1917-ci ildə Bakıda ümumi tətil. Fevral burjua - demokratik inqilabının qələbəsindən və Rusiyanın respublika elan olunmasından sonra siyasi partiya və ictimai təşkilatlar azad fəaliyyət göstərməyə başladılar. 1917-ci ilin yazından başlayaraq Azərbaycan fəhlə sinfinin mübarizəsində əsas hədəf kapitalistlərlə müştərək müqavilələrin bağlanmasına nail olmaq idi. Fəhlə hərəkatına ideya cəhətdən rəhbərlik edən Bakı Soveti komissiya yaratdı və bu komissiya müştərək müqavilənin layihəsini hazırladı. Layihəyə görə fəhlələr 8 saatlıq iş günü, istirahət günü, əmək haqqının artırılması kimi əsas tələblərini irəli sürdülər. Sahibkarlarla aparılan danışıqlar nəticəsiz qaldı. Sahibkarlar müştərək müqavilədə göstərilən şərtləri qəbul etmədilər. 1917-ci ilin sentyabrın 27-də Bakı fəhlələri ümumi tətilə başladılar. Tətilə Tətil Komissiyası rəhbərlik edirdi. Tətildə təqribən 65 min nəfər iştirak edirdi. Tətilçilər öz məqsədlərinə çatdılar. Oktyabrın 2-də sahibkarlar müştərək müqaviləni imzaladılar və oktyabrın 3-də tətil dayandırıldı.
17.4.Bakı Soveti və onun anti-Azərbaycan siyasəti. Azərbaycanlılara qarşı 1918-ci ilin 31 Mart soyqırımı