Sənətkarlıq. Manufaktura. Əvvəl olduğu kimi, bu dövrdə də, əsas sənətkarlıq sahələri - xalçaçılıq, toxuculuq, dulusçuluq, ipəkçilik, metalişləmə və başqa sahələr idi. Başqa sahələrlə müqayisədə, xalçaçılıq daha çox inkişaf etmişdi.
Şimali Azərbaycanda manufaktura tipli müəssisələr meydana gəlmişdi. 1829-cu ildən Şəki əyalətinin Xanabad kəndində fəaliyyətə başlayan Xanabad barama açan manufakturası belə müəssisələrdən idi. Azərbaycanın başqa yerlərində də manufaktura tipli müəssisələr var idi. Azərbaycanda olan manufakturalar bir növ Mərkəzi Rusiya fabriklərinin əlavəsinə çevrilərək onlar üçün yarımfabrikat məhsul istehsal edirdi ki, bu da müstəmləkə iqtisadiyyatına xas olan xüsusiyyətlərdən biri idi.
Dostları ilə paylaş: |