İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə269/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   265   266   267   268   269   270   271   272   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

1877 - ci illərin üsyanları. 1877-ci ildə Qafqazda çar Rusiyasının müstəm­ləkə siya­sətinə qarşı üsyanlar baş verdi. Bu üsyanların başlan­masına təkan verən amillərdən biri də 1877-ci ildə Rusiya ilə Osmanlı dövləti arasında müharibənin başlanması oldu. Rusiya işğalından sonra Qafqazın müsəlman xalqları Osmanlı dövlətinə yeganə ümid yeri kimi baxırdılar. Odur ki, 1877-ci ilin aprelində rus-türk müharibəsinin başlan­ması xəbəri Qafqaz müsəlmanları arasında azadlıq, müstəqillik ideya­larının yenidən canlanmasına, onların Rusiya imperiyasına qarşı silaha sarılmasına səbəb oldu. Osmanlı türkləri ilə həmrəylik nümayiş etdirən Qafqaz müsəlman xalqları, xüsusən də azərbaycanlılar rus müstəmlə­kəçilərinə qarşı mübarizəyə qalxdılar. Üsyanın cərəyan etdiyi ən qızğın bölgə­lərdən biri, o vaxt Dağıstan vilayətinə daxil olan Dərbəndətrafı bölgələr idi. Burada üsyan 7 ay davam etmiş və bu üsyanda Dərbənd­ətrafı bölgələrin və Dağıstanın ümumilik­də 394 kəndi iştirak etmişdi. 1877-ci ilin sentyabrın ortalarından üsyan Quba qəzasında başladı. Vəziyyətin gərginliyini nəzərə alan çar hakimiy­yəti oktyabrın 14-də Bakı quberniyasında hərbi vəziyyət elan etdi. Qubaya Yelizavet­poldan, Göyçaydan, Cavaddan, eləcə də Gürcüstandan əlavə rus qoşunları gətirildi. 1877-ci il noyabrın əvvəllərində daha yaxşı silahlanmış və sayca daha çox olan hökumət qoşunları Quba qəzasında üsyanı yatır­mağa müvəffəq oldu.

Nuxa qəzasında kəndli həyəcanları 1877-ci ilin oktyabrında baş­ladı. Üsyanı ilk başlayan Baş Göynük kəndinin sakinləri oldular. Tezliklə Biləcik, Aşağı Göynük, Şin, Baş Laysqı, Aşağı Laysqı, İncə, Cunut, Oxud, Qoxmux və s. kəndlərin əhalisi də üsyana qoşul­du. Üsyan­çıların sayı 8 minə çatırdı. Çar hökumət qoşunları Nuxaya əlavə qüvvələr çəkdi, Nuxada yaşayan erməniləri də silahlandırıb üsyançılara qarşı göndərdi. Nuxa üsyanında ən fəal iştirak edən kəndlər Baş Göynük, Aşağı Göynük, Biləcik kəndləri idi.

1877-ci il noyabrın 5-də Nuxa qəzasında üsyan tamamən yatırıldı. Nəticədə, 300 üsyançı həlak oldu, 600-dən çoxu yaralandı. General - leyte­nant Mamontsovun rəhbərliyi ilə çar qoşunları Nuxa kənd­lərində cəza tədbirlərinə başladılar. Üsyanda fəal iştirak etdiyinə görə Baş Göynük­dən 13, Aşağı Göynükdən 25 sakinin evlərinə od vuruldu. Üsyan iştirak­çılarının böyük əksəriyyəti sürgünə və katorqaya göndərildilər.

Zaqatalada kəndli həyəcanları 1877-ci ilin avqustunda başladı ki, bu da Dağıstan vilayətində çarizmə qarşı üsyanın yeni­dən alovlanması ilə bağlı idi. Üsyan 1877-ci ilin noyabrın əvvəllərinədək davam etdi. Üsyan­çılarla hökumət qoşunları arasın­da ən qızğın döyüşlər Qaxın Sarıbaş, İlisu, Qaşqaçay kənd­lərində baş ver­mişdi. Bu döyüşlərdə 180 nəfər itki verən üsyançılar məğlub oldular.

Beləliklə, Cənubi Dağıstanı, Dərbənd bölgəsini, Quba, Nuxa qəza­larını və Zaqatala dairəsini bürüyən 1877-ci il üsyanları məğlubiy­yətlə başa çatdı. Məğlubiyyətin səbəbi üsyançıların hökumət qoşunlarına nisbətən pis silahlanması, üsyanların ayrı – ayrılıqda baş verməsi, onların arasında koordina­siyanın olma­ması, eyni zamanda üsyançıların ümid bəslədikləri Osmanlı dövlə­tindən maddi və mənəvi yardım ala bilməməsi olmuşdur.

Məğlub olmasına baxmayaraq, 1877-ci il üsyanları böyük tarixi əhəmiyyət kəsb edir. Bu üsyanlar göstərdi ki, Azərbaycan xalqı öz azadlığını unutmamışdır və azadlıq uğrunda mübarizə aparmağa qadirdir.

1870-ci illərin sonunda Qazax qəzasında Quşçu kəndinin kəndli­ləri mülkə­dar İskəndərbəyovlara qarşı çıxış etdilər. Onlara Məşədi Yusif Mürsəl oğlu və başqaları başçılıq edirdilər. Silahlı kazakların köməyi ilə çıxış yatırıldı. 1878-ci ildə təkcə Quba qəzasında 120 nəfər bəy və hakim zümrənin nümayəndəsi öldürülmüşdü.

Bu dövrdə Cavanşir, Lənkəran, Göyçay, Şuşa, Yelizavetpol qəzalarında mülkədar malikanələrinin yandırılması kütləvi hal almışdı. Yelizavetpol qəza­sında İlyas Əli oğlu kəndliərin vəziy­yətini yüngül­ləşdirmək üçün bəyi öldürmüşdü.

1881-ci ildə Qazax qəzasının Öküzlər kəndində kəndlilər Sul­tanov­lara qarşı mübarizəyə başladılar. 1882-ci ildə üsyan başçılarından biri Kərbəlayı Qasım Məmməd oğlu bəylərlə atışmada yaralandı. Kəndlilər öz oğullarını bəylərin xidmətinə göndər­mək­dən imtina edirdilər.

XIX əsrin son rübündə kəndli hərəkatının geniş yayılmış forma­larından biri qaçaqçılıq hərəkatı idi. Kəndlilər kiçik dəstə­lərdə birləşərək çar məmurlarına və bəylərə qarşı mübarizə aparırdılar. Onlardan Qaçaq Nəbi, Dəli Alı, Qaçaq Nağı, Qaçaq Kərəm və başqaları şöhrət qazan­mışdılar.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin