İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Azərbaycan müharibə aparan ölkələrin planlarında



Yüklə 0,94 Mb.
səhifə279/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   275   276   277   278   279   280   281   282   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Azərbaycan müharibə aparan ölkələrin planlarında. Özündən asılı olmayaraq Azərbaycan da Birinci Dünya mühari­bəsinə cəlb olun­muşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiya­sının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti özünü daha qabarıq göstərirdi. Müharibə ərəfəsində Bakı nefti uğrunda kəskinləşən müba­rizədə ingilis və alman inhisarçı birlikləri arasında rəqabət daha da güclənmişdi.Bu dövrdə Azərbaycan neft sənayesinə qoyulan 112 milyon manat xarici kapitalın 59 milyonu ingilislərə, 43 milyonu fransızlara və cəmi 10 milyonu almanlara məxsus idi.

İngiltərə - Bakıya türklərin və almanların girməsinə yol vermə­mək və Bakı neftinə nəzarəti ələ keçirmək niyyətində idi. Dünya müharibəsi başladıqda neftin əhəmiyyətini ən çox başa düşən dövlət Böyük Britaniya oldu. Hökumətin əsas qayğısı donanmanı yanacaqla təmin etmək, xam nefti ucuz qiymətə alaraq neft ehtiyatı yaratmaq idi. Bu məqsədlə ingilis hökuməti müvafiq orqan yaratdı.

Rusiya – Bosfor və Dardanell boğazlarina sahib olmaq və Os­manlı imperiyasını bölüşdürmək, Almaniya isə Osmanlı dövlətinin əli ilə Azərbaycan neftinə sahib olmağa çalışırdı. Müharibə ərəfəsində Azərbaycan neftində alman kapitalı da təmsil olunur­du. Almaniyanın dünya müharibəsinə başlama­sına təsir edən amillər coğrafi siyasətlə və yanacağa olan ehtiyac­la bağlı idi.

Mərkəzi Asiya, Əfqanıstan və Hindistanı nüfuz dairəsinə salmaq, Osmanlı dövləti- Qafqaza sahib çıxmaq, türk-müsəlman xalqlarını rus əsarətindən azad etmək kimi niyyətlər güdürdü.



Qafqaz cəbhəsi.1914-cü il oktyabrın 31-də Qafqaz cəbhəsində hərbi əməliyyatlar başlandı. Qafqaz cəbhəsi Batumdan Cənubi Azərbay­candakı Urmiya gölünədək uzanırdı. Türk qoşunları Qars-Batum istiqamətində hücuma keçdilər. Noyabrın 17-dək davam edən ilk döyüş­lərdə Türk ordusu qalib gəldi. Bundan ruhlanan Ənvər paşa Sarıqamış istiqa­mətində hücümə keçərək Qarsı tutmağı qərara aldı. Sarıqamış əməliyyatı 1914-cü il dekabrın 4-dən 1915-ci il yanvarın 18-nə kimi davam etdi. Lakin ağır qış şəraiti, əsgərlərin hərbi sursat və ərzaq çatışmazlığı, hərbi əməliyyat planında ciddi qüsurların olması, rus ordusunun canlı qüvvəsinin və hərbi texnikasının üstünlüyü və s. səbəb­lərə görə Sarıqamış əməliyyatında Türk ordusu ağır itki verərək məğlub oldu. Rus ordusu Təbrizi ələ keçirdi və türkləri Cənubi Azərbaycandan sıxışdırıb çıxartdı. Müharibənin sonunadək Qafqaz cəbhəsində elə bir ciddi dəyişiklik baş vermədi.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin