İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə241/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   237   238   239   240   241   242   243   244   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Dağ-mədən istehsalı. Azərbaycanda faydalı qazıntıların öyrənil­məsi üçün ilk geoloji axtarışlara başlandı. 1824-cü ildə Qazax distansiyasında kükürdlü kolçedan çıxarıldı. 1855-ci ildə Gədəbəydə xırda misəritmə zavodu işə salındı.

Abşeronda məhdud şəkildə olsa da, neft çıxarılırdı. Azərbaycanın işğalından sonra Abşeronda olan neft quyuları xəzinənin ixtiyarına keçdi və iltizama (müqatiəyə) verildi. 1848-ci ildə Bibiheybətdə texnik F. Semyonov dünyada ilk dəfə qazma üsulu ilə neft quyusu qazdı. ABŞ-da bu üsulla quyuların qazıl­masına Azərbaycandan 11 il sonra - 1859-cu ildə başlanıl­mışdır. Ancaq neft mədənlərinin iltizama (müqatiəyə) veril­məsi və neft mədənlərində kəndlilərin məcburi əməyinin tətbiqi Azər­bay­canda neft hasilatını ləngidirdi. Abşeronda, Cavadda şor duz, Naxçıvanda daş duz emal edilirdi. Bu dövrdə duz və zəy yataqları da iltizama verilirdi.



Ticarət. Şimali Azərbaycan Rusiyaya birləşdirildikdən sonra tica­rətin inkişafına mane olan amilləri aradan qaldırmaq üçün bir sıra tədbirlər görüldü. 1839-43-cü illərdə hökumət pul islahatı keçirdi. Hökumətin məqsədi yerli, İran, Osmanlı sikkələrini satın almaqla və dəyişməklə onları vahid Rusiya gümüş pulları ilə əvəz etmək idi. 1821-ci il oktyabrın 8-də verilmiş fərmana görə Cənubi Qafqazda güzəştli ticarət tarifi tətbiq edilir, bura gətirilən əcnəbi malların yarısından gömrük haqqı alınırdı. Bu fərman qüvvədə olduğu 10 il müddətində Azərbay­canda ticarətin xeyli genişlən­məsinə səbəb oldu, amma rus tacirlərinin Cənubi Qafqazda ağalığını təmin edə bilmədi. 1831-ci il 3 iyunda verilmiş ticarət “ Əsasnamə“si ilə yeni tariflər müəyyənləşdirildi. Bu “Əsasnamə“­yə görə Avropa malları Azərbaycan vasitəsi ilə üçüncü ölkəyə aparıla bilməzdi. Çarizmin Cənubi Qafqazda həyata keçirdiyi bu tədbir I Pyotrun merkantilizm siyasəti ilə oxşar idi. 1836-cı il 6 iyun fərmanı ilə daxili gömrük (rəhdar) sistemi ləğv edildi. Ən çox Rusiya və İranla ticarət aparan Azərbaycan Osmanlı dövləti, Almaniya və digər Avropa ölkələri ilə də ticarət əlaqəsi saxlayırdı.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin