İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə217/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   213   214   215   216   217   218   219   220   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Qəbələ sultanlığı.Ərazisi Böyük Qafqaz dağları ilə Əlican çayı və Göyçay arası əraziləri əhatə edirdi.Əhalisi - əsasən Azərbaycan türk­lərindən ibarət idi. Yaranandan Şəki xanlığına daxil olan sultanlıq 1795-ci ildə ləğv edildi. Əvəzində Qəbələ mahalı adlandırıldı və Şəkinin təyin etdiyi naiblər tərəfindən idarə olunurdu.

Ərəş sultanlığı Səfəvilər dövründə təsis edilmişdir. Ərazisi Ağ­daş,Yevlax rayon­larının bəzi ərazilərini və indiki Mingəçevir şəhəri yerləşən əraziləri əhatə edirdi.Səfəvilər dövründə Şirvan bəylərbəyliyinə daxil idi. 1750-ci illərdən Şəki xanlığına tabe etdirilmişdi. 1795-ci ildə sultanlıq titulu ləğv edildi, Ərəş mahalı yaradıldı və bu mahal Şəki xanının təyin etdiyi naib tərəfindən idarə olunurdu.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin