İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə150/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   146   147   148   149   150   151   152   153   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

10.4.Azərbaycan Ağqoyunlu dövləti.
Ağqoyunlu tayfalarının mənşəyi barədə. Oğuz tayfa birliyinə aid olan ağqoyun­luların erkən orta əsrlərdə ilk məskunlaşdığı ərazi Qafqaz dağları ilə Araz çayı arasındakı ərazilər o cümlədən Qarabağ , Göycə gölü ətrafı torpaqlar, Alagöz yaylaqları olmuşdur. Tədricən ağqoyunlular Azərbaycanın cənub bölgələrinə, Şərqi Anadoluya, Qərbi İrana, Dəclə və Fərat (İraq ) vadiləri də daxil olmaqla çox geniş əraziyə yayılmışlar.

Ağqoyunluların əcdadları monqolların yürüşündən sonra Cənub - Şərqi Anadoluya köçmüş və Diyarbəkir vilayəti onların irsi hakimliyinə çevrilmişdi. XIV əsrin ortalarında ağqoyunlulara Tur Əli bəy (1363-cü ildə vəfat etmişdir) başçılıq etmişdir. Qaynaqların məlumatına görə o Uzun Həsənin babasının babası idi. Tur Əli bəydən əvvəl yaşayan tayfa başçıları tarixi şəxsiyyətlər olmadığından onların adları bəlli deyi. Qaraqoyunlu kimi Ağqoyunlu adı XIV əsrdə meydana gəlmişdir və guya ki, bu bayraqlarında ağ qoyunun rəsminin olması ilə bağlıdır. Ancaq bu yanlış fikirdir. Ağqoyunlunun bayrağında ağ qoyun rəsmi əks olunmamışdır.

Ağqoyunlu sülaləsinin (tayfa ittifaqının) əsasını Bayandur tayfasından olan Pəhlə­van bəy (1370-1388) qoymuşdu. Ondan sonra Ağqoyunlu tayfa ittifaqı zəifləmişdi. Lakin Qara Yuluq Osman (1394-1434) Ağqoyunlu qüvvələrini birləşdirdi, Sivası Qaraqoyun­lulardan alıb Diyarbəkirdə möhkəmləndi. Ərzincan və Mardini isə özündən asılı vəziyyətə saldı. Beləliklə, Ağqoyunlu bəyliyinin əsasını qoydu. Diyarbəkiri mərkəz seçdi və adına pul kəsdirdi. Bəylərbəyliyin ərazisi Sivasdan Diyarbəkirə, Ərzincandan Mardinə qədər əraziləri əhatə edirdi.

Qara Yuluq Osman bəy 1434-cü ildə Qaraqoyunlularla döyüşdə öldü­rül­dü. Ağ­qoyunlu bəylərbəyliyində ara müharibələri dövrü başladı (1434-1444-cü illər). Ara müha­ribələrində 1444 –cü ildə Cahangir Mirzə qalib gəldi və Ağqoyunluları yenidən bir­ləş­dirdi. 1453-cü ildə Qara Yuluq Osmanın qardaşı oğlu Uzun Həsən (1453-1478) Cahangir Mirzəni hakimiyyətdən salıb Ağqoyunlu bəylərbəyliyinə başçılığı ələ keçirdi. 1450-ci illərdə Gürcüstanın şərqini ələ keçirən Uzun Həsənin nüfuzu daha da artdı.

1467-ci ildə Uzun Həsən Muş döyüşündə Qaraqoyunluları məğlub edib onun süqutunu tezləşdirdi. 1468-ci il Mərənd döyüşündə Həsənəlini məğlub edib Təbrizi ələ keçirdi və Ağqoyunlu dövlətini yaratdı.

1468-ci ildə Uzun Həsən tərəfindən əsası qoyulan və paytaxtı Təbriz olan Azər­baycan feodal dövlətində yeni sülalənin hakimiyyətə gəlməsi ölkənin siyasi qüvvələri içərisində narazılıqdan daha çox rəğbətlə qarşılandı. Ancaq xaricdə durum başqa idi. Xorasanda hökmranlıq edən Teymuri Əbu Səid Cahanşahın oğlanlarını müdafiə etmək bəhanəsi ilə Azərbaycana 27 minlik qoşunla yürüşə çıxdı. Güclü rəqiblə yeni savaşa gir­mək istəməyən Uzun Həsən, anası Sara Xatunun başçılığı ilə elçilərini Əbu Səidin yanına göndərərk ona qiymətli bəxşişlər və sülh təklif etdi. Ancaq Sara Xatun Əbu Səidi niyyə­tindən döndərə bilmədi. O, elçiləri hörmətlə qarşılayıb Uzun Həsənə tac və qızıl kəmərli qılınc göndərsə də, yürüşü dayandırmaq istəmədi. Nəzərə almaq lazımdır ki, Sara Xatun oğlu Uzun Həsənin siyasi çarpışmalarında ilk illərdən fəal iştirak edirdi. Onun işə qarış­ması və bacarığı ilə hələ 1435-ci ildə Anadoluda Mardin qalası uğrunda gedəm mübarizədə on bir yaşlı Uzun Həsənə üstünlük qazandıra bilmişdi. Sara Xatun Misir Məmlük dövləti ilə də danışıq aparmışdı. Abbasqulu ağa Bakıxanov “Gülüstani - İrəm” əsərində onu “mahir diplomat qadın” adlandırır.

Güclü diplomat olan Sara Xatun Əbu Səidi öz fikrindən döndərə bilməsə də, xeyli gecikdirdi. Əbu Səid Ağqoyunluya qarşı savaşda Teymurilərin ənənəvi müttəfiqi olan Şirvanşahların köməyinə ümid edirdi. Şirvana daha yaxın olmaq üçün Əbu Səid Şimali Azərbaycana - Muğana yürüşə başladı. Ancaq XV əsrin 60-cı illərinin sonunda Azərbay­canda siyasi qüvvələrin mövqeyi və nisbəti dəyişmişdi. Təbrizlə yanaşı, Şamaxı da, Ərdəbil də ölkənin müstəqilliyi uğrunda döyüşmək əzmində idi.

Yaranmış siyasi vəziyyətdən istifadə edərək Uzun Həsən Şirvanşah Fərrux Yasarı və Ərdəbil şeyxi Heydəri öz tərəfinə çəkdi.1468-ci ilin payızında Əbu Səid Araz çayını keçərək Qarabağa gəldi, sonra isə Muğana çəkildi. Müttəfiqlər onu iqtisadi blokadaya aldı­lar. Qış şəraitində ərzağın və heyvanlar üçün yemin çatışmaması qoşunun dağılmasına gətirib çıxardı. Əbu Səid sülh bağlamağı təklif etdi. Lakin Uzun Həsən razılıq vermədi və onun üzərinə hücum etdi. 1469-cu ildə teymuri Əbu Səidin qoşunları darmadağın edildi, özü isə əsir götürüldü. Uzun Həsən diplomatik hərəkət edərək Əbu Səidi özü cəzalan­dırmadı və onu Xorasan şahzadəsi Məhəmməd Yadigara göndərdi. Bir vaxt Əbu Səid onun anasını öldürtdüyü üçün, o da intiqamını alıb Əbu Səidi edam etdi.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin