İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə282/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   278   279   280   281   282   283   284   285   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Milli azadlıq hərəkatı. Rusiyada Fevral burjua-demo­kratik inqilabından sonra Azərbaycanda milli-azadlıq hərəkatı genişləndi və keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Milli hərəkat daha kütləvi və siyasi səciyyə daşıyırdı, konkret iqtisadi tələblər irəli sürülürdü, azərbaycanlı əhalinin bütün təbəqələri milli dövlətçilik ideyası ətrafında bir­ləşirdi. Bu dövrdə xüsusilə, “Müsavat” partiyasının fəaliyyəti geniş­ləndi. Martın 15-də partiyanın qəbul etdiyi müraciətdə Rusiyada burjua respublikası ideyası bəyənildi. Bu zaman Gəncədə “Türk Ədəmi mərkəziyyət Federalistlər partiyası” yaradıldı. 1917-ci ilin fevralında bu partiya Rusiyanın federativ, demokratik şəkildə qurulması və onun tərkibində Azərbaycana muxtariyyət verilməsi şüarını müdafiə edirdi.

1917-ci ilin Fevral İnqilabının qələbəsi çar rejiminin devrilməsi Azərbaycanda siyasi partiyaların və təşkilatların açıq fəaliyyətinə şərait yaratdı. Bu dövrdə Şimali Azər­baycanda “Müsavat” və “Türk Ədəmi-Muxtariyyət” partiyaları ilə yanaşı, “Hüm­mət”, “Ədalət”, “İttihad”, “Müstəqil Demokratik Qrup” partiyaları da fəaliyyət göstərirdi. Bu partiya və təşkilatların heç biri Azərbaycanda təkbaşına milli demokratik hərəkata rəhbərliyi həyata keçirə bilmirdi. Bu səbəbdən, Azərbaycan millətini birləşdirə biləcək komitələrin və yaxud cəmiyyətlərin yaradılmasına ehtiyac yarandı.

Fevral inqilabının ilk günlərindən Bakıda Müsəlman Milli Şurası yaradıldı. Onun yaradılmasında məqsəd milli hərəkata vahid rəhbərliyi təmin etmək idi. Bakıda rus və erməni milli şuraları da fəaliyyət göstərirdi. Müsəlaman Milli Şurası bütün siyasi partiyaları və cəmiy­yətləri öz ətarafında birləşdirdi.

Yaranan yeni təşkilatlar içərisində xalq kütlələri arasında ən çox nüfuz qazanan 1917-ci ilin martın 27-də yaranan, “Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti komitəsi” oldu. Komitənin sədri hüquqşünas M.H.Hacinski, katibi isə M.Ə. Rəsulzadə seçildi.

Müvəqqəti Komitənin fəallığı nəticəsində 1917-ci il aprelin 15-20-də Bakıda Qafqaz Müsəlmanlarının Birinci qurultayı keçirildi. Gərgin müzakirələrdən sonra, qurultayda qətnamə qəbul edildi ki, Rusiya ərazi federasiyası əsasında qurulan demokratik respublika olmalıdır. Qurul­tayda, həmçinin, müsəlman qadınların Azərbaycan cəmiyyətində rolunun artırılması, türk dilində ümumi-məcburi və pulsuz təhsilin zəruriliyi, dini işlərdə məzhəb ayrılığına son qoyaraq sünnü və şiə dini idarələrinin vahid orqanda birləşdirilməsi, günün tələblərinə uyğun din xadimlərinin hazırlanması haqqında qərarlar qəbul olundu. Nümayəndələrin razılığı ilə fəhlə və torpaq məsələlələri üzrə qərarların qəbulu çağrılması 1917-ci ilin payızında gözlənilən Müəssislər Məc­lisinin səlahiyyətinə verildi. Qurultayın tarixi əhəmiyyəti onda idi ki, burada Rusiyada yaşayan türk xalqlarının gələcək siyasi istiqamətləri müzakirə edildi və ilk dəfə Azərbaycanda muxtariyyət ideyası bu qurultayda irəli sürüldü. Qurultay Rusiya müsəlmanlarının birliyi şüarı altında keçdi.

1917-ci ilin iyununda “Müsavat” və “Türk Ədəmi Mərkəziyyət” partiyası birləşərək “Türk Federalist Müsavat partiyası” adlandırıldı.

Federalistlər Rusiya tərkibində milli - ərazi muxtariyyəti prinsipini irəli sürdüyü halda, tatar burjuaziyası milli – mədəni muxtariyyət tələbi ilə çıxış edirdi. Bu ideyaları müzakirə edib yekdil fikrə gəlmək zərurəti meydana çıxdı. Ona görə də Ümumrusiya müsəlmanlarının qurultaya hazırlıq məqsədi ilə üçün IV Dumanın vəkili tatar Əhməd Salikovun başçılığı ilə “Rusiya müsəlmanlarının müvəqqəti bürosu” yaradıldı və 109 maddədən ibarət təklif hazırlandı.

Ümumrusiya müsəlmanlarının qurultyı 1917-ci il mayın 1-də milyonçu Ş. Əsədullayevin öz xərci ilə tikdirib müsəlmanların sərən­camına verdiyi binada keçirildi. Qurultayın gündəliyində milli-ərazi muxtariyyəti, maarif və mədəniyyət, müəssislər məclisi, torpaq və s. məsələlər dururdu. Əhməd Salikovun məruzəsində Rusiyanı unitar dövlət kimi qoruyub saxlamaq, milli azlıqlara milli-mədəni muxtariyyət verilməsi ideyası əsaslandırılmışdı. Bu təklif M.Ə.Rəsulzadənin və federalistlərin ciddi etirazına səbəb oldu. Səsvermədə federalistlərin milli-ərazi muxtariyyəti təklifi 446, unitaristlərin milli-mədəni mux­tariyyət təklifi isə 275 səs aldı. Beləliklə, federalistlər böyük səs çoxluğu ilə qələbə çaldı. Nümayəndələrin əksəriyyəti Rusiyanın demo­kratik federativ respublika kimi saxlanmasına və türk xalqlarına milli-ərazi muxtariyyəti verilməsi təklifinə tərəfdar çıxdılar. Ourultayda ibtidai təhsilin icbari və pulsuz olması, təhsilin ana dilində aparılması, ali mək­təb­­lərin açılması və s. təkliflər irəli sürüldü. Fevral inqilabından sonra Müsəlman Milli Şurasında təmsil olunan ictimai-siyasi təşkilatlar arasında rəhbərlik uğrunda müba­rizə gedirdi. Buraya “Hümmət”, “Ədalət” və “Birlik” təşkilatları da daxil idi. İnqilabın qələbəsindən son­ra “Hümmət” təşkialtı öz fəaliyyətini genişləndirdi. Martın orta­la­rı­n­­­­­da təşki­latın yığıncağının qərarına görə təşkilat yenə də RSDFP Bakı komitəsinin nəzdində qaldı. N.Nərimanov onun sədri seçildi. Həmçinin “Hümmət” qəzetinin redaktoru da N.Nərimanov idi.

Cənubi Azərbaycandan Bakıya kasıbkarlıq üçün gəlmiş fəhlələrin 1917-ci ilin martında Azərbaycan bolşeviklərinin təsiri altında “Ədalət” təşkilatı yaradıldı. Əsədulla Qafarzadənin redaktorluğu ilə fars dilində təşkilatın orqanı “Bayraği-Ədalət” qəzeti nəşr edilirdi. 1917-ci ilin avqustunda, bolşeviklərin təşəbbüsü ilə Volqaboyudan Bakıya gəlmiş, neft mədənlərində və sənaye müəssisələrində çalışan müsəlman fəhlə­lərin “Birlik” təşkilatı yaradıldı. Bu təşkilat fəhlələr arasında siyasi iş aparırdı. Təşkilata Hənifə Terequlov rəhbərlik edirdi. Hər üç təşkilat bolşeviklərin sosialist nəzəriyyəsini qəbul edirdi. Ona görə də onlar Azərbaycanda milli azadlıq hərəkatına rəhbərlik edə bilməzdi.

1917-ci il oktyabrın 26-da “Musavat ” partiyasının birinci qurul­tayı oldu. Partiya Azərbaycanda milli azadlıq hərəkatı və milli dövlət­çilik ideyasını irəli sürdü və bu məqsədlər uğrunda mübarizəni davam etdirmək niyyətini sərgilədi. “Müsavat” partiyasının təkcə Azərbay­canda deyil, bütün Cənubi Qafqaz müsəlmanları arasında siyasi nüfuzu durmadan artırdı.

Azərbaycan milli - azadlıq hərəkatına rəhbərlik uğrunda öz iddia­sını ortaya qoyan partiyalardan biri də 1917-ci ilin sentyabrında yaradılan “Rusiyada müsəlmançılıq partiyası” və “ İttihadi – islam” parti­ya­ları idi. Sonuncu partiya Gəncədə yaradılmışdı. Bu partiyanın Bakı təşkilatının ən fəal üzvləri Qara bəy Qarabəyov, İsabəy Aşurbəyov, S. Qənizadə idi. “İttihadi – islam” partiyası Rusiya tərkibində Azərbay­cana muxtariyyət veril­məsi mövqeyini müdafiə edirdi.

1917-ci ildə milli - azadlıq uğrunda mübarizədə üç istiqamət formalaşmışdı. Birinci istiqamət Müvəqqəti hökumətin müstəmləkəçilik siyasətinə, ikinci istiamət eser - menşevik - daşnak blokunun hege­mon­luq etdiyi sovetlərin Azərbaycan xalqının maraqlarına cavab verməyən, düşmən siyasətinə və üçüncü istiqamət ermənilərin azər­baycanlılara qarşı yeritdiyi soyqırımı aktlarına qarşı yönəlmişdi.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin