Qarabağ məsələsi, Ermənistanın Azərbaycana əsassız ərazi iddiaları.Azərbaycan rəhbərliyi respublikanın əhalisini SSRİ-də baş verən hadisələrdən kənarda qoymağa çalışırdı. Həmin dövrdə DQMV-da baş verən hadisələr bütün azərbaycanliları siyasi mübarizəyə cəlb etdi. SSRİ-də milli zəmində qarşıdurma Azərbaycan SSR-nin DQMV ərazisində baş verdi. “Qarabağ düyünü” hələ bu hadisələrdən əvvəl hazırlanmışdı. Mərkəz regionlarda milli qarşıdurma yaratmaqla əhalinin diqqətini başqa vacib məsələlərdən yayındırmağa çalışırdı.
1987-ci ildə H. Əliyev bütün vəzifələrdən kənarlaşdırıldı. H.Əliyevin Moskvada yüksək vəzifədən uzaqlaşdırılması ermənilərin əl-qolunu açdı. Zori Balayan saxtakarlıqla dolu olan “Ocaq” adlı kitabında yazdığı sayıqlamalarında Azərbaycan xalqına böhtan atdı. 1987-ci ildə M. Qorbaçovun ən yaxın əlaltısı Abel Aqanbekyan Parisdə “Humanite” qəzetində Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədə uyğun olması barədə iftiraçı bəyanat verdi. Şovinist xəstəliyinə tutulmuş ermənilər xaricdəki və Rusiyadakı ağaları tərəfindən müdafiə olundular və bütün vasitələrlə azərbaycanlıların simasında vəhşi obrazı yaratmağa çalışırdılar.
Bütün bunlardan sonra Ermənistanda dövlət səviyyəsində azərbaycanlıları dədə - baba torpaqlarından qovmaq üçün silahlı dəstələr təşkil etdilər. 1988-ci ilin yanvarında Qafan və Mehri rayonlarından ilk qaçqın axını Azərbaycana daxil oldu. Həmin il fevralın 8-də Xankəndində DQMV-nin Ermənistana verilməsi üçün imza toplandı. Fevralın 12-də Xankəndində mitinqlər başlandı. Əslində bu hadisələrin ssenarisi çoxdan hazırlanmışdı.
1988-ci il fevralın 21-də DQMV Xalq Deputatları Sovetinin sessiyası vilayəti Ermənistana vermək haqqında qeyri-qanuni qərar qəbul etdi. İrəvan və Xankəndində mitinqlər başlandı. Bütün Qarabagın azərbaycanlı əhalisi ermənilərin özbaşınalığına qarşı ayağa qalxdılar. Lakin Moskvanın tapşırığını “sədaqətlə” icra edən Azərbaycan rəhbrləri bunun qarşısını aldılar. Ermənilər isə vəhşiliklərini davam etdirirdilər, 1988-ci il fevralın 24-də Əsgəran rayonunda ermənilər 2 azərbaycanlı gənci qətlə yetirdilər, 19 nəfəri yaraladılar.
Ermənilər öz cinayətlərini ört-basdır etmək üçün həmin il fevralın 28-də Sumqayıtda faciə törətdilər, 32 nəfər öldürüldü, soyğunçuluq, talançılıq və digər cinayətlər törədildi. Azərbaycanda sabitliyi pozmaq və etnik düşmənçilik ehtiraslarını gücləndirmək məqsədilə Pavel Qriqoryan adlı bir erməni 5 ermənini öldürmüşdü. Şovinist erməni liderləri, maraqlı super dövlətlərin xüsusi xidmət idarələrinin adamları bu hadisələri lentə almışdılar və azərbaycanlıların əməlləri kimi bütün dünyaya yaydılar.
Bundan sonra ermənilərin azərbaycanlılara qarşı vəhşilikləri geniş vüsət aldı. Ermənilər Spitakda 1-14 yaşlı 70 nəfər azərbaycanlı uşagı böyük borunun içinə yiğib hər iki tərəfdən ağzını qaynaq etmişdilər. 1988-ci il dekabrın 11-də Azərbaycandan Ermənistanın zəlzələ zonasına göndərilən “İL-76” təyyarəsini vurdular. Təyyarədə 78 nəfər həlak oldu. Onlardan ancaq biri sağ qaldı. 1991-ci il avqustun 8-də Ermənistan SSR-də sonuncu Azərbaycan kəndi - Mehri rayonundakı Nüvədi kəndi rus əsgərlərinin köməyi ilə boşaldıldı.
Beləliklə, türk-müsəlman əhalinin Ermənistandan çıxarılmasının 4 - cü mərhələsi başa çatdı. Daha Ermənistan deyilən ərazidə azərbaycanlı qalmadı. Ermənistandakı 185 azərbaycanlı kəndindən 230 min nəfər azərbaycanlı qovuldu. Dünya ictimayyəti bütün bunlara daşürəkli münasibət göstərib biganə qaldı. Dünyanın nüfuzlu təşkilatları, dövlət başçıları və siyasi xadimləri sonralar bütün bunları “informasiya blokadası” adlandirıb, Azərbaycanın özünü dünyada tanıda bilməməsi ilə izah etməyə çalışırdılar. Bu isə erməniləri, xüsusilə Dağliq Qarabağ ermənilərini yeni separatçı cinayətlərə şirnikdirirdi.
Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1988-1995-ci illərdə “Azərbaycan SSR-in DQMV-nin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” qərar qəbul etdi. Əslində bu qərar Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün ilk addim idi. DQMV-nin sosial-iqtisadi vəziyyəti Azərbaycanın və ümumiyyətlə, keçmiş Sovetlər birliyinin bütun digər rayonlarından yüksək idi. 1988-ci ilin iyununda Ermənistan SSR Ali Soveti DQMV Xalq Deputatları Sovetinin Ermənistana birləşmək haqqında qərarına razılıq verdi.
Azərbaycanlıların Dağlıq Qarabağ ərazisindən çıxarılmasına başlandı. Mərkəzin hər bir addımı Azərbaycan xalqına qarşı yönəldilirdi. 1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyəti “Azərbaycan SSR-in DQMV-da xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar verdi. Konstitusiyada müvafiq dəyişiklik etdi. Birbaşa Moskvaya tabe olan Xüsusi İdarə Komitəsi (XİK) yaradıldı. Qatı ermənipərəst və imperiya maraqlarının icraçısı olan Arkadi Volski onun başçısı təyin edildi. XİK qayda - qanun yaratmaq əvəzinə, nəinki erməni silahlı dəstələrinin fəaliyyətinə mane olmadı, hətta, azərbaycanlıların DQMV ərazisindən çıxarılmasına şərait yaratdı. 1989-cu ilin iyununda Stepanakertdə (Xankəndində) yaşayan bütün azərbaycanlılar şəhərdən çıxarıldı.
Azərbaycan ictimaiyyətinin təsiri altında SSRİ Ali Soveti 1989-cu il noyabrın 28- də XİK-ni ləğv etdi. Vilayətin idarə olunması Azərbaycan SSR-in Təşkilat Komitəsinə tapşırıldı. Təşkilat Komitəsinə SSRİ Ali Sovetinin xüsusi komissiyası nəzarət edirdi. Mərkəz heç bir təsirli tədbir görmədi. Buna görə də Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında” qərar qəbul etdi. DQMV-nin siyasi və iqtisadi idarəçiliyinin Ermənistana tabe edilməsi üçün saxta hüquqi baza yaradıldı.
Dostları ilə paylaş: |