaf­qazda ipəkçiliyin ən böyük mərkəzi Şəki idi. 1861-ci ildə Şəkidə Alekseyev və Voronin qardaşları tərəfindən böyük ipək fabrikinin əsası qoyuldu.Bu fabrikdə 432 dəzgah quraş­dırılmışdı və burada 350 işçi çalışırdı. Bu Avropada ən böyük müəssisə hesab edilirdi.İpək müəssisələri Zaqatala-Şəki zonasında Şəki­də, Naxçıvan qəzasında isə Ordubadda cəmləşmişdi. Cənubi Qafqazda ipək emalı sənayesinin mərkəzi olan Şəki Qafqazın Lionu adlanırdı.

Qarabağın Şuşa, Cəbrayıl bölgə­lərində, Naxçıvanın Ordu­bad böl­gə­sində də ipək fabrikləri geniş yayılmışdı. Ordubadın Aşağı Əylis kəndindəki ipək fabrikində Fransadan gətirilmiş 80 dəzgah quraş­dırılmışdı.

Pambıqçılıq Azərbaycanın Göyçay,Cavad,Ərəş, Cavanşir, Yeliza­vetpol, Şuşa, Nax­çı­van qəzalarında geniş yayılmışdı. Pambıqçılığın inkişafı nəticəsində pambıqtəmizləmə zavodları meydana çıxdı. İlk pambıqtəmizləmə zavodu 1882-ci ildə Naxçı­vanda inşa olunmuşdu. Yeyinti sənayesində mühüm yerlərdən birini balıq emalı tuturdu 1881-ci ildə hökumət balıqçılıq təsərrüfatını məngənədə saxlayan iltizam sistemini ləğv etdi. Azərbaycanın balıq sərvəti tezliklə iri kapitalistlərin əlinə keçdi, onlar balıqçılıq təsər­rüfatını kapitalist əsasları üzrə yenidən təşkil etməyə başladılar. Balıq tutulması ilbəil artırdı. XIX əsrin sonuna Azərbay­canda 31 balıq vətəgəsi var idi.

XIX əsrin ikinci yarısında inkişaf etməyə başlayan sahələrdən biri də şərabçılıq idi.Şərabçılığın inkişafında Azərbay­canda məskunlaşan alman əhalisinin xüsusi rolu olmuşdur.1870-ci ildə Yelenendorf (indiki Göygöl) alman koloniyasında “X.Forer və oğulları” şirkəti yaradıldı ki, 1892-ci ildən bu şirkət “Forer qardaşları” adlandırıldı. 1880-ci ildə Yelenen­dorfda “Hummel qardaşları” alman şirkəti yaradıldı.Yelizavetpol quber­niya­­sında fəaliyyət göstərən adı çəkilən alman şirkətləri və ayrı-ayrı kolonist təsərrüfatları XIX əsrin sonuna 10-12 milyon litr şərab istehsal etmişdilər. Göy­çay, Şamaxı, Ağ­dam,Kürdəmirdə də şərab və konyak istehsal edən zavodlar fəaliyyət göstərirdi.

XIX əsrin ikinci yarısında meydana çıxan sənaye sahə­lərindən biri də biyan kökü emalı sənayesi idi.Biyan kökün­dən həm pivə,konfet, siqara istehsalında, həm toxuculuqda rəng kimi, həm də tibbdə dərman kimi geniş istifadə olunduğundan ona olan tələbat ilbəil artırdı.

Nəqliyyat iqtisadiyyatının inkişafı nəqliyyat vəsitələrinin də irəliləyişinə səbəb olmuşdur. İlk dəfə Xəzər dənizində neft daşıyan gəmilərlərdən istifadə başladı. 1880-ci ildə Bakı-Balaxanı-Sabunçu-Suraxanı neft mədənlərini birləş­dirən dəmir yol xətti istifadəyə verildi. 1883-cü ildə Bakı-Tiflis dəmir yol xətti­nin çəkilişi başa çatdı. 1900-cü ildə Biləcəri - Petrovsk dəmir yol xətti istifadəyə verildi və Bakı Ümumrusiya dəmiryol xəttinə birləşdirildi. 1886-cı ildə Bakı şəhərini əhatə edən ilk mərkəzləşdirilmiş telefon stansiyası istifadəyə verildi.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin