İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə143/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   139   140   141   142   143   144   145   146   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Şəki hakimliyinin bərpası. XIV əsrin ortalarından Hüla­kilər dövləti zəifləyirdi və fürsətdən istifadə edrərək Şəki yenidən müstə­qilliyini bərpa etdi. Şəki hakimliyinin ərazisi indiki Azər­baycan Respu­blikasının şimal-qərbini, Gürcüstanın şimal-şərqini və Dağıstanın qərb­dən cənub ərazilərini əhatə etmişdir. Əraziləri qərbdə Tiflis şəhəri hüdudlarınadək, şərqdə Qəbələ şəhəri yaxınlığınadək, cənubda Kür çayı və şimalda Böyük Qafqaz sıra dağlarına qədər uzanırdı. Hətta bəzi mənbələrdə Şəki dövlətinin ərazilərinin Dərbənd şəhəri yaxınlığına qədər uzandığı göstərilir.

Əvvəl Şəki hakimliyini türk mənşəli oyrat sülaləsinin nümayən­dələri - Seyid Əli Oyrat (təxminən 1393-1399) və onun oğlu Seyid Əhməd Oyrat (1399-1424) idarə etmiş­lər.Oyratlardan sonra sülaləsinin adı məlum olmayan hökmdar Əli İnaq (təxminən 1435-1444-cü illər) Şəkini idarə etmişdir.

Sonrakı dövrdə Şəkini islamı qəbul etmiş Qara Keşiş oğlu və onun nəsli idarə etmişdir. Qaraqoyunlu qüvvələri tez-tez Şəkiyə basqınlar edirdilər. Bu səbəbdən Şəki camaatı ağıllı və tədbirli Candar Qara Keşiş oğlunu 1444-cü ildə Şəki hökmdarı seçdilər və O, islam dinini qəbul edib Əlican adını götürdü. On­dan sonra hakimiyyət itirilsə də, XVI əsrin əvvəllərindən Şəkidə yenə Qara Keşiş nəslinin hakimiyyəti bərpa edildi. Həsən Sultan 1519-1524 və onun oğlu Dərviş Məhəmməd 1524-1551-ci illərdə Şəki dövlətini idarə etmişlər. 1551-ci ildə Şəki Səfəvilər tərə­findən işğal edilir və Şəkinin müstəqilliyi ləğv olunur. 1551-ci ildən 1736-cı ilədək Şəki Səfəvi­lərin təyin etdiyi hakimlər tərəfindən idarə olunmuşdur.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin