İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə140/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   136   137   138   139   140   141   142   143   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Məhkəmə islahatı.Məhkəmədə rüşvətxorluğa, özbaşı­nalığa qarşı tədbirlər görüldü. Məhkəmə islahatına görə, qazı vəzifəsinə təyin olunan din xadimlərinin bu vəzifəyə layiqli olmasına xüsusi diqqət yetirilirdi. Qazı vəzifəsinə təyin olunan din xadimindən qanuna ciddi əməl edəcəyi haqqında iltizam alınırdı. 30 illik iddia sənədləri öz qüvvəsini itirdi. Mühakimələr üçün alınan ödənclərin məbləği dəqiqləşdirildi. Qeyd edək ki, məhkəmə islahatı tam şəkildə həyata keçirilə bilmədi.

Rabitə islahatları. Ölkədə vahid rabitə sistemi yaradıldı. Rabitə sistemi əmirlərin idarəsinə verildi. Rabitə sisteminə həm də diplomatik vəzifələri (xarici səfirlərin qarşı­lanması və müşaiyət olunması) yerinə yetirmək həvalə olundu. Əsas yollarda 3 fərsəxdən bir (21 km) yam­lar(rabitə dayanacaqları) quruldu. Yam işçilərinə xidmətə görə əhalidən vəsait almaq qadağan edildi.

Pul islahatı. Ölkədə vahid pul sistemi yaradıldı,vahid ölçü və çəki sistemi bərqə­rar oldu. Mərkəzi hakimiyyət tərəfindən tanınmayan pulların dövriyyəsi qadağan olundu. Vahid pul, ölçü və çəki sistemi yaratmaqda məqsəd ölkədə ticarətin inkişafını təmin etmək idi.

Dini islahat. Qazan xanın mühüm tədbirlərindən biri şamanizm­dən imtina və islamı dövlət dini elan etməsi oldu. Xan özü islam dinini qəbul etdi və Mahmud adını götürdü, İslam ayinlərinin azad, sərbəst yerinə yetirilməsini təmin etdi. Burada əsas məqsəd yerli əhalini öz tərəfinə çəkmək idi. Dini islahat nəticəsində monqolların əksəriyyəti islam dinini qəbul etdi, müsəlman dünyasına qarşı yönələn monqol-ermə­ni birliyinə zərbə endirildi. Sadə Azərbaycan əhalisi və yerli feodallar Qazan xanı dəstəklədi, onun siyasətindən nara­zı zəngin mon­qol əyanları isə ona uğursuz sui-qəsd təşkil etdilər.

Qazan xanın islahatlarının hazırlanmasında və həyata keçirilmə­sində onun vəziri, tarixçi və dövlət xadimi Fəzlullah Rəşidəddin böyük rol oynamışdır. İslahatlar müəyyən müddət öz müsbət təsirini göstərdi, ölkədə kənd təsərrüfatı, sənətkarlıq, ticarət canlandı, əhalinin vəziyyəti nisbətən yaxşılaşdı, islam dininin mövqeləri möhkəmləndi. İslahatlar nəticəsində mərkəzi hakimiyyət möhkəmləndi, orduda nizam-intizam artdı, Hülakilər dövləti dağılmaqdan xilas oldu. Bu, Hülakilar dövlətinin ömrünü bir qədər uzatdı, lakin onun tənəzzülünün qarşısını ala bilmədi.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin