İlk proqram. IDLE örtük mühiti
IDLE mühitində ilk proqramımızı yazaq. Python proqramı yükəndikdən sonra ilk açılan interfeys IDLE örtük mühitidir. IDLE (IntegratedDeveLopmentEnvironment) — bu Python dilində inteqrasiya olunmuş proqram yaratma mühitidir. Rəsmi olaraq qısaca IDE adlanır. Vəsaitdə verilən nümunələr Windows 10ƏS-də yoxlanılıb. Öncə interaktiv rejimdə IDLE Python örtüyünü(Python Shell) çağırırıq. Sonuncu sətirdə ardıcıl gələn üç “böyükdür”(>>>) yazılıb. Bu işarə çağırış adlanır,işarə olan sətir isə əmr sətridir. Belə sətirdə istənilən proqram kodunu yazmaq olar. Birinci əmrimiz print (“Salam dostum!”) olacaq. Əmri yazıb Enter klavişini sıxan kimi növbəti sətirdə Salam dostum! mətni görünəcək.
Təbrik etmək olar. Bu bizim Python proqramlaşdırma dilində yazdığımız ilk proqramdır. İnteraktiv rejimdə işləmə qaydası ilə tanış olandan bu rejimdə işləmək bacarığımızı təkmilləşdirək. Məsələn, aşağıdakı əmrləri yazaq print(3 + 4) print(3 * 5) print(3 ** 2) Nəticə açağıdakı kimi olacaq: >>> print(3 + 4) 7 >>> print(3 * 5) 15 >>> print(3 ** 2) 9 Amma bizim əsas məqsədimiz interaktiv rejimdə işləmək deyil. Biz proqram kodunu fayl şəklində yadda saxlayıb proqramı oradan çağırmaq istəyirik. Bunun üçünIDLE interaktiv rejimində ya File → New Fileseçirik, yada Ctrl+N klavişlərini sıxırıq. Nəticədə mətn redaktoruna oxşar yeni pəncərə açılır. O Python redaktoru adlanır. Proqram kodu bu pəncərədə yazılacaq. Açılmış pəncərədə növbəti əmrləri yazın:
name=input(‘Sizin adınız –‘) print(‘Salam, ‘,name) Birinci sətirdə ‘Sizin adınız –‘ sorğusuna hansısa cavab verilməlidir (bu nümunədə Abdulla) və Enter klavişini sıxılmalıdır. Ad daxil edilib Enter klavişi sıxılmayana qədər ikinci əmr yerinə yetirilməyəcək. Bu proqram kodunun işləməsi nəticəsində name dəyişənində daxil edilmiş informasiya (sizin adınız) yadda saxlanacaq və sonra ekranda Salam sözündən sonra həmin ad çap ediləcək. İndi F5 klavişini (və ya IDLE menyusunda Run → Run Moduleəmrini seçmək də olar) sıxmaq proqramı yerinə yetirmək olar. Proqram ilk dəfə yerinə yetiriləndə proqram mətninin faylda yadda saxlanılması istəniləcək. Mətni istədiyiniz yerdə yadda saxlaya bilərsiniz. Yalnız bundan sonra proqram yerinə yetiriləcək. Siz sonda təqribən aşağıdakı kimi nəticə alacaqsınız. Solda proqram mətni, sağda isə nəticə görünür: Gördüyünüz kimi proqramın başlamasını Python örtüyündə >>>==================== RESTART ==================== sətrinin yazılması ilə bilmək olar. Gəlin aşağıda verilən bir neçə əmrin işləməsini müstəqil yoxlayaq: d1=10 d2=20 d3=d1+d2 print(d3) a=7; b=3; print(a, b) metn=”Yoxlama” print(metn[2]) print(metn[:2]) print(metn[2:5]) print(metn[:-1]) print(len(metn)) print(“123”+”456”) print(“123”*3) Əgər nəticələr aşağıdakı kimidirsə, deməli düzgün yoldayıq. Nəsə alınmasa, təəssüflənməyin və yazdığınız əmrlərdəki
Obyekt
Obyekt Python dilində proqramlaşdırmada ən fundamental anlayışlardandır.
Python dilində yazılmış proqramları aşağıdakı hissələrə ayırmaq olar:
Modullar – Təlimatlar – İfadələr – Obyektlər
Daha da açıqlasaq
Proqram modullara bölünür;
Modullar əmrlərdən (təlimatlardan) ibarətdir;
Əmrlər (Təlimatlar) ifadələrdən ibarətdir;
İfadələr obyektlərdən təşkil olunub və onları idarə edir..
Dostları ilə paylaş: |