İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə349/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   345   346   347   348   349   350   351   352   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Qanlı 20 Yanvar qətliamı.1989-cu ilin sonunda AXC-nin xalq arasında nüfuzu artdı. Bu da qarşıdan gələn seçkilərdə onun qələbəsini təmin edə bilərdi. AXC-nin özündə böhran başlandı. Digər tərəfdən, respublikada hakimiyyət böhranı başlandı. 1989-cu il dekabrın 31-də Naxçıvan MSSR-də Araz çayı boyunca SSRİ-İran, 1990-cı ilin yanvarında SSRİ-Türkiyə, Biləsuvar və Cəlilabadda SSRİ-İran sərhəd qurğuları dağıdıldı. Ermənistan tərəfdən Azərbaycana hücumlar davam edirdi. Belə bir şəraitdə AXC hücumların qarşısını almaq üçün özünümüdafiə dəstəsini birləşdirdi və hücumların qarşısını almaq üçün Milli Müdafiə Şurası (MMŞ) təşkil etdi (1990).

1990-cı il yanvarın 13-də Bakıda bir erməni iki azər­baycanlını öldürdü və 13-16 yanvarda talanlar oldu. MMŞ bu talanların qarşısını aldı. Halbuki şəhərdə olan 10 min nəfərlik daxili qoşun hissələri fəaily­yət gostərmədi. Heç bir ehtiyac olmadığı halda 1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyəti “Dağlıq Qarabağ Muxtar Vilayəti və bəzi digər rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında” fərman verdi. 1990-cı il yanvarın 17-də respu­blika rəhbərliyinin iste­fasını tələb edən ümumxalq mitinqi keçirildi. Yanvarın 19-da Naxçıvan MSSR-nin Ali Soveti Naxçıvan Muxtar Respublikasının SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etdi. 1990-cı il yanvarın 20-də SSRİ Ali Soveti Rəyasət Heyəti “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Fərman əhalidən gizlədildi. Bu fərmandan Azərbaycan xalqı xəbərsiz idi. Yanvarın 19-da saat 20:00-da televiziya verlişləri stansiyasının enerji bloku partladıldı və xalq bu barədə məlumat ala bilmədi.

Yanvarın 19-dan 20-nə keçən gecə hər tərəfdən Sovet ordusunun hücumu başlandı. Əməliyyata SSRİ Müdafiə Naziri D.Yazov başçılıq edirdi. Silahsız adamlara atəş açıldı, onlar döyüş maşını ilə əzişdirildi. Bakıda və digər rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu. Bu qanlı hadisə Azərbaycan xalqının tarixinə “Qanlı yanvar” günü kimi daxil oldu.

Respublikadan Moskvaya qeyri-müəyyən vəziyyətdə qaçmış Ə.Vəzirovun yerinə AKP-nin MK-nın birinci katibi vəzifəsinə A.Mütəllibov təyin edildi. AXC ilə iqtidar razılığa gəlib Məşvərət Şurası yaratdılar.

Azərbaycan SSR Ali Sovetinin sessiyası 1990-cı il mayın 19-da prezident vəzifəsi təsis etdi və bu vəzifəyə A.Mütəllibovu seçdi. Sentyabr ayında Azər­baycan SSR Ali Sovetinə seçkilər keçirildi. 20-dən artıq ictimai təşkilatı birləşdirən “Demokratik blok” 360 deputat mandatından cəmi 30-nu ala bildi. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti sessiyasının qərarı ilə ölkə “Azərbaycan Respublikası” adlandı. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağı dövlət bayrağı olaraq təsdiq edildi.

Xalqın azadlıq mübarizəsinə, 20 Yanvar qətliamına mədəniyyət xadimləri öz əsərləri ilə həmən reaksiya verdilər. Azərbaycan poeziya­sının görkəmli siması olan Xəlil Rza Ulutürk ömrü boyu azadlıq və müstəqillik uğrunda müba­rizəyə sadiq qalmış, şerlərini silaha çevir­mişdir. O, “Davam edir 37” və “Zindan” adlı silsilə şerlərinə görə M.F. Axun­dov mükafatına layiq görüldü. Bu dövrdə B.Vahabzadə, M.Dilbazi, N.Xəzri, M.Araz xalqın mənəvi aləmi ilə bağlı əsərlər yaratdılar. B.Vahabzadə “Şəhidlər” poemasında xalqı mətinliyə, birliyə çağırırdı.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   345   346   347   348   349   350   351   352   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin