İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə376/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   372   373   374   375   376   377   378   379   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Ədəbiyyat və incəsənət. Müstəqillik dövründə Azərbaycan Respublikasının inkişa­fında ədəbiyyat və incəsənət də önəmli rol oynayır. Müstəqillik uğrunda mübarizə və son­rakı illərdə Azərbaycan ədəbiyyatı xəzinəsi yeni əsərlərlə zən­ginləşdi. Bəxtiyar Vahab­zadə, Xəlil Rza (Ulutürk), Məmməd Araz, Qabil, Nəbi Xəzri, Fikrət Qoca, İsa İsmayılzadə, Söhrab Tahir, Cabir Novruz, Nəriman Həsənzadə, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Fikrət Sadıq və s. ədiblərin əsər­ləri dərin məzmunu ilə fərqlənirdi. Gənc poezi­yanın nüma­yəndələri axtarış yollarında idi. Ədəbiyyatda Qarabağ müharibəsi, bazar münasibətlərinə keçid, 1990-cı illərin birinci yarısındakı siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə şəraitində cəmiyyətdə, insanların daxili aləmində baş verən dəyişik­likləri əks etdirən əsərlər yaranırdı .

Detektiv roman ustası Çingiz Abdullayevin əsərləri bütün dünyada böyük maraqla qarşılanır.Ənvər Məmmədxanlının, Əzizə Cəfərzadənin, Aqil Abbasın, İsi Məlikzadənin, Aqşin Babayevin, Arif Abdullazadənin, Əli Əmirlinin, Məm­məd Orucun əsərləri böyük tərbiyəvi əhəmiyyət kəsb edirdi. Ədəbiyyatın, filo­lo­giyanın inkişafına diqqəti artırmaq üçün Prezident Heydər Əliyev 1996-cı ildə Füzuli adına Beynəlxalq mükafat təsis etdi, 1997-ci ilin noyabr ayında "Azərbaycan yazıçılarına dövlət qayğısını artırmaq haqqında" Fərman verdi. Prezident H. Əliyev 1998-ci il mayın 22-də "Azərbaycan Respublikasında fəxri adlar haqqında", 2002-ci il iyunun 11-də "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüd­lərinin təsis edilməsi haqqında" fərmanlar verdi.

2000-ci ilin aprel ayında təntənə ilə Bakıda “Dədə Qorqud” dastanının 1300 illiyi qeyd olundu.Azərbacan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanı yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrafik məlumatla zəngindir. Azərbaycan xal­qının soykökünü, tarixini, dövlətçiliyini və Azərbaycan türkcəsini öyrənmək baxımından zəngin mənbə olan "Kitabi-Dədə Qorqud" yalnız Azərbaycanın deyil, bütün türk dünyasının ölməz kitabıdır. Azərbaycan prezidenti Heydər Əliyev 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar fərman imzaladı. Üç il müddətində yubiley çərçivəsində görülən işləri elmi, ictimai, siyasi və bədii nöqteyi-nəzərdən yüksək qiymət­ləndirən dövlət başçısı "Kitabi-Dədə Qorqud" ensiklopediyasının nəşrini böyük nailiyyət adlandırdı.

Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində YUNESKO çərçi­və­sində yubiley tədbirləri təşkil olundu və "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi 2000-ci ilin aprelində Bakıda Türkdilli Dövlətlər Birliyinin VI zirvə toplantısına dəvət olunmuş dövlət başçılarının iştirakı ilə keçirilmiş təntənəli mərasim ilə başa çatdı.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   372   373   374   375   376   377   378   379   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin