Mina Üzrə Maarifləndirmə
2009-cu ildə AzQAC tərəfindən həyata keçirilmiş “TOM” layihəsində (3
rayondan 4 kənddə) hər bir oyun meydançasına minalar və PHS əleyhinə
üzərində şüarlar yazılmış və rəsmlər çəkilmiş müxtəlif maarifləndirici lövhələr
quraşdırılmışdır. Bu lövhələr vasitəsilə uşaqlar mina təhlükəsi barədə bilavasitə
xəbərdar ola bilərlər. Bundan əlavə AzQAC ANAMA tərəfindən hazırlanmış
mina üzrə maarifləndirici vəsaitləri (yüzlərlə bloknotlar, qələmlər, təqvimlər,
kitablar, plakatlar və s.) özünün cəbhə bölgəsində fəaliyyət göstərən 10 Rayon
Bölməsinin (Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Göygöl, Goranboy, Tərtər,
Ağdam, Ağcabədi, Füzuli) könüllüləri vasitəsilə mina / MPQ təhlükəsi yüksək
sayılan kəndlərdə yaymışdır.
AzQAC və ANAMA arasında əməkdaşlıq
2007-ci il dekabr ayında AzQAC və ANAMA arasında “Mina / MPQ
Hadisələri və Qurbanları, eləcə də Minadan Zərərçəkmiş İnsanların Ehtiyacları
Haqqında Məlumatların Toplanması” üzrə imzalanmış rəsmi Razılaşma
Memorandumuna əsasən Milli Cəmiyyət 2009-cu il ərzində mina / MPQ
partlaması hadisəsi və bu hadisələrdə mina qurbanlarına çevrilən bütün şəxslər
haqda məlumatları toplayaraq ANAMAya təqdim etmişdir. 2009-cu ilin dekabr
ayında AzQAC-ın və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı
ilə Bakı şəhərində Milli Cəmiyyətin “Mina / MPQ Hadisələri və Qurbanları,
eləcə də Minadan Zərərçəkmiş İnsanların Ehtiyacları Haqqında Məlumatların
Toplanması” fəaliyyətinə cəlb olunmuş 10 rayon bölmə sədrinə ANAMA
mütəxəssisləri tərəfindən 1 günlük təkmilləşdirmə kursu təşkil olunmuşdur.
2009-cu il ərzində AzQAC və ANAMA arasında 4 (rüblük olaraq)
koordinasiya görüşü keçirilmişdir. Görüşlərdə yuxarıda göstərilən birgə
fəaliyyətə və digər ümumi fəaliyyətlərə dair müzakirələr aparılmış və təklif
olunmuşdur ki, 2010-cu ildə də tərəflər bu əməkdaşlığı davam etdirsinlər.
Mina / MPQ partlayışı nəticəsində ailə başçısını itirmiş ailələrin hadisədən
sonrakı sosial durumunun qismən də olsa bərpası
2009-cu ildən başlayaraq AzQAC “Mina Partlayışı Zamanı Ailə Başçısını
İtirmiş Ailələrə Sosial Dayaq” layihəsinə start vermişdir. Bu layihə çərçivəsində
AzQAC BQXK-nin maliyyə dəstəyi ilə Tərtər, Qazax, Ağstafa və Tovuz
rayonlarında belə ailələrlə tədqiqat işini reallaşdırmışdır. ANAMAnın AzQACa
təqdim etdiyi bu kimi ailələrlə bağlı mövcud olan statistika üzrə aparılmış
tədqiqatda real olaraq hazırda sosial durumu çox aşağı olan ailələr layihə üçün
44
qeydə alınmışdır. Tərtər rayonu üzrə 16 ailə, Qazax rayonu üzrə 6 ailə, Ağstafa
rayonu üzrə 7 ailə və Tovuz rayonu üzrə 1 ehtiyaclı ailə qeydə alınmışdır.
AzQAC tərəfindən bütün rayonlar üçün layihələr hazırlanmış və tərəfdaşlıq
etmək üçün donorlarla müzakirələrə təqdim edilmişdir.
2009-cu ilin iyul ayında AzQAC ABŞ-nın Azərbaycandakı Fövqəladə və
Səlahiyyətli səfiri xanım Anne Derse ilə əməkdaşlıq edərək Tovuz rayonundan
bu layihə üçün qeydiyyata alınmış yeganə ailəyə sosial dayaq olmaq məqsədilə
1 baş iribuynuzlu heyvan (inək) və bu heyvanın 1 illik müddətə yem tədarükünü
təqdim etmişdir.
2009-cu il ərzində Tərtər rayonu üzrə mina və PHS partlaması nəticəsində
zərər çəkmiş ailələrdən olan 13 nəfər gənc AzQAC Tərtər rayon bölməsinnin
nəzdində fəaliyyət göstərən “Gənclər Mərkəzində” təmənnasız olaraq
kompyuter biliklərinə yiyələnərək sertifikatlar əldə etmişlər.
KİV-lə iş
AzQAC-ın mətbu orqanı olan “Yeni Təfəkkür” qəzeti və Milli
Cəmiyyətin rəsmi veb-səhifəsi (
www.redcrescent.az
) vasitəsilə görülən işlər
barədə geniş ictimaiyyət mütəmadi olaraq məlumatlandırılmışdır. Bundan əlavə
olaraq AzQAC Silahlara Qarşı Mübarizə proqramı üzrə həyata keçirilən bütün
mühüm tədbirləri Azərbaycanın rəsmi dövlət və özəl televiziya kanalları ilə
işıqlandırmışdır. Bu proqram çərçivəsində fəaliyyətlərə cəlb olunmuş cəbhəyanı
rayonların əsas mətbu orqanları da AzQAC-nin bu sahədə həyata keçirdiyi
fəaliyyətlər haqda mütəmadi olaraq məqalələr dərc edirlər.
Digər əməkdaşlıq
2009-cu ildə AzQAC Silahlara Qarşı Mübarizə proqramı çərçivəsində ən
sıx əməkdaşlığı BQXK ilə həyata keçirmişdir. BQXK tərəfindən bu proqram
texniki və maliyyə dəstəyi almışdır. AzQAC Silahlara Qarşı Mübarizə
proqramının məsləhətçisi mütəmadi olaraq BQXKnin Azərbaycandakı
Nümayəndəliyində bu sahəyə məsul olan müvafiq nümayəndələrlə görüşlər
keçirmiş, müzakirələr etmişdir.
“TOM” layihəsi və digər fəaliyyətlərlə əlaqədar olaraq il ərzində AzQAC
Silahlara Qarşı Mübarizə proqramının məsləhətçisi BQXK, BQXQACF
(Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası), Almaniya
Qızıl Xaç Cəmiyyəti, ANAMA, AzCBL (Minalar Əleyhinə Azərbaycan
Kampaniyası İctimai Birliyi), HOMS, Norveç Krallığının Azərbaycandakı
Səfirliyi, BAMF (Beynəlxalq Avrasiya Mətbuat Fondu), Trans Global LTD və s.
təşkilatlarla görüşlər keçirmiş, layihələr ətrafında müzakirələr aparmış, seminar,
treyninq və konfranslarda iştirak etmişdir.
Beynəlxalq görüşlər
45
26-30 yanvar 2009-cu il tarixində Kambodjanın Siem Reap şəhərində
Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Hərəkatının (Hərəkat) "Silahlara Qarşı
Mübarizə" üzrə növbəti beynəlxalq görüşü keçirilmişdir. Görüş Beynəlxalq
Qızıl Xaç Komitəsi (BQXK) və Kambodja Qızıl Xaç Cəmiyyətinin təşəbbüsü və
təşkilatçılığı ilə baş tutmuşdur. Görüşün əsas məqsədi Hərəkatın "Mina/PHS-
lərə Qarşı Mübarizə" proqramı üzrə son 10 ildə həyata keçirdiyi fəaliyyətləri
qiymətləndirmək, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin bu sahədə
təcrübə mübadiləsini təşkil etmək və novbəti 2009-2019-cu illər üçün Hərəkatın
"Mina/PHS-lərə Qarşı Mübarizə" üzrə yeni strategiyasini işləyib hazırlamaq
olmuşdur. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Silahlara Qarşı Mübarizə
proqramının məsləhətçisi Bayram Vəliyev də görüşdə iştirak etmişdir.
2009-cu il noyabr ayının 18-dən 21-dək Keniyanın paytaxtı Nayrobi
şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının
(Beynəlxalq Federasiya) XVII Baş Assambleyası, bunun ardından isə 23-25
noyabr 2009-cu il tarixlərində həmin şəhərdə Beynəlxalq Qızıl Xaç və Qızıl
Aypara Hərəkatının (Hərəkat) Nümayəndələr Şurasının görüşü keçirilmişdir.
Görüşdə iştirak edən Azərbaycan Nümayəndə Heyətinin tərkibində AzQAC-nin
Silahlara Qarşı Mübarizə proqramının məsləhətçisi Bayram Vəliyev də iştirak
etmişdir. O Hərəkatın Nümayəndələr Şurasının görüşündə çıxış edərək növbəti
10 illik müddətə (2010-2020) yeni hazırlanmış Hərəkatın minalar, kassetli
bombalar və Müharibənin Partlayıcı Qalıqları (MPQ), silahların mülki əhaliyə
vurduğu zərərin azaldılması istiqamətində Strategiyasının yüksək səviyyədə
hazırlandığını bildirmişdir.
Axtarış xidməti
Məqsəd:
Bir-birindən ayrı düşmüş ailə üzvlərinin əzab və iztirablarını azaltmaq, psixoloji
köməklik göstərmək, fövqəladə hallar zamanı və ondan sonra əldə edilən lazımı
məlumatları ailə üzvləri arasında mübadilə etmək və həmçinin bir-birinə qovuşdurmaq
məqsədi daşıyır.
Fəaliyyət:
•
Mütəmadi olaraq ərizəçilərin qəbulu keçirilir:
•
II Dünya müharibəsi zamanı itqin düşənlərin axtarışı
•
Miqrasıya ilə bağlı axtarış
•
Aliment ödəməyənlərin axtarışı
•
Axtarış və sosial problemlərin həlli üçün hüquqi məsləhətlərin verilməsi
Kiv ilə əməkdaşlıq
46
2009-cu il ərzində “Vışka” qəzetində Axtarış Xidmətinin fəaliyyətini
işıqlandıran 6 məqalə çap edilmişdir.
Sentyabr və noyabr aylarında Azərbaycan Televiziya və Radio verilişləri Qapalı
Səhmdar Cəmiyyətinin radiosunu AX-nin fəaliyyəti və görülmüş işlər haqqında
müsahibə verilmişdir.
Rusiyanın “ORT” telekanalında yayımlanan “Jdi menya” verilişi ilə
əməkdaşlığımız telefon və elektron poçt vasitəsilə davam edir.
Dövlət strukturları ilə əməkdaşlıq
•
AzQAC Axtarış Xidmətinin birgə əməkdaşlıq etdiyi əsas dövlət strukturları:
1.
Daxili İşlər Nazirliyi
2.
Dövlət Təhlükəsizlik Nazirliyi
3.
Nazirlər Kabineti nəzdində Dövlət Arxiv İdarəsi
4.
Bakı İcra Hakimiyyəti
5.
Respublika Prokurorluğu
6.
Hərbi Komissarlıq
7.
Qaçqınlar üzrə Ali Komissarlıq
8.
Qaçqın və Məcburi köçkünlər üzrə Dövlət Komitəsi
9.
Ədliyyə Nazirliyi
10.
Telefon-məlumat xidməti
Daxili görüşlər
İl ərzində Ətraflı Məlumatların Toplanması proqramının koordinatoru tərəfindən
keçirilmiş görüşlərdə Axtarış Xidməti iştirak etmişdir.
ƏMT proqramına dair qaynar telefon xətti işini davam etdi. Bu il ərzində 143
telefon zəngi qəbul edilmişdir. Onlardan 52 zəng qeydə alınıb, qalanlarına isə məlumat
verilmişdir. Zənglər daxil olduqca elektron bazası yeniləşir.
Bütün müraciət edənlərə qısa və konkret məlumatlar verilmiş və onların bütün
sualları cavablandırılmışdır.
Digər görüşlər.
Təşkilatı şöbə ilə birgə regional mərkəz və rayon bölmələrinin işçiləri üçün
təlimat kitabçasının hazırlanmasına dair hazırlıqlar aparılmışdır.
Oktyabr ayının 1-2 regional mərkəz və rayon bölmələri üçün işçi qrupu təşkil
edilmişdir. Seminar zamanı iştirakçılar axtarış prosesi ilə yenidən tanış olmuş və əsas
məqsəd axtarış prosesi haqqında təlim kitabçasının yeniləşməsi və axtarış zamanı
47
çıxan çətinliklərin aradan qaldırılması idi. Müzakirələr zamanı sorğu blanklarında bəzi
dəyişiklər və əlavələr edilməsi qərara alınıb.
Regional Mərkəz/Rayon Bölməsi
İl ərzində Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir, Sabirabad, Gəncə, Naxçivan
Regional Mərkəzlərinin koordinatorları ilə dəfələrlə görüşlər keçirilmiş, sorğu
blankları paylanmışdır. Həmçinin bir çox rayon bölmələrinin sədrləri ilə axtarış işlərilə
bağlı telefon əlaqəsi yaradılmış, məsləhətlər verilmişdir.
2009-cu ildə Regional Mərkəzlərdən daxil olan sorğular
Sumqayıt RM – 1
Lənkəran RM – 1
Naxçivan RM – 1
Gəncə RM - 1
Statistik hesabat
2009-cu il ərzində daxil olmuş sorğular – 106
Açılmış işlər
Azərbaycan daxili – 64
Xaricdə - 41
Miqrasiya dair axtarış
86
II Dünya müharibəsi zamanı itgin düşənlərin axtarışı
2
II Dünya müharibəsinə dair sənədlərin axtarışı
6
Münaqişə nəticəsində itirilmiş sənədlərin axtarışı
7
Miqrasiya dair sənədlərin axtarışı (dəfn yeri)
1
Repressiya
4
Cəmi:
106
Ailə məktubu
11
48
2009-cu il ərzində bağlı işlər - 130
Miqrasiya nəticəsində itgin düşənlərin axtarışı
53
(mənfi)
44
(müsbət)
II Dünya müharibəsi zamanı itgin düşənlərin
axtarışı
20
3
II Dünya müharibəsinə dair sənədlərin axtarışı
1
Münaqişə nəticəsində itirilmiş sənədlərin axtarışı
1
Münaqişə nəticəsində itirilmiş sənədlərin axtarışı
3
2
Repressiya
2
Sənədin təsdiqlənməsi
(dəfn yeri)
1
Cəmi:
78
52
ƏTRAFLI MƏLUMATLARIN TOPLANMASI LAYİHƏSİ
BQXK və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında bağlanmış razılaşmaya
əsasən 2009-cu il ərzində də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təlim
keçmiş könüllüləri Yanvar, Fevral, Mart, İyun aylarında Bakı şəhəri, Abşeron
Rayonu və Sumqayıt şəhərində Dağlıq Qarabaq münaqişəsi ilə bağlı itkin
düşmüş şəxslərin ailələrində 373 itkin düşmüş şəxsə aid ətraflı məlumat
toplanmış və BQXK-ya təhvil vermişlər.
Layihənin 1-ci mərhələsi 2009-cü ilin iyun ayında başa çatmışdır. Ümumilikdə
birinci mərhələnin nəticəsi olaraq Bakı şəhəri, Abşeron Rayonu və Sumqayıt
şəhərində yaşayan ailələrdə 1152 itkin düşmüş şəxsə aid ətraflı məlumat
toplanmış və BQXK-ya təhvil vermişlər.
Layihənin 2-ci mərhələsi 2009-cü ilin fevral ayında başlanmışdır. Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin 26 nəfər könüllüsünə Bərdə şəhərində 10 günlük
təlim keçirilmişdir. Həmin könüllülər öz yaşadıqları rayonlarda məskünlaşan
itkin düşmüş şəxslərin ailələrində olmuş və onlardan həmin itgin düşmüş
şəxslərə aid ətraflı məlumatları toplamışlar.
2-ci mərhələ Ağdam, Füzuli, Tərtər, Beyləqan, Gədəbəy, Göygöl, Bərdə, Qazax,
Ağstafa, Yevlax, Şəmkir, Tovuz, Samux, Ağcabədi, Daşkəsən və Gəncə,
Mingəçevir şəhərlərində davam etdirilir.
İndiyədək 650 dən artıq sorğu anketi toplanılmış və BQXK ya təhvil
verilmişdir.
2009-cü ilin dekabr ayının sonunadək 399 sorğu anketi daha toplanması
planlaşdırılmışdır.
49
MALİYYƏ
Mədaxil göstəricilərin təhlili göstərir ki, AzQAC üzrə ümumi mədaxilin
azalması əsasən Respublika daxilində üzvlük haqqlarının yığılmasının azalması
hesabına müşahidə olunur. Əgər 2008-ci ildə 650. 5 min manat yığılıbsa 2009-cu ilin
ərzində 323.4 min manat yığılıb. Qeyd etməliyik ki, bu il Bakı təhsil və səhiyyə
təşkilatlarında, neft şirkətində bəzi çətinliklər yaranıb və bu təşkilatların üzvlük
haqqları ödənilməyib. Sözsüz ki, buna görə cəmiyyətimizin işində bəzi problemlər
yaranıb. Bununla yanaşı, il ərzində ianə qutuların yerləşdirilməsi daha uğurlu nəticələr
verib və müxtəlif yerlərdə yerləşdirilən 110 ədəd qutulardan 2009-cu il ərzində 16. 9
min manat həcmində vəsait toplanıb.
Hesabat dövründə əvvəlki ilə nisbətən Dövlət büdcəsi hesabına maliyyəşmənin həcmi
artmıdır və əyər mədaxil vəsaitin 2008-ci ildə 33%-ni təşkil edibsə, bu il -39% təşkil
edir.
“İnkişaf” programı çərçivəsində Ucarda “Quşçuluq”, Mingəçevir rayonunda EXO
aparatı, İnternet və kompyuter kursları, Sumqayıtda internet klubu, Bakının
Nərimanov rayonunda “Gözəllik salonu”, Nəsimi RB UZİ aparatı, İsmayıllıda “Diş
kabineti” gəlir gətirmə təsərrüfatları fəaliyyət göstərir və əldə edilən gəlir bölmələrin
müəyyən xərclərin ödəməsinə sərf olunur. Lakin qeyd etməliyik ki, gəlir gətirmə
proqramı çox zəif inkişaf edir və bu sahədə işlər güclənməlidir. İlk yardım
kurslarından 1.9 min manat vəsait daxil olub. Şəxsi ianələr 8.7 min manat təşkil edib.
Rayon və şəhər bölmələri üzrə yığılan vəsait 2008-ci ildə 743.2 min manat,
2009-cu ildə 691.1 min manat təşkil edib.
Hesabat dövründə fəaliyyətləri zəif olan bölmələr: Qusar, Qubadlı, Cəlilabad,
Xanlar.
Bildiyiniz kimi Beynəlxalq Federasiyasının Azərbaycan Nümayəndəliyindən,
Beynəlxalq Qızıl Xaç Komitəsindən, xarici donorlardan daxil olunmuş vəsaitlər 100%
həmin donorlarla razılaşdırılmış proqramların yerinə yetirilməsinə yönəldilmişdir. Bu
programlar haqqında sizə ətraflı məlumat verildi. Büdcə vəsaiti təyinatı üzrə 9 saylı
Dövlət Xəzinadarlıq tərəfindən əmək haqqı və əmək haqqı ilə bağlı hesablaşmalara
yönəldilir.
Manat
Faiz
Gəlirlər
1 546 990,12
100,0%
Beynəlxalq Federasiya, (DREF, A H1N1 pandemiya)
172 333,87
11,1%
BQXК (BQX/QAH yayımı, Axtarış, ƏMT)
84 151,19
5,4%
Norvec humanitar proyekti (Qan Donorluğu)
8 852,66
0,6%
Büdcə vəsaiti
600 000,00
38,8%
Üzvlük haqları
323 361,00
20,9%
50
Gəlirlər
Təhlükəsiz Oyun Meydançası proyekti (Almaniya QX)
50 700,00
3,3%
Fandreyzinq (ianə qutularından), təşkilatlardan və ayrı - ayrı
şəxslərdən
268 010,80
17,3%
Sair gəlirlər
39 580,60
2,6%
Manat
Faiz
Xərclər
1 509 411,57
100,0%
Beynəlxalq Federasiya
172 333,87
11,4%
BQXК
84 151,19
5,6%
Büdcə vəsaiti
600 000,00
39,8%
Хarici donorlar
59 326,00
3,9%
Az QAC hesabına olan humanitar aksiyalar (respublika üzrə)
457 296,51
30,3%
Təsərrüfat xərcləri, büdcə ilə hesablaşmalar
71 212,00
4,7%
Sair xərclər
65 092,00
4,3%
52
TARİX
10 mart 1920-ci il
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma günü
1920-1921
Sovet İttifaqı Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Liqasının üzvü
20 noyabr 1994-cü il
Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
işinin yaxşılaşdırılması haqqında” qərarı ilə Milli Cəmiyyətin tanınması
01 noyabr 1995-ci il
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən
tanınmışdır
26 noyabr 1995-ci il
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara
Cəmiyyətləri Federasiyasının daimi, bərabər hüquqlu, həqiqi üzvü seçilmişdir
Dekabr 2001-ci il
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov Beynəlxalq Qızıl
Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasında “Fövqəladə
Hallara Hazırlıq və Yardım Komissiyası”na ekspert təyin olunmuşdur
5 sentyabr 2003-cü il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin “Azərbaycan
Qızıl
Aypara
Cəmiyyətinin işini yaxşılaşdırmaq haqqında” Sərəncamı
31 yanvar 2004-cü il
Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri, möhtərəm İlham Əliyev cənabları
“Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında”
Sərəncam imzalamışdır
10 mart 2005-ci il
Qızıl Ayparanın 85 illik yubileyi münasibətilə Respublika Prtezidenti cənab İlham
Əliyevin sərəncamı ilə xüsusi xidmətlərinə görə Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin prezidenti Novruz Aslanov və digər 6 əməkdaşı “Tərəqqi” medalı ilə
təltif olunmuşdur
8 may 2005-ci il
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 3 tibb işçisi Beynəlxalq Qızıl Xaç və Qızıl
Aypara Hərəkatının ən yüksək “Florens Naytinqeyl” medalına layiq görülmüşdür
53
8 may 2007-ci il
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
qəbul olunmuşdur
8 may 2007-ci il
“Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
22 may 2007-ci il
“Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
22 may 2007-ci il
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
11 iyul 2007-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavə
edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
7 aprel 2008-ci il
“Qızıl Aypara Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
21 iyul 2008-ci il
Nazirlər Kabinetinin Sərəncamına əsasən ofis binasının Azərbaycan Qızıl Aypara
Cəmiyyətinə əvəzsiz istifadəyə verilməsidir.
Dostları ilə paylaş: |