İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Azərbaycan 1960-cı illərin sonu-1980-cı illərin başlanğıcında. Respublikada idarəçiliyin qüvvətlənməsi



Yüklə 0,94 Mb.
səhifə343/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   339   340   341   342   343   344   345   346   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Azərbaycan 1960-cı illərin sonu-1980-cı illərin başlanğıcında. Respublikada idarəçiliyin qüvvətlənməsi. 1960-cı illərin ikinci yarısında inkişaf etmiş sosialist müddəası irəli sürüldü. Belə bir şəraitdə 1969-cu ildə Azərbaycan SSR-ə rəhbərlik Heydər Əliyevə tapşırıldı.

H.Əliyev 1923-cü ilin mayın 10-da Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdu. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər və Xalq Komis­­sarları Sovetində şöbə müdiri vəzifəsində çalışmış, 1944-cü ildən Dövlət Təhlükəsizlik Komi­təsində işləməyə başlamışdı. 1964-cü ildə Azərbay­can SSR Dövlət Təhlü­kəsiz­lik Komitəsi sədrinin müavini,1967-ci ildən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.

H.Əliyev idarəçiliyin təkmiliəşdirilməsi, kadrların seçil­məsi sahəsində bir sıra tədbirlər gördü, Sovet rəhbərliyinin yuxarı dairələrində Azərbaycanın nüfu­zunu qaldırdı və bundan xalqın xeyrinə istifadə etdi. Yeni texnologiyaya əsas­lanan sənaye sahələrinin inkişafına xüsusi diqqət verildi.

Heydər Əliyevin rəhbərliyi dövründə, XX əsrin 60-cı illərinin sonu - 70-ci illərində, Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixi keçmişinə də maraq artdı, bu sahədə də oyanış başlandı. Xalqımızın milli-mənəvi həyatında da dirçəliş başlandı. O zaman ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Ensiklopediyası idi. Ensik­lopediyanın Baş redak­siyası, redaksiya ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar edirdilər. Xalqımızın təşək­külündə türk etnoslarının həlledici rol oynaması, Azərbaycan Xalq Cümhuriy­yəti xadim­lərinin tariximizdə mütərəqqi rol oynaması, Cüm­huriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. 1972-ci ildə Ensiklopediyanın Baş redak­siyası Rəsul Rzanın redaktorluğu ilə Azərbaycan SSR xəritələri (Azərbaycan və rus dillərində) adlı atlas nəşr etdi. Göstərilən tarix xəritələr həmin atlasa daxil edildi.

1970-ci illərdə Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə azərbaycanlıların sayı artdı. Bu dövrdə erməni separatçıları açıq çıxış etməkdən çəkinirdilər. DQMV-nin iqtisadi və mədəni inkişafı diqqət mərkəzində idi. 1973-cü ildə Xankəndində Azərbaycan Pedaqoji İnstitu­tunun filialı əsasında müstəqil pedaqoji institut açıldı. 1979-cu ildə Ağdam-Xankəndi dəmir yol xətti çəkildi, vilayətdə daha yeni bir inzibati vahid - Əsgəran rayonu yaradıldı. 1977-ci ildə Dağlıq Qarabağ məsələ­sini yenidən qaldırmaq cəhdinin qarşısı alındı. 1970-ci illərdə mərkəz, ermənilərin təhriki ilə Kəlbəcər rayonunun perspektivsizliyi bəhanəsi ilə oradan əhalinin köçürülməsi və rayon ərazisinin yaylaq kimi respu­blikalar arasında bölüşdürülməsi haqqında məsələ qaldırdı. Lakin H.Əliyev bölgənin iqtisadiyyatını qısa müddətdə canlandırmaqla mər­kəzin və erməni millətçilərinin niyyətlərini puça çıxardı. Kəlbəcərə “Muğan yolu” çəkildi.

1978-ci ilin aprelində Azərbaycan SSR-nin yeni Konsti­tusiyası, mayında Naxçıvan MSSR-nin yeni Konstitusiyası qəbul edildi. Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması haqqında maddə öz əksini tapdı. Azərbaycan dilinin tədqiqi genişləndi. Bu dövrdə ölkədə siyasi laqeyidlik hökm sürürdü. Xalqın güzəranı yaxşı olduğuna görə müxalifətin sosial bazası zəif idi.

Bu illərdə Azərbaycan ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, teatrımızın 100 illiyi təntənəli şəkildə qeyd edildi. Görkəmli yazıçı, şair və bəstəkarlara heykəl qoyuldu. 1982-ci ildə H.Cavidin cəsədinin qalıqları İrkutsk vilayətindən cətirilib doğma vətəni Naxçıvanda dəfn edildi.

H.Əliyev 1976-cı ildə Sov. İKP MK Siyasi büro üzvü­lüyünə namizəd, 1982-ci ildə isə Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazir­lər Sovetinin sədrinin birinci müavini təyin edildi. Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov seçildı.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   339   340   341   342   343   344   345   346   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin