İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Azərbaycan Respublikası üçüncü minilliyin başlanğı­cında: siyasi və iqtisadi inkişaf,milli-demokratik dəyərlərin daha da möhkəmləndirilməsi



Yüklə 0,94 Mb.
səhifə370/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   366   367   368   369   370   371   372   373   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

22.7.Azərbaycan Respublikası üçüncü minilliyin başlanğı­cında: siyasi və iqtisadi inkişaf,milli-demokratik dəyərlərin daha da möhkəmləndirilməsi.
2003-cu ilin 15 oktyabrda İlham Əliyev Azərbaycan Respublika­sının pre­zi­­­den­­ti se­cil­di. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də haki­miy­­yətə gəldiyi ilk gündən etibarən Ulu Öndər H.Əliyevin siyasi strategiyasının layiqli davamçısı kimi Azərbaycanın inkişafı istiqamətində mühüm addımlar atmağa başladı. Prezident İlham Əliyev 2004-cü il 11 fevral tarixində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” icrası ilə bağlı Fərman imzaladı. Bu proq­ramda nəzərdə tutulan tədbirlər müvəffəqiyyətlə həyata keçirildi. Proqramın icrası nəticəsində region­ların sosial – iqtisadi inkişafı əhalinin gəlirlərinin və həyat səviyyəsinin yaxşılaşdırılmasına səbəb oldu. Dövlət Statistika Komi­təsinin nəticə­lərinə əsasən Proqramın həyata keçirildiyi 5 il ərzində qeyri-neft sektoru 1,8 dəfə, qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi isə 6,2 dəfə artmış və ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatmışdır. Ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım olmuşdur.

Həmçinin Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmışdır. Bununla da regionların iqtisadi inkişafında yeni mərhələnin başladığını demək olar.

Fevral 2005- ci il “Azəri-Cıraq- Gunəşli” yataqlarının Mərkəzi Azəri hissə­sin­dən ilkin neftin hasilatı başlandı. 2005-2006-cı illər Bakı-Tbilisi-Geyhan neft kəməri işə salındı. 2005-ci ildə BTC-nin Azərbaycan və Gürcüstan hissələri, 2006-cı ildə isə Turkiyə hissəsi neftlə dolduruldu. 2005-ci ildə 2002-2005-ci illər ucun “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf sahəsində Dövlət pro­qramı” müvəffəqiy­yətlə yerinə yetirildi.

1995-2001-ci illərdə qoyulan birbaşa investisiya Rusiyada 12,7 dəfə, Qazaxıstanda 10,5 dəfə artdığı halda Azərbaycanda 37,6 dəfə artmışdır. Adam­başına investi­siyaların həcmi də buna müvafiq olaraq sürətlə art­mışdır.Əgər Rusiya kimi böyük bir ölkədə 2001-ci ildə adambaşına xarici inves­tisiyalar 27,6 ABŞ dolları təşkil etdiyi halda, bu rəqəm Azərbaycanda 154 ABŞ dolları olmuşdur.

2002-ci ilin ortalarına kimi xarici ölkələrə neft məhsulları satışından və müqavilə iştirakçıları ilə aparılmış digər əməliyyatlardan Azərbaycanın payına düşən gəlir 580 milyon dollardan artıq olmuşdur. Bu vəsaitin hamısı Dövlət Neft Fondunda cəmləşmişdir.

Ölkənin ictimai-siyasi həyatında da bir sıra hadisələr baş verdi.2005 - ci ilin aprelində “Heydər Əliyev ordeni” təsis edildi. İlk dəfə bu ordenlə türk dünya­sının görkəmli şəxsiyyəti İlhan Doğramacı­oğlu təltif olundu.

2007-ci ilin mayında Bakıda Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 90 illiyi ilə əlaqədar “İstiqlal” abidəsi acıldı. 2008-ci ilin sentyabrında Bakıda Metropoli­tenin “Nəsimi” stansiyası istifadəyə verildi. 2005- ci il may 10-da Respublika Sarayının qarşısında Heydər Əliyevin heykə­li­nin acılışı oldu.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   366   367   368   369   370   371   372   373   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin