16.3.Azərbaycanda kəndli hərəkatı
İslahatdan sonra Azərbaycan kəndində ictimai təbəqələşmə gücləndi. Onlardan biri əlində xeyli torpaq cəmləşdirmiş varlı kənlilər (qolçomaqlar), digəri isə torpaqsız və ya aztorpaqlı kəndlilər idi. Dövlət kəndliləri dövlətə bir sıra vergilər verirdilər. Sahibkar kəndliləri sahibkarlarla yanaşı, dövlət vergiləri də ödəyirdilər. Bu isə onların vəziyyətini daha da ağırlaşdırırdı. Çarizmin köçürmə siyasəti nəticəsində yerli kəndlilər öz torpaqlarının xeyli hissəsini itirirdi. Bütün bunlar kəndlilərin çarizmə və yerli bəylərə qarşı narazılığını gücləndirdi.
Kəndlilərin mübarizəsi fəal və qeyri-fəal formada gedirdi. Hakimiyyət orqanlarına şikayət etmək halları geniş yayılmışdı. Lakin şikayətləri heç bir nəticə vermədikdə kəndlilər vergiləri verməkdən, mükəlləfiyyətləri yerinə yetirməkdən boyun qaçırır, mülkədarlara məxsus torpaqları ələ keçirirdilər. Bir çox hallarda bəylərin və mülkədarların evləri, malikanələri yandırılır və özləri öldürülürdü.
Dostları ilə paylaş: |