İkt-baza bilikləri



Yüklə 0,72 Mb.
səhifə5/6
tarix13.12.2023
ölçüsü0,72 Mb.
#175694
1   2   3   4   5   6
azmiu 29

PATOGENEZ
Beləliklə orqanizmə qida maddələri və ya hava –damcı yolu ilə daxil olan viruslar qalça bağırsağın və ya burun-udlaq nahiyəsinin selikli qişasında loklalizə olunur.1-3 gündən sonra polioviruslara artıq udlağın və qalça bağırsağın selikaltı qatlarında olan limfoid follikullarda rast gəlinir. Əksər hallarda viruslar bu limfoid follikullardan knara çıxa bilmir.Belə hallarda xəstəliyin inapparant forması baş verir.Bəzən isə limfoid follikullardan artıb çoxalan viruslar sonradan regionar limfa düyünlərinə oradan isə nəhayət qana keçərək virusemiyaya səbəb olurlar.
Çox az hallarda təxminən bütün yoluxmaların yalnız 1% -nə isə viruslar hemato-ensafalitik baryeri də dəf edərək mərkəzi sinir sisteminə keçə bilirlər.Virusların mərkəzi sinir sisteminə keçməsi mexanizmi bu günə qədər dəqiq aydınlaşdırılmamışdır.Bəzi qrup alimlər poliovirusların mərkəzi sinir sisteminə keçməsinin hematogen yolla; digər qrup alimlərin isə bu keçidin əzələlərdən periferik sinir lifləri vasitəsilə , yəni neyrogen yolla baş veridyini göstərirlər.
Beyin toxuması boyunca yayılan viruslar əsas etibarilə hərəki, həmçinin də avtonom neyronlara daxil olur.Bu neyronların nüvələrinin RNT-si ilə sıx əlaqəyə girir, özləri artıb çoxalır , neyronların zülal sintezi pozur, onların destruksiyasına və nekrozuna səbəb olur.Nekrozlaşmış neyronlardan çıxan viruslar yaxınlıqdakı yeni neyronlara daxil olurlar.Nekrozlaşmış neyronarın ətrafında iltihabi reaksiya baş verir, bu isə son nəticədə həmin nahiyələrdə , yəni nekrozlaşmış neyronların yerində qlioz toxumanın meydana çıxması ilə başa çatır.
KLİNİKİ ƏLAMƏTLƏR

Poliomielit xəstəliyinin inkubasiya dövrü adətən 2-12 gün olsa da , bəzən 1 aya qədər uzana bilir.Xəstəliyin klinik əlamətləri ağırlıq dərəcəsi patomorfoloji dəyişikliklərin hansı üzv və toxumalarda baş verməsi , daha doğrusu xəstəliyin patogenetik inkişaf dərəcəsi ilə müəyyənləşir.Bütün bunlardan da asılı olaraq poliomielit aşağıdakı formaları ayırd edilir.1.İnapparant forma 2.visseral və ya abortiv forma 3.meningeal forma 4.paralitik forma

İnapparant , visseral və meningeal formalara birlikdə qeyri – paralitik forma da deyilir və bütün poliomielit hallarının təxminən 90% ni təşkil edirlər.İnapparant forma zamanı zəif dərəcədə olsa sa inkişaf edən patomorfoliji dəyişikliklər udlaqda Piroqov-Valdeyer həlqəsi nahiyəsində və qalça bağırsağın limfoid follikulları nahiyəsində baş verir.Polimielitin ən ağır , xarakter əlamətlərlə səciyyələnən və məhz spinal ifliclə nəticələnən forması onun paralitik formasıdır.
Paralitik forma öz inkişafında 4 mərhələ keçirir:preparalitik mərhələ ,paralitik mərhələ, bərpa dövrü və rezidual mərhələ.
1) Preparalitik mərhələ kəskin başlanır, yuxarı tənəffüs yollarının kataral iltihabı,bağırsaqların disfunksiyası, yüksək temperatur, qıcolmalar , meninheal əlamətlər və vegetativ pozğunluqlarla müşayiət olunur.3-5 gün davam edir.
Mikroskopik müayinə zamanı hərəki neyronlarda tiqroid maddənin azalması və yox olması , bununla da əlaqədar onların sitoplazmalarının homogenləşməsi və solğunlaşması görünür.
2) Paralitik mərhələ zamanı məhv olmuş hərəki neyronların sayı artır.Bunula da əlaqədar çərkəzi sinir sisteminin hərəki mərkəzlərində , o cümlədən də qabıqaltı mərkəzlərdə , orta beyində , ara beyində , uzunsov beyində , ön mərkəzi qırışın hərəki neyronlarında , xüsusilə də onurğa beyinin ön buynuzlarında çoxlu miqdarda xırda yumşalma ocaqları meydana çıxır.Paralitik mərhələ klinikada çox qısa müddətdə assimetrik parez və ifliclərin başlanması ilə müşayiət olunur.Bununla da əlaqədar xəstələrdə əvvəlcə funksional hərəkət məhdudluğu , sonra isə oynaqların üzvi kontrakturaları baş verir.Paralitik formanın özünün də 4 forması ayrd edilir: spinal forma ; bulbar forma; körpü forması və qarışıq forma .
3)Bərpa mərhələsi zamanı nekrozlaşmış neyronların , daha doğrusu neyronofagik düyüncüklərin yerində qlial çapıqcıqlar formalaşır, beyin maddəsindəki xırda yumşalma ocaqlarında isə bu dəyişikliklər geriyə inkişaf edir.
4) Rezidual mərhələ.Buna qalıq əlamətlərin dövrü də deyilir.Bu mərhələ keçirilmiş poliomielitlə əlaqədar orqanizmdə qalan fəsadlarla xarakterizə olunur.Skelet əzələlərində, xüsusilə də aşağı ətraflarda atrofik dəyişikliklər daha da proqresivləşərək , onların tam atrofiyalaşması və əlilliklə nəticələnir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin