İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Azərbaycanlılara qarşı 1918-ci ilin 31 Mart soyqırım



Yüklə 0,94 Mb.
səhifə286/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   282   283   284   285   286   287   288   289   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Azərbaycanlılara qarşı 1918-ci ilin 31 Mart soyqırım. Trabzon­da Zaqafqaziya Seyminin erməni və gürcü mənşəli nümayəndələri Brest sülhünün şərtlərini tanımadıqlarını, Qarsdan, Ərdəhandan və Batumdan türk qoşunlarının çıxarılmasını tələb etdilər. Zaqafqaziya nümayəndələrinin uzun və nəticəsiz danışıqları türk ordusunu öz hücumlarını davam etdirməyə məcbur etdi.

Türk qoşunlarının Bakıya qədər irəliləməsi ehtimalından və bunun fonunda Bakıda müsəlman-türk əhalisinin, “Müsavat” partiyasının siyasi fəallığının artacağından təşvişə düşən Bakı Soveti, “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası artıq 1918-ci ilin martın ortalarından Azərbaycan Milli hərəkatına divan tutmaq, şəhərdə milli qırğın törətmək və Bakını türk-müsəlman əhalidən təmizləmək planları qururdu.

Bakı Cənubi Qafqaz Seyminin təsiri dairəsindən kənarda qalmiş yeganə səhər idi.Erməni daşnakları S.Şaumyan başda olmaqla, Bakıda yuva salmışdılar. Hələ 1917-ci ilin dekabrında Sovet Rusiyasının rəhbəri V. Lenin S.Şaumyanı Cənubi Qafqazın Föv­qəladə Komissarı təyin etdi.Tiflisdə yaradılan və erməni Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi Bakıya köçdü. Bolşevik-daşnak qüvvələri Bakıda yuva saldılar. Ərzincan barışığına əsasən, Qafqaz cəbhəsindən qayıdan 6 min rus, 8 min erməni əsgəri Bakıya toplanmışdı.Bakı Sovetinin ixtiyarında 70%-i ermənilərdən təşkil olunmuş 20 minlik Qızıl Ordu var idi.Bolşe­vik-daşnak qüvvələri Bakını Cənubi Qafqazda “inqilabla əksinqlab arasında mübarizə meydanı” elan etmişdi. Belə bir şəraitdə Cənubi Qafqazda ən güclü siyasi partiya olan “Müsavat” bolşeviklərin əsas rəqibinə çevrilmişdi.Bakı Soveti milli qırğın törətməklə bu partiyanın sosial bazasını məhv etməyə və Azərbaycan milli hərəkatına divan tutmağa calışırdı.

15 mart 1918-ci il tarixdə Bakı Soveti iclasda “Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına cevrilmə­lidir” qərarı qəbul etdi. Bu azərbay­canlılara qarşı soyqırıma göstəriş idi. “Əksinqilaba qarşı mübarizə” şüarı altında erməni daşnak­ları Bakı və ətraf qəzalarda yaşayan rus, alman, aysor və sair qeyri-müsəlman əhalini də bu cinayətkar əməllərə cəlb etmək niyyəti ilə onlar arasında təxribat xarakterli təbliğat aparırdılar.

24 mart 1918-ci il tarixdə Lənkərandan Bakıya gələn və müsəl­manlardan ibarət “Evelina” gəmisi tərk-silah edildi. Azərbaycanlı əhali Bakı Sovetinin bu hərəkətinə etiraz etdi və bunu bəhanə edərək Bakı Soveti martın 30-da azərbaycanlılara qarşı qırğına başladı.Qırğına rəh­bər­lik üçün 30 mart 1918-ci il tarixdə Bakı Soveti İnqilabi Müdafiə Komitəsi yaratdı. Bakıda soyqırım 1918-ci il 30 martdan 02 aprel tarixədək davam etdi və nəticədə Bakıda 12 mindən çox türk-müsəlman əhali ermənilər tərəfindən qətlə yetirildi, “Kaspi” mətbəəsi, “Açıq söz” qəzetinin redaksiyası, “İsmailiyyə” binası yandırıldı, “Təzə pir” məscidinin minarələri top atəşinə tutuldu, “Kərpicxana” və “Məmmədli” məhəllələrinin türk-müsəlman əhalisi tamamilə məhv edildi.

Kürdəmir və Lənkəranda 13 yaşayış məntəqəsinin əhalisinə divan tutuldu.Şamaxıda S.Lalayan və T.Əmirovun quldur dəstələri 3-16 apreldə erməni və rus molokanların köməyilə 8 min adamı qətlə yetirdilər. 72 kənd dağıdıldı. 12 məhəllə məscidi, 800 illik “Cümə məscidi” yandırıldı. Qubada Hamazaspın quldur dəstələri 162 kəndi yandırdı. 16 min müsəlman öldürüldü. Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında da azərbay­canlılara qarşı soyqırımı törədildi. Ümumən, 1918-ci ilin yazı 50 min azərbaycanlı qətlə yetirildi. S.Şaumyan 13 aprel 1918-ci il tarixdə V.İ.Leninə teleqramında yazırdı: “Bu milli qırğında daşnakların iştirakı bolşeviklər tərəfindən qəsdən təşkil edilmişdir”

1918-ci il mart soyqırımı nəticəsində Azərbaycanda sovetləşmə ideyasına güclü zərbə dəydi. Bu faciə Bakı Sovetinin anti-Azərbaycan siyasətinin mahiyyətini göstərdi. Azərbaycan milli demokratiyasının muxtariyyətə olan ümidlərini qırdı və Azərbaycan xalqı arasında milli birlik və müstəqil dövlətçilik ideyasını gücləndirdi.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin