21.5.Azərbaycan SSR 1980-ci illərin ikinci yarısı-1990-cı illərin əvvəllərində
Ərazisinə görə Yer kurəsinin altıda birini təşkil edən Sovet Sosialist Respublikaları İttifaqında 1980-ci illərdə iqtisadi, siyasi və ideoloji böhran başladı. Bu böhran vəziyyətinin həm daxili, həm də xarici səbəbləri vardı.
1985-ci ilin aprelində Sov.İKP MK-nın Plenumunun qərarı ilə Sovet dövlətində rəhbərliyə M.S.Qorbaçov gətirildi. M.S.Qorbaçovun, partiya, dövlət rəhbərliynin təşəbbüsü ilə ölkənin iqtisadi əsaslarının, siyasi quruluşunun və mənəvi mühitinin yeniləşdirilməsi prosesi başlandı və bu siyasət “yenidənqurma” siyasəti adlandırıldı.
M.S.Qorbaçovun fikrincə, yenidənqurma siyasəti nəticəsində «sosializm yaxşılaşdırilmalı», nəhayət ki, “insan sifətli sosializm” (социализм с человеческим лицом) qurulmalı idi.Bu vəzifəni yerinə yetirmək üçün Sov.İKP-nin «partiya» kimi hegemonluğuna son qoymaq, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçidi təmin etmək, kommunist partiyasının cəmiyyətdəki rolu və yerini önəmli şəkildə zəiflətmək tələb olunurdu.
Bütün sadalanan vəzifələrin həyata keçirilməsi kommunist partiyasının fundamentalist qanadını neytrallaşdırmadan mümkün deyildi. Kommunist siyasi-təbliğatını zəiflətmək və kəskin ideoloji durumu aradan qaldırmaq üçün «daha cox sosializm» şuarından, “Ümumavropa Evi” və “ümumbəşəri dəyərlər” ideyaları irəli sürüldü.
İctimai-siyasi sahədə dəyişikliklər aşkarlıq siyasətinin həyata kecirilməsilə başladı. Senzura çökdü və yeni qəzetlərin nəşrinə icazə verildi. Bu, əhalinin ixtiyari fəallığının böyük bir dalğasını doğurdu. Yenidənqurmanı müdafiə edən çoxsaylı ictimai birliklər meydana çıxdı. Sürətləndirmə ideyası əhalinin müxtəlif təbəqələri arasında həm razılıq, həm də etirazlarla qarşılandı. Yeni kursun əleyhdarlarına partiya-dövlət aparatı işciləri arasında da rast gəlinirdi. Yenidənqurmanın vəzifələrinin reallaşdırılması ücün partiya və sovet rəhbərlərinin bir hissəsinin əvəzlənməsi həyata kecirildi.
Sov.İKP-nin XXVII qurultayı (1986-cı ilin fevralı) ölkə rəhbərliyi tərəfindən başlanmış iqtisadiyyatda sürətləndirmə, siyasi qurumların işinin forma və metodlarının yeniləşməsi kursunun düzgünlüyünü təsdiq etdi. Əvvəllər olduğu kimi, bu kurs yenə də sosialist cəmiyyətinin təkmilləşdirilməsi vəzifəsinin həllilə əlaqələndirilirdi. 1980-ci illərin sonlarında dəyişikliklər dövlət hakimiyyəti qurumlarına da şamil edildi. Bunun başlanğıcını XIX Ümumittifaq partiya konfransı (1988-ci ilin iyulu) qoydu. Konfransda yenidənqurmanın tərəfdarları ilə əleyhdarları arasında ölkənin inkişaf məsələsi və onun vəzifələrilə bağlı sərt ideya mübarizəsi başlandı. Nümayəndələrin çoxu M.S. Qorbacovun iqtisadi islahatlara başlanması və cəmiyyətin siyasi sisteminin dəyişdirilməsi zərurəti barədə fikirlərini müdafiə edirdi.
1986-cı ildə Cernobıl AES-dəki qəza oldu. Qəza barədə məlumat əhaliyə və dünya ictimaiyyətinə gec çatdırıldı. Bu isə fəlakətin nəticələrinin qlobal xarakter almasının səbəblərindən biri oldu.Cernobıl AES-dəki qəza iqtisadi islahat xəttinin qəbul edilməsini (1987-ci il) sürətləndirdi. Onun əsas istiqaməti inzibati - amirlikdən bazar iqtisadiyyatına keçiddən ibarət idi.
Şərqi Avropada ortamənzilli sovet raketlərinin yerləşdirilməsi, 1979-cu ildə sovet qoşununun Əfqanıstana daxil olması, sovet dövlətinə qarşı hazırlanan hərbi proqrama qarşı cavabın hazırlanması da Sovet cəmiyyətinin tənəzzülünü sürətləndirdi.
Sov. İKP MK-nin Baş katibi M.S.Qorbaçov 1988-ci ildə həm də SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri oldu. 1989-cu ildə ölkədə xalq deputatlarının çoxmandatlı sistem əsasında ilk seçkiləri keçirildi.
Fərdi əmək fəaliyyətinə və bir sıra malların istehsalı üzrə kooperativlərin yaradılmasına icazə verildi. Müəssisələr plandan əlavə istehsal etdikləri məhsulu müstəqil satışa cıxarmaq imkanı əldə etdi. Lakin iqtisadiyyatda bazar mexanizmlərinin olmaması bu müddəanın həyata kecirilməsi yolunda cətinliklər yaradırdı.
İqtisadi islahatlar SSRİ-nin xalq təsərrüfatında vəziyyətini yaxşılaşdırmadı. 1989-1990-cı illərdə sənaye məhsullarının artım tepmləri kəskin şəkildə aşağı düşdü. 1980-cı illərin sonlarında SSRİ-də nəinki iqtisadiyyatın artım sürəti azalmışdı, eyni zamanda 1990 - 1991-ci illərdə milli sərvətlər «yeməyə sərf edilirdi», dövlət büdcəsinin kəsiri ildən ilə böyüyürdü, işsizliyin səviyyəsi artırdı. Rəsmi məlumatlara görə, 1990-cı ilin əvvəlində ölkə üzrə işsizlərin sayı 6 mln. nəfərə catmışdı.
Demokratikləşmə və aşkarlıq siyasəti, mətbuatda əvvəlki qadağa və məhdudiyyətlərin ləğvi Sövet dövləti və Sov.İKP-nin bütün institutlarının ünvanına yönəldilən tənqid dalğası yaratdı. Sov.İKP kadrlarının önəmli hissəsinin sosializm ideyalarına qarşı çıxması partiyanın müqavimət gücünü zəiflətdi, marksizm-leninizmin ideologiyasına inananların sayı kəskin azaldı. 1990-cı ilin martında SSRİ Konstitusiyasında Sov.İKP-nin cəmiyyətdə aparıcı rolu barədə 6-cı maddə ləğv edildi.
Tezliklə Baltikyanı respublikalarda, Azərbaycanda, Gürcüstanda və Ukraynanın qərb bölgələrində həm ziyalıların, həm milli dövlər kadrlarının, həm də adi vətəndaşların bir qisminin müstəqilliyə can atdıqları üzə cıxdı.1989-cu ilin avqust-sentyabr aylarında Baltikyanı respublikalarda nümayişlər başlandı. Nümayişcilər öz respublikalarının SSRİ-nin tərkibindən cıxmasını tələb edirdilər.
Dostları ilə paylaş: |