Qiymətlər və tiplər
Riyaziyyatdan bizə məlum olan bəzi anlayışları yada salaq. OPERANT1 OPERATOR OPERANT2
4+5a=23a==bb>0
İstənilən 2 operant arasında münasibət operator vasitəsilə tənzimlənir. Python dilində aşağıdakı operatorlardan istifadə edilir: +, -, *, /, **, //, %, >, <, >=, <=, !=. Bu və digər operatorların işləmə prinsipi haqqında sonrakı bölmələrdə izahat veriləcək.
Python dilində olan daha iki anlayış ilə tanış olaq.
Qiymət – sərbəst istifadə edilən və ya dəyişənlərə mənimsədilən müxtəlif formatlı məzmundur.Yuxarıda göstərdiyimiz nümunələrdə biz qiymətləri görmüşdük: 7 Salam dostum!
Burada iki qiymət var. 7 – tam ədəd olan məzmundur. “Salam dostum!” isə simvollar ardıcıllığından ibarət sətir tipli məzmundur.
Yuxarıda deyildiyi kimi, qiymətlərdən ya sərbəst istifadə etmək olar, ya da dəyişənə mənimsətmək yolu ilə. Məsələn, ad = “Aysu” və ya a = 23. Burada Aysu və 23 qiymətdirlər.
Print əmri nəinki sətirlərlə, həm də tam ədədlərlə də işləyir. >>> print 4 4 >>> print (4) 4
>>> type("Salam dostum!") >>> type(21) a = 23 ▲ ▲ ▲ DƏYİŞƏN MƏNİMSƏTMƏ QİYMƏT
Sətir (ing: string) str tipinə aiddir, tam ədədlər isə (ing: integer) int tipinə. Tam və kəsr hissəsi olan ədədin tipi float (ing: üzmək) olacaq. Bəzi ölkələrdə riyaziyyatda tam ədədlə kəsr hissəni ayırmaq üçün vergül işarəsindən istifadə edilir. Python dilində digər alqoritmik dillərdə olduğu kimi, ədədin tam hissəsi ilə kəsr hissəsini ayırmaq üçün nöqtədən istifadə edilir və o onluq nöqtə adlanır. >>> type(2.3) Python dilində 2,3 yazsaqtamam başqa nəticə alarıq: >>> print 2,3 2 3 >>> print (2,3) 23 Python 2,3 yazılışını iki elementdən ibarət olan siyahı kimi interpretasiya edir. Əgər "23" və ya "2.3" yazsaq onda qiymət sətir olacaq. Çünki yazılış dırnaq arasındadır. >>> type("23") >>> type("2.3")
Dostları ilə paylaş: |