4.2. Atropatena III – VII əsrlərdə.
226-cı ildə yaranan Sasanilər dövləti bir il sonra – 227-ci ildə Atropatenanı (Adurbadaqanı) özünə tabe etdi və Atropatena müstəqilliyini itirib Sasani dövlətinin vilayətinə çevrildi. Təbii sərvətlərinə görə Sasani dövlətinin iqtisadiyyatında əsas rol oynayan Adurbadaqan, həm də onun dini mərkəzi idi. Çünki zərdüştlüyün ən əhəmiyyətli məbədləri Adurbadaqan ərazilərində idi ( baş məbəd – Qazaka məbədi).
Sasani dövlətinin yaranması və onun fəal xarici siyasət yeritməsi Bizans imperiyası ilə toqquşmaya gətirdi. IV əsrin sonlarından başlayaraq VII əsrin 30-cu illərinə qədər Sasani – Bizans qarşıdurması davam etmişdir. Həm 570-590-cı illərin, həm də 603-628-ci illərin Sasani – Bizans müharibələri əsasən Adurbadaqan ərazilərində aparıldığından vilayətin iqtisadi, mədəni həyatına mənfi təsir göstərmişdir. Adurbadaqanlılar Sasani qoşunlarının tərkibində Bizansa və Xəzərlərə qarşı döyüşlərdə iştirak edirdilər. 623-cü ildə Bizans imperiyasının imperatoru İraklinin hücumu zamanı Adurpadaqanın Qazaka şəhərindəki atəşgah dağıdılmışdı.Bu hücum nəticəsində, həmçinin Urmiya, Həmədan, Naxçıvan şəhərlərinə də böyük ziyan dəydi.
Dostları ilə paylaş: |