İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Azərbaycanın Rusiya tərəfindən işğalının nəticələri



Yüklə 0,94 Mb.
səhifə236/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   232   233   234   235   236   237   238   239   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Azərbaycanın Rusiya tərəfindən işğalının nəticələri. Keçmiş sovet tarix­şünaslığında Azərbaycanın Rusiya tərəfindən işğalına belə qiymət verilirdi ki, guya bu aktın Şimali Azərbaycan üçün, onun sosial-iqtisadi, siyasi, mədəni həyatı üçün əvəz­olunmaz əhəmiyyəti olmuşdur. Təbii ki, çar Rusiyası tərkibində Şimali Azərbaycanda kapitalist münasibətləri İranın tərkibində qalmış Cənubi Azərbaycana nisbətən daha sürətlə inkişaf etdi. Şimali Azərbaycan mədəniyyətinin Rusiya vasitəsilə dünya mədəniyyəti ilə qovuşması prosesi sürətləndi. Ancaq neft sərvətinə malik Azərbaycanın Rusiyasız da iqtisadi, mədəni inkişafı qaçılmaz idi. Sadəcə olaraq rus amili bu prosesə müəyyən xüsusiyyətlər gətirdi. Əslində isə, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı nəticə­sində Azərbaycan xalqı öz müstəqilliyini itirdi, onun ərazisi iki hissəyə bölündü və artıq iki əsrə yaxındır ki, bu vəziyyət davam etməkdədir. Təxminən 280 min kv.km Azərbaycan ərazi­ləri İranın tərki­bində qaldı, 130 min kv.km. isə Rusiya tərəfindən ilhaq edildi. Bu tarixi ədalətsizlik nəticəsində vahid Azərbaycan ölkəsi “Şimali Azərbaycan”a və “Cənubi Azər­baycan”a bölündü. Azərbaycanın bölünməsi ölkə əhali­sinin adına da təsir göstərdi. Şimali Azərbaycanın əhalisi çar Rusi­yası dövründə “tatar”, sovet dövründə “azərbaycanlı”, Cənubi Azərbay­canlılar isə “türk”, “iranlı” kimi adlandırıldılar. Halbuki, həm Şimali, həm də Cənubi Azərbaycanda dilində, mədəniy­yətində, menta­litetində heç bir fərq olmayan Azərbaycan türkləri yaşayırdı və indi də yaşamaqdadır.

Ümumiyyətlə götürdükdə, Rusiyanın Şimali Azərbaycanı işğal etməsi, onu müstəm­ləkə halına salması, Şimali Azərbay­canda xristian­laşdırma, erməniləşdirmə siyasəti yürütməsi mürtəce siyasət idi və onun mənfi fəsadlarını Azərbaycan xalqı bu gün də hiss etməkdədir.



XV FƏSİL


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin