İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə284/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   280   281   282   283   284   285   286   287   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

1917-ci ildə Bakıda ümumi tətil. Fevral burjua - demokratik inqilabının qələbə­sindən və Rusiyanın respublika elan olunmasından sonra siyasi partiya və ictimai təşkilatlar azad fəaliyyət göstərməyə başladılar. 1917-ci ilin yazından başlayaraq Azərbaycan fəhlə sinfinin mübarizəsində əsas hədəf kapitalistlərlə müştərək müqavilələrin bağlan­masına nail olmaq idi. Fəhlə hərəkatına ideya cəhətdən rəhbərlik edən Bakı Soveti komissiya yaratdı və bu komissiya müştərək müqa­vilənin layihəsini hazırladı. Layihəyə görə fəhlələr 8 saatlıq iş günü, istirahət günü, əmək haqqının artırılması kimi əsas tələblərini irəli sürdülər. Sahib­karlarla aparılan danışıqlar nəticəsiz qaldı. Sahibkarlar müştərək müqavilədə göstərilən şərtləri qəbul etmədilər. 1917-ci ilin sentyabrın 27-də Bakı fəhlələri ümumi tətilə başladılar. Tətilə Tətil Komissiyası rəhbərlik edirdi. Tətildə təqribən 65 min nəfər iştirak edirdi. Tətilçilər öz məqsədlərinə çatdılar. Oktyabrın 2-də sahibkarlar müştərək müqaviləni imzaladılar və oktyabrın 3-də tətil dayandırıldı.
17.4.Bakı Soveti və onun anti-Azər­baycan siyasəti. Azərbaycanlılara qarşı 1918-ci ilin 31 Mart soyqırımı

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin